İslamı qəbul etmiş ilk qadın kimdir? » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

İslamı qəbul etmiş ilk qadın kimdir?

İslamı qəbul etmiş ilk qadın kimdir? İslamı qəbul etmiş ilk qadın kimdir? İslamı qəbul etmiş ilk qadın kimdir?(Xədicə binti Xüveylid (d. 555 və ya 567, Məkkə, Hicaz – ö. 620, Məkkə, Hicaz) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası.)

Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır.

Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi.

Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir. Oğlan uşaqları; Qasım və Abdullah (Tahir və Tayyib, Abdullahın ləqəblərindəndir, başqa uşaqlarının adları deyil) qız uşaqları; Zeynəb, Rüqəyya, Ümmü Gülsüm və Fatimədir.


Xədicə bütün qadınlardan əvvəl İslamı qəbul edərək iman etmişdir.

Sərvəti İslam dini və nübuvvətin inkişaf etməsinə səbəb olmuşdur.Məhəmməd daim onu tərifləyər, mədh edər və belə buyurardı: "Mən (qadınlar içində) Xədicədən daha artığına nail olmamışam, bütün insanlar inkar edərkən, o, mənə inandı, hamı məni təkzib edərkən o "sən doğrusan çəkinmə davam et" dedi.

Hər kəs məni tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də dəstək oldu.

Bu yolda maddi varlığını fəda etməkdən çəkinmədi. Mənə hər şərtdə sahib çıxdı.Üstəlik, uşaqlarımın anasıdır".

Xədicə Hicrətdən üç il əvvəl və altmış beş yaşında ikən Məkkeyi-Muazzamada vəfat etdi.

Məhəmməd ilk öncə öz cübbəsi ilə daha sonra cənnət cübbəsi ilə Xədicəni kəfənlədi və Məkkənin "Hücun dağı" ətəklərindəki Mualla məqbərəsində torpağa verdi.

Xədicənin Məhəmmədin həyatında əhəmiyyətli bir yer və mövqeyi vardır. Xədicənin Məhəmmədin yanındakı mövqeyi haqqında çoxsaylı məlumat nəql edilmişdir.

Belə ki, hətta Xədicənin vəfatından illər sonra belə onun əvəzsiz və bənzərsiz bir qadın olduğu Məhəmməd tərəfindən dilə gətirilir və ona o sənin üçün yaşlı bir qadından başqa bir şey deyildi deyəndə belə buyurmuşdur: "Mən Xədicədən daha üstününü görməmişəm, bütün insanlar inkar edərkən, o, mənə inandı, hamı məni təkzib edərkən o "sən doğrusan çəkinmə davam et" dedi.

Hər kəs məni tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də dəstək oldu. Bu yolda maddi varlığını fəda etməkdən geri durmadı.

Mənə hər şərtdə sahib çıxdı. Üstəlik, uşaqlarımın anasıdır ". Xədicə Məhəmmədlə evləndikdən sonra onun üçün ən yaxşı həyat yoldaşı olmuşdur.

Sadiqliklə və məhəbbətlə Məhəmmədə qadınlıq etmiş,evlilərin müştərək həyatlarında bir-birilərinə təmin etmələri lazım olan rahatlıq və xoşbəxtliyi Məhəmməd üçün hazırlamış və bu yolda Allahın razılığı xaricində heç bir məqsəd daşımamışdır. Bundan dolayı,Məhəmməd Xədicə həyatda olduğu müddətcə başqa bir evlilik etməmiş və özünə həyat yoldaşı seçməmişdir.

Məhəmmədin Xədicə haqqında dediyi bəzi sözlər ona nə qədər dəyər verdiyini ortaya qoyur.

Bəlkə də bəzi mənbələrdə Xədicə üçün istifadə edilən ən münasib təbir onun ən üstün və ən sadiq vəzir və müşavir olduğu,Məhəmmədin əmin-amanlıq və aram mənbəyi olduğuna dair söylənən təbirlərdir.


Mənbələr Xədicənin vəfatının Besətin onuncu ilində,yəni Məhəmmədin Məkkədən Mədinəyə hicrətindən 3 il əvvəl olduğunu qeyd etmişdir. Mənbələrin çoxu,Xədicənin vəfat edərkən yaşının 65 olduğu yönündədir.

İbn Abdulbirr, Xədicənin vəfat edərkən yaşının 64 və 6 ay olduğunu zikr etmişdir.

Başqa mənbələr isə Xədicənin vəfatının Əbu Talibin vəfatı ilə eyni il olduğunu, ancaq bir az da gec baş verdiyini bildirmişdir.

İbn Sad, Xədicənin vəfatının Əbu Talibin vəfatından 35 gün sonra olduğuna inanmaqdadır. O və başqa bəzi tarixçilər, Xədicənin vəfatının dəqiq olaraq Besətin onuncu ilində

Ramazan ayında olduğuna inanmaqdadır Məhəmməd ilk öncə öz cübbəsi ilə daha sonra cənnət cübbəsi ilə Xədicəni kəfənləmiş və Məkkədəki "Hücun dağı"nın ətəklərindəki Muəlla məzarlığında dəfn etmişdir.

Xədicə və Məhəmmədin birgə həyatlarının nəticəsi olaraq 7 və ya 8 uşaq dünyaya gəlmişdir. Digər başqa mənbələrə görə isə 6 uşaq dünyaya gəlmişdir. İbn Kəsirin, İbn İshaq və İban Hişamdan nəql etdiyi bir rəvayətə görə Məhəmmədin Xədicədən 7 uşaq sahibi olduğu və bunların adlarını bir-bir saydıqdan sonra Məhəmmədin İbrahim xaricindəki bütün uşaqlarının Həzrət Xədicədən olduğunu bəyan etməkdədir.

Yunus ibn Bukeyrdən nəql etdiyi bir rəvayətdə Məhəmmədin Xədicədən olma 6 uşağının adlarını saymaqdadır. İbn Əsir,Zübeyr ibn Bekardan nəql etdiyi bir rəvayətdə Məhəmmədin uşaqlarının Tayyib və Tahir adlandırılmasının səbəbi bu uşaqların Məhəmmədin peyğəmbərliyindən sonra dünyaya gəlmələrindən ötrü olduğu istiqamətindədir.

Digər mənbələr də Məhəmmədin İbrahim xaricindəki bütün uşaqlarının Xədicədən dünyaya gəldikləri istiqamətindədir.

İbn Əsir Xətib, Zübeyr ibn Bekar nəql etdiyi bir rəvayətdə Məhəmmədin 8 uşağının olduğunu zikr etmişdir.

Belə çıxır ki, Məhəmmədin Xədicədən olma uşaqlarının sayı haqqındakı münaqişələrin səbəbi, uşaqların adları ilə ləqəblərinin qarışdırılmasından irəli gəlir.

Beləliklə, Məhəmmədin Xədicədən olma uşaqlarının sayı 6-dır.

Qasım və Abdullah (Tahir və Tayyib,Abdullahın ləqəblərindəndir, başqa uşaqlarının adları deyil) adlı iki oğlu və Zeynəb, Rüqəyya, Ümmü Gülsüm və Fatimə adlı dörd qızı vardır.

Ümmü Hind künyəli Xədicə bint Xüveylid ibn Əsəd ibn Abdulüzza ibn Kusay əl-Qüreyşi əl-Əsədi, Ümmül Möminin,Məhəmmədin ilk xanımı və Məhəmmədə iman gətirən ilk qadındır.

Məkkədə dünyaya gəlmiş və orada həyatını itirmişdir.

Dəqiq olaraq hansı tarixdə dünyaya gəldiyi məlum deyil. Öz qövm və müttəfiqləri Bəni Abduldar ibn Kusay tərəfindən hörmət edilən atasının evində böyümüşdür.

Şərif bir xanım, zəngin və öz zamanında etibar sahibi bir insandı. Cabir ibn Abdullah Ənsarinin rəvayət etdiyi bir hədisdə Məhəmməd dünya qadınlarının ən üstünləri olaraq Xədicə, Fatimə, Məryəm və Asiyəni tanıtmıştır.

Yenə Məhəmməd Xədicəni kamil qadınlardan saymış və onu ən üstün qadınlardan biri olaraq tanıtmıştır. Mənbələrdə: Tahirə, Zəkiyyə, Mərziyə, Siddiqə, Seyyidə Nisau-Qüreyş (Qüreyş qadınlarının ən üstünü),Hayrunnisa (qadınların ən xeyirlisi) və üstün sifətli qadın ləqəbləri ilə anılmaqdadır.

Həmçinin Ümmül Möminin və Ümmü Zəhra künyələri ilə də anılmaqdadır.libera.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV