Ağdam Dövlət Dram Teatrının aktyoru vəfat etdi



Ağdam Dövlət Dram Teatrının aktyoru Siluddin Quliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Məlumat üçün bildirək ki,Quliyev Silidun Boran oğlu -18.06.1965 – ci ildə Ağdam rayonu Suma kəndində anadan olmuşdur. 1988-ci ildə Ağdam Dövlət Dram teatrında işə qəbul olmuşdur.2013 – cü ildə Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan respublikasının “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.

Oynadığı rollar:
R.N.Gültəkin “Hülləçi” əsərində Şərif
İ.Məlikzadə “Gəl qohum olaq” əsərində Ədalət
Ş.Qurbanov “Sənsiz” tamaşasında Fərhad
Ş.Qurbanov “Miliyonçunun dilənçi oğlu” tamaşasında Senator
S.Rüstəm “Durna” tamaşasında Kərim dayı
N.B.Vəzirov “Ağakərim xan Ərdəbili”tamaşasında Əhməd
Ə.Haqverdiyev “Dağılan tifaq” tamaşasında Nəcəf bəy
A.Məmmədov “Dəli Domrul” tamaşasında Domrul
C.Cabbarlı “Solğun çiçəklər” tamaşasında Əbdül
L.Rəşidzadə “Toya bir gün qalmış” tamaşasında Qulam
M.F.Axundov “Lənkəran xanın vəziri” tamaşasında Vəzir
Q.Köçərli “Xarı bülbül” tamaşasında Fətəli şah
M.Brikye “Oğru” tamaşasında Klud
Ə.Əmirli “Qabırğa” tamaşasında Dədə
M.Füzuli “Saqinamə” əsərində Vəkil
Ə.Haqverdiyev “Ac həriflər” tamaşasında Həsən dayı
M.Mitroviç “Gecə yarısı soyğunçuluq” tamaşasında Musa
Q.Tərtərli “Pəncərə” tamaşasında Səməndər
S.M.Quluzadə “Qurban Əli bəy” tamaşasında Qasım
M.F.Axundov “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasında Qulaməli
S.Nuruqızı “Qisas” tamaşasında Karen
N.Qədimli “Qarabağım qan ocağım” əsərində Orxan
A.Həsənoğlu “Yanmış evin nağılı” əsərində Həmid və s. tamaşalarda yaddaqalan obrazlar canlandırıb.

ALLAH RƏHMƏT ELƏSİN!

Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi