ADMİU-nun "Boksçu" tamaşası Beynəlxalq teatr festivalına gedir



ADMİU-nun “Boksçu” tamaşası V Mersin Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq. Yapon müəllif Kobo Abenin "Zamanın uçurumu" pyesi əsasında hazırlanan "Boksçu" tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, plastik həllin müəllifi və döyüş səhnələrinin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Könül Ələkbərovadır. Tamaşada ADMİU-nun magistr tələbəsi Hilal Dəmir, Teatr sənəti fakültəsinin 2-ci kurs tələbələri Fərhad Quluzadə və İsrafil Tağıyev çıxış edir.

“Boksçu” İstanbul Maltəpə Bələdiyyəsinin keçirdiyi Beynəlxalq Teatr Festivalında mükafat qazanıb. Əməkdar artist Nofəl Vəliyev əmək ödülünə, 2-ci kurs tələbəsi Fərhad Quluzadə ən yaxşı gənc aktyor nominasiyası üzrə mükafata layiq görülüb.
Tamaşanın uğurundan xəbər tutan Mersin Festivalının təşkilatçıları dəvət məktubu ilə ADMİU-ya müraciət edib. Kollektiv noyabr ayının 17-də Türkiyəyə yola düşəcək. 19 noyabr tarixində “Boksçu” tamaşası Mersində nümayiş olunacaq.

“Zamanın uçurumu” ömrünü rinqə həsr etmiş boksçunun həyatından bəhs edir. “Ciddi dieta, yorucu məşqlər, ardıcıl döyüşlər. Turnir cədvəlində bir yerə çıxmaq üçün beş dəfə döyülməlisən. Döyülürsən və yenə aşağı düşürsən: “Həyat iyrəncdir, bir yerə yüksəlmək üçün digərini döyməlisən. Dünya niyə belə qurulub?”- deyə əsas obraz bildirir. Bütün bunları niyə edir və buna dəyərmi? Yazıçının digər əsərləri kimi, burjua cəmiyyəti ilə qarşıdurmada olan insanlara həsr olunmuş bu pyesdə də yalnızlıq, pislik, xaos və yaşadığımız şiddət dünyasında insanın alçaldılması təsvir olunur. Kobo Abe əsərdə “əgər insanlar özlərinə qalib gələ bilərsə, şəri məğlub edə bilər” ideyası ilə çıxış edir.


Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi