“Əgər prezidentimiz mənim bu çıxışıma baxacaqsa, eşidəcəksə…” - Keçmiş baş prokuror




“Space” TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin növbəti qonağı Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov olub.

Verilişdə qonaq olan Əli Ömərov"Space tv"nin efirində baş prokuror olan zaman Mahir Cavadov tərəfindən işgəncəyə məruz qalmasından, keçmiş səhiyyə naziri Əli İnsanovdan da söz açıb. Əli Ömərov müxalifət düşərgəsinə keçid etməsiylə bağlı səslənən fikirlərə də münasibət bildirib.

Keçmiş baş prokuror müsahibəsində həmçinin bildirib ki, mən ancaq dövlətin siyasətini müdafiə edirəm, dövlətçiliyimizin çiçəklənməsini arzulayıram. Azərbaycan dövləti inkişaf eləyib,daha çox inkişaf eləsin. Xalqımız firavan yaşasın, xoşbəxt olsun. Dövlətçiliyin əlehinə gedənləri, dövlətin inkişafına badalaq atanları, prezidentin ətrafında prezidentə qarşı xəyanət edən məmurları tezliklə uzaqlaşdırıb ölkədə əmin-amanlıq, firavan şərait yaratmaq, bu da bizim prezidentimizin özünün vəzifəsidir, hüququdur.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi