İnsanlar astroloji məqamları düzgün tuta biliblərsə o zaman uğur qazana bilərlər



Adətən eyni rəqəmlərin ardıcıllıqla düzüldüyü gün insanların diqqət mərkəzində olur. Ailə qurmaq istəyənlər, digər özəl günlərini qeyd etməyə hazırlaşanlar bu cür tarixlərə üstünlük verirlər. Hətta sırf belə tarixlərdə ailə həyatı qurmaq üçün uzun müddət gözləyənlər də az olmayıb.

Bu günkü tarixdə də (07.07.2017) rəqəmlərin maraqlı ardıcıllığı müşahidə olunur. Maraqlıdır, bunun hər hansı astroloji izahı varmı? Astrologiya bu cür tarixlərə necə yanaşır?

Astroloq Firudin Qurbansoy Modern.az-a açıqlamasında bildirib ki, astrologiyada rəqəmlərin bu cür ardıcıllığı heç bir məna ifadə etmir:

“Ümumiyyətlə, rəqəmlər bəşəriyyət üçün böyük rol oynayır. Rəqəmlərə mistik, qorxunc və ya xoşbəxtlik gətirən bir şey kimi baxmaq olmaz. İnsanlar xoşbəxt olmaq üçün bəhanə axtarır. Bu cür tarixlər də yalançı bir fürsətdir. İstəyir ayın 17-si olsun, istəyir 7-si, ya da 27-si olsun, bunun insanların xoşbəxt və ya uğurlu-uğursuz olmasına heç bir təsiri yoxdur. Əgər insanlar işlərini düzgün planlaşdırıblarsa, astroloji məqamları düzgün tuta biliblərsə, o zaman uğur qazana bilərlər. Saatın, dəqiqənin və ya ayın tarixlərinin üst-üstə düşməsi heç nəyi dəyişdirmir”.

Astroloq düşünür ki, insanların tarixlərə bu cür yanaşması düzgün deyil:

“Bilirsiniz, bütün rəqəmlərin izahı var. Bununla bağlı numerologiya adlı elm mövcuddur. Numerologiya sözü nömrə deməkdir. İslam aləmində də buna cəfr deyirlər. Cəfr elminin tələbləri numerologiyada da var. Yəni hansısa rəqəmin insan taleyində oynadığı rol. Məsələn, neçənci ildə, ayda, gündə, saat neçədə dünyaya gəlmisən, bütün bunlar hesablanır, bölünür, çıxılır. Alınan rəqəmlə də insanın hansı xarakterdə olduğu haqda məlumat verilir. Burada da rəqəmlərin heç birini müqəddəsləşdirmirlər.

O cümlədən numerologiyada rəqəmlərin hərfi mənası və ya hərflərin rəqəm qarşılıqları, eyni zamanda rəqəmlərin toplusunun ayrı-ayrılıqda izahı, mənaları öyrənilir. Amma oxşar rəqəmlərin yan-yana düzülməyindən nəsə fövqəladə nəticə almağı planlaşdırmaq, fikirləşmək düzgün yanaşma deyil”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Xenical Pills For Sale Zetia Robaxin Otc Usa buy viagra online best buy isotretinoin without a script North Dakota