• 18:00 – Avtobusda sürücünü döyən oğlanın atası görün nə dedi 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 
  • 19:30 – 40 ABŞ hərbiçisi həlak olub. 

Yevda Abramov:"Rusiyaya etibar etmək olmaz"

  • Tarix: 02.08.2017, 20:00,
  • Bölmə: Müsahibə
  • Baxılıb: 5700
Yevda Abramov:"Rusiyaya etibar etmək olmaz" Yevda Abramov:"Rusiyaya etibar etmək olmaz"
Telefon zəngimizə Rusiya paytaxtından cavab verdi. Məzuniyyətdə olmasına baxmayaraq, jurnalistlərə hər zaman sayğı ilə yanaşan həmsöhbətimiz bu dəfə də ənənəsinə sadiq qalaraq suallarımızı cavablandırdı. Dedi ki, yay tətilinin ilk günlərində İsraildə olsa da, sonradan Rusiyaya, nəvələrinin yanına gedib.

Analoq.az Milli Məclisin üzvü, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Yevda Abramovla son günlərin ən aktual məsələlərindən biri olan İsrail-Azərbaycan və İsrail-Ermənistan mövzuları barədə Müsavat.com-a müsahibəsini ixtisarla təqdim edir:

- Yevda müəllim, Azərbaycanın bölgədə önəmli dövlət olduğunu hər kəs etiraf edir. Bəs Rusiyanın forpostu olan Ermənistan İsrail üçün nələri ilə cəlbedicidir ki, Azərbaycanın narahatlığına rəğmən, işğalçı ilə əlaqələr qurulur?

- Mənə elə gəlir ki, İsrailin müasir hökuməti, Binyamin Netanyahu hakimiyyəti bu gün Azərbaycana xoş gəlməyən hər hansı bir addımı atmaz. Düzdür, Türkiyəni qıcıqlandıran addımlar ata bilər. Mən buna bələdəm, olub, bəzi hallarda da bu yoldan çəkindirmişəm. Amma bəzən Türkiyənin rəhbərliyi İsrailə qarşı açıq qıcıq yaradan çıxışlar edəndə İsrail hökuməti tədbirlər görüb, mən bunu etiraf edirəm. Amma bu mərhələdə İsrailin İrəvana hansı naziri gəlir-gəlsin, Azərbaycana qıcıq yaradan, Azərbaycan xalqının və hökumətinin xoşuna gəlməyən hər hansı bir hərəkətin olması mümkün deyil. Burada ancaq regional məsələlər, kənd təsərrüfatı diskussiya mövzusu ola bilər.

- Adətən Tehran Bakı-Tel-Əviv əlaqələrindən çox narahat olur. Necə düşünürsünüz, İranın Ermənistan-İsrail əlaqələrinə təpkisi olacaqmı?

- Məncə, bu əlaqələr Tehranın xoşuna gəlməyəcək. Bu, Tehranın “qara siyahısı”dır. İsrailin Ermənistanla yaxınlaşması heç vaxt Tehranın xoşuna gələ bilməz. Tamamilə mümkündür ki, İran Ermənistanı cəzalandırsın. Əgər Ermənistan-İsrail münasibətləri geniş aspektdə olarsa, bəli, İrəvan cəzalandırıla bilər.

- Yevda müəllim, siz Rusiyada ikən şimal qonşumuzun Qarabağla bağlı mövqeyini necə qiymətləndirirsiniz?

- Mən hesab edirəm ki, Qarabağ məsələsi ilə bağlı ay yarımda-iki ayda hamımızı sevindirəcək bir hadisə olmalıdır, bu, gözlənilir. Çünki vəziyyət belə qalmaz, Soçi görüşü də bunu sübut edir. Artıq bu vəziyyətə dözmək mümkün deyil.

- Yəni Rusiya Azərbaycanın tərəfində dayanacaq?

- Əlbəttə, Rusiyanın başqa çıxış yolu yoxdur. Çünki lüt dövlətdən bir şey çıxmaz, amma varlı, güclü dövlətlə oturub-durmaq olar.

- Çox maraqlı fikirlərdir. Bu, informasiyadır, yoxsa sadəcə, ehtimaldır?

- Mən hiss edirəm ki, Rusiya Azərbaycanın gücünü çox gözəl bilir. Həmçinin Gürcüstanın da mövqeyinə əla bələddir. Bu gün Ermənistan Rusiya üçün Türkiyə sərhəd olan ölkədə ordu saxlamaqdan başqa bir qəpik də artıq dəyərli deyil. Putin çox ağıllı dövlət başçısıdır, hər şeyi yaxşı bilir.

- Bəs Qarabağ müharibəsi başladığı halda, Rusiya-Ermənistan birgə ordusu Azərbaycana qarşı çevrilə bilərmi?

- Əgər Rusiya tarixini lap əvvəldən izləsək, bu təhlükə realdır.

- Həm nikbinsiniz, həm də bədbin...

- Bilirsiniz, Rusiyaya etibar etmək olmaz. Atalarımız nahaq deməyib: “İlanın ağına da lənət, qarasına da”. Ona görə də ehtiyatı əldən vermək olmaz...

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV