Meksikanın “Ölülər” günü qeyd olunub




Meksikanın “Ölülər günü” bayramı ilə əlaqədar olaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təntənəli tədbir keçirilib. Universitetin sərgi salonunda bayramın xüsusiyyətlərini özündə əks etdirən şirniyyatların və digər nümunələrin təqdim olunduğu stend qurulub.
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores professor-müəllim heyəti və tələbələrə ölkənin əhalisi, adət-ənənəsi, milli mənəvi dəyərləri, coğrafi mövqeyi və “Ölülər günü” bayramı haqqında ətraflı məlumat verib. Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru professor Məryəm Əlizadə və Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru professor Gülşən Əliyeva Azərbaycan və Meksika bayramları arasında oxşar və fərqli cəhətlərdən bəhs ediblər.
Qeyd olunub ki, bayramın keçirilməsində əsas məqsəd dünyasını dəyişən insanların xatirəsini yad etməkdir. Daha sonra cənab səfir tələbələri maraqlandıran suallara ətraflı cavab verib və “Ölülər günü” ilə bağlı qısametrajlı cizgi filmi nümayiş olunub.


Meksikanın “Ölülər” günü qeyd olunub
Meksikanın “Ölülər” günü qeyd olunub

Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi