ADMİU-nun “OTELLO ƏFSANƏSİ” 2 mükafata layiq görüldü.



Rusiyanın S. A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda keçirilən beynəlxalq teatr-kino festivalında ölkəmizi təmsil edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupu uğurlu çıxışına görə 2 mükafata layiq görülüb.

Qrupun ifa etdiyi U.Şekspirin əsəri əsasında hazırlanmış "Otello əfsanəsi" tamaşası “ Klassik əsərdə dramaturgiyaya milli yanaşma”, “Klassik əsərə ən yaxşı səhnə həlli” nominasiyasına layiq görülüb.


Mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış edirlər.

ADMİU SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri dosent Fikrət Məlikovdur.

ADMİU-nun “OTELLO ƏFSANƏSİ” 2 mükafata layiq görüldü.
Qeyd edək ki, “Otello əfsanəsi” bundan öncə Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” adlı festivalda “Ən orijinal tamaşa” nominasiyası üzrə mükafata layiq görülüb. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olub.


Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi