Azərbaycanlı rejissor Türkiyədə vəfat etdi



Bu gün Tanınmış teatr rejissoru,Gəncə Dövlət Kukla teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov 73 yaşında ürək çatışmamazlığı nəticəsində Türkiyədə vəfat edib.

Bu haqda Analoq.az saytına Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib.

Məlumat üçün bildirək ki, Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncədə anadan olub. 1962 ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejisorluq fakültəsinə daxil olub. Hərbi xidmətə çağrıldığı üçün təhsilini 1970 ci ildə bitirib. 1979-cu ildən 1986 cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejisoru təyin olunub.1993-cü ildən Türkiyə Cümhuriyyətində rejisor olaraq fəaliyyət göstərirdi.Bir çox kitabların və tamaşa ssenarilərinin müəllifi olmuş, saysız hesabsız tamaşalara quruluş vermişdi.

Allah rəhmət eləsin.

Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi