• 22:48 – Tarixi şəxsiyyətlər"in 42 -ci sayı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. 
  • 15:42 – Bəxtiyar Əsgərov: “Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” 
  • 17:35 – Bakıda “QAZAXISTAN TƏHSİL SƏRGİSİ keçiriləcək 
  • 19:58 – "Ümidlə gəl"in növbəti buraxılışı 
  • 21:16 – Daimi nümayəndəlikdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və Heydər Əliyevin 95 illik yubileyləri qeyd edilib 
  • 20:45 – "Ümudlə gəl" ümidləri doğruldur 
  • 15:54 – Rəna Mirzəyeva “Sevgi limanı”nı təqdim edəcək 
  • 12:40 – Daimi nümayəndəliyin rəhbəri İsrail səfirini təbrik edib 

"Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı

  • Tarix: 24.04.2018, 20:30,
  • Bölmə: Müsahibə
  • Baxılıb: 5377
"Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı
Bu xanımın adı qalmaqallarda çəkildi. Ünvanına müxtəlif sözlər¸ itihamlar səsləndi. O, isə heç nədən çəkinmədi. Özünü necə var hər kəsə təqdim etdi. Ailəsinhaqda xoş danışdı, zərif və duyğu dolu hisslərini gizlətmdi, bəzi tanınmışların yaşadığı, lakin gizlin saxladığı sevgisi haqda da göz qırpmadan söz açdı.Qara bir sevdaya düşmüş şair Yafəs Türksəsin ona olan sevgisinə qarşılıq verdi və bu heç də ona asan gəlmədi. Bütün bunlar haqda şairə Yeganə Oqtayqızı ilə Müstəqil.Az-ın “Sevgi etirafı” layihəsində həmsöhbət oluruq.

– Salam, Yeganə xanım, necəsiz?

– Çox sağ olun yaxşıyam. Hər şey qaydasındadır. Siz yaxşı olun.

– Çoxdandır görünmürdüz, xeyir ola, haralarda idiz?

– Bir çox layihələrimlə bağlı bəzən Bakıdan kənarda olururam. Bakıda olduğum zamanlarda da günün 24 saatından çoxunu işləyirəm, desəm düşünürəm ki ifrata varmaram. Bildiyiniz kimi bəzi saytlarla əməkdaşlıq edirəm və eyni zamanda da produsserlik, həm də tədbirlərə təşkilatçılıq da edirəm.

-Maşallah, bütün bunlara vaxt çatdırırsız…

– Təbii ki, bunlara vaxt çatdırmaq o qədər də asan deyil. Hal-hazırda həm öz şeirlər kitabımın son tamamlama işlərini görürəm, həm də bir sifarişli kitab üzərində çalışıram, o kitabı yazıram.

– Maşallah, yalosan, od parçasısan ki.. Yeganə xanım, imicinizdə, görünüşünüzdə xeyli dəyişiklik var, gözəlləşmisiz…

–Təşəkkür edirəm.

– Deyin belə gözəlliklə hara gedirsiz?

– Bilirsiz necədi? Mən özümə diqqət yetirən, səliqəli görünmək üçün əlimdən gələni əsirgəməyən bir xanım olaraq demək istəyirəm ki, hər bir qadın özünə, imicinə diqqət yetirməlidir. Mən qadınamsa demək ki, baxımlı olmalıyam, gözəl görünməliyəm. İkincisi isə mən estetik bir adamam. Bu səbəbdən də xarici görnüşümə, imicimə yetərincə diqqət yetirirəm. Və hər zaman da diqqət mərkəzində olmağı bacarıram.

-Düşünənlər ola bilər ki, estetik əməliyyat – zad…

– Yox, yox. Estetik əməliyyat –zad keçirməmişəm. Çünkü hələ buna ehtiyac görmürəm. Bəlkə də gələcəkdə bu fikrə düşə bilərəm. Dedim axı mən dəyişiklikləri sevən biriyəm və kifayət qədər tanınmış bir sima olduğum üçün özümə daha çox diqqət göstərmək məcburiyyətindəyəm. Seçimim də hər zaman azad, gözəl, rəngarəng sevgi dolu həyatdır.

– Başqa cür də soruşum, belə yar-yaraşıqla kimə qədər gedirsiz, yaxud getmisiz artıq?

– Hər halda tanınmış Şair Yafəs Türksəsin İlham Pərisi olmağa qədər yol getmişəm. Daha hara gedəsiyəm ki?( Gülür)

– Yəqin xeyli maya qoyulub bu dəyişiukliyə, xərci kim çəkib, özünüz, həyat yoldaşınız, yoxsa Yafəs bəy?

– Mənim öz qazancım özümə yetir və artıq da qalır. Hətta nəinki özümə, söyləmək çirkinlik və lovğalıq çıxmasın, ehtiyacı olanlarla da əl tuturam. Bir neçə ailə var ki, mən onların aylıq ehtiyaclarını ödəyirəm. Bunu məni tanıyanlar, ətrafımda olanlar çox yaxşı bilir. O ki qaldı xərcə. İmicdə dəyişiklik etmək üçün nə çoxlu pula, nə varlı ərə, nə də sevgiliyə ehtiyac yoxdur. Gözəl, seksual görünməy üçün nə paltarın bahalısını geyinmək, nə də ki, hər gün bahalı salonlara getmək lazım deyil. Bunlar özgüvənin aşağı olmasının göstəricisidir. Mən 50 manatlıq paltar da geyinirəm,150 manatlıq da və daha bahalı geyimlər də… Amma mənə nə yaraşırsa onu geyinirəm. Özümü kimlərəsə göstərmək üçün brend butiklərə gedib bahalı markalar müraciət etmirəm. Təbii ki, müştərisi olduğum butiklər də yox deyil. Amma mənə yaraşan nəsə olarsa həmin butikdə onu alaram sözsüz-qiymət haqqında heç düşünmədən. Bahalı salonlara da heç qaçmıram. Eyni zamanda neçə illərdir öz sahəsində uğur qazanmış, sözünü demiş stilistlərlə çalışıram. Sağ olsunlar mənim kaprizlərimə dözərək hələ ki, mənlə işləməkdən yorulmurlar.(gülür)

Üzərimdə bahalı nə varsa özüm alıram. Həyat yoldaşımın da maddi durumu normaldır. Ailə büdcəmizə yetir. Ailədə hər ikimiz işlədiyimiz üçün sıxıntılarımız olmur.

Yafəs bəy ilə isə bizi maddi heç bir şey birləşdirmir. Bizi mənəvi tellər bağlayıb ən başlanğıcdan. Bundan əlavə onu da qeyd edə bilərəm ki, mən bu şairin yaradıcılığının fanatıyam. Bu da hər bir maddiyyatdan, dünya malından üstündür.

– Amma Yafəs deyəsən mənəvi tellərdən bir qədər qabağa gedib, özünü sizə fizioloji baxımdan bağlı hesab edir və bunu da çəkinmədən deyir

– Yafəs hər bir zaman öndə olubda.. Nədənsə qorxub çəkinsəydi indi o,Yafes Türksəs olmazdı ki…

– Bir neçə il öncə bir müsahibə etdik, gündəmi tutduz, bu müsahibənin ağrıları çox oldu, yoxsa gətirdiyi uğur?

– Çox yaxşı yadımdadır. İlk müsahibəni sizə vermişdim. (Gülür) Bəli, ağrıları çox oldu. Müsahibəni verərkən doğrusu, gündəm barədə heç düşünməmişdim də. Çünkü mən müsahibəyə qədər də tanınırdım. Və eyni zamanda da Yafəs bəy tanınırdı. O müsahibədə mən fikirlərimi üstü örtülü bildirmişdim. Amma buna baxmayaraq yenə də insanlar məni qınaq atəşinə tutmuşdular. İndi isə insanların nə düşündükləri mənim üçün önəmli deyil. Özümün nə düşündüyüm önəmlidir.

-Ailəli xanımın başqa kişi ilə “kəpənək tutmağa” getməsi mentalitet baxımdan da düz gəlmir axı…

– Mən Yafəs bəyin sevgisinə qarşılıq verməklə, heç də sizin dediyiniz kimi “kəpənək tutmağa” getməmişəm, əslində böyük bir qəhrəmanlıq etmişəm. Çünkü mən bu sevgiyə qarşılıq verməsəydim Yafəs bəy bəlkə də artıq həyatda yox idi.

-Bunu o, özü dedi? Axı söz var, deyirlər aldanma ki, şair sözünə, əlbəttə yalandır…

– Yox, bunu onun yazıçı dostları Kənan Hacı, Əsəd Cahangir, İlqar Atabəyli, Ayaz İmranoğlu dəfələrlə mənə zənglər edib bildirirdilər. Dedilər ki, Yafəs bəyin sağlıq durumu çox pisdir. Yatağa düşüb, gecə gündüz səni sayıqlayır.

-Yafəs yataqda yatanda onlar onun yanında idi ki, sayıqladığını görüb, eşidələr? Amma doğurdan da Yafəs sizi dəlicəsinə sevir. Məsələn o heç doğulduğu, indi əsirlikdə olan kəndlərinə şeir yazmayıb, sizə isə böyük bir kitab həsr edib. Demək şairin səhhətinin pisləşməsi sizin ürəyinizi yumşaltdı?

– Elədir. Mən fanatı olduğum bir şairin məhvinə dözə bilməzdim. Ona görə də onu xilas etmək üçün fədəkar bir addım atmalı oldum. Onun sevgisinə qarşılıq verərək onu yenidən həyata qaytardım. Ona ilham verdim və o, yenidən yaradıcılığına qayıtdı. İndi bir şair-söz adamı olaraq siz söyləyin mən bu addımı atmalıydımmı, yoxsa atmamalıydım?

-Vallah, əgər siz deyəndirsə, Yafəs doğrudan da ölüm ayağında imişsə, düzgün edibsiz… Yafəs xoşbəxt şairdi…

– Ultura mədəniyyətə sahib olan hər bir insan mənim bu addımımı anlayışla qarşılayacaq. “Obivatellər” isə məni pisləyərək qınayacaq. Bunu bilirəm. Amma mən bu şairi xilas etməklə bir insan həyatını, 5-6 şeir kitabını məhv olmaqdan qorudum. Şairin yazılan kitablarının hamısı mənə olan sevgisinə həsr olunub. Özünüz də dediz bunu. Hətta onun bir kitabının üz qabığında mənim gözlərimin şəkili əks olunub.

– Bəlkə də Yafəsin o kitabı sizin gözlərinizə görə yaxşı satılıb e…

-Ola bilər( gülür). Amma Yafəs çox güclü şairdi, onu gec anlayacaqlar…

– Yafəs bəyi bu muzeylik vaxtında dəli etmisən, o səni nadir eksponat kimi sevir, bu sevgiyə indi də qarşılıq verə bilirsizmi?

– Bəli, bayaqdan elə mən də ondan danışıram da… O həyata qayıtmaq üçün, mən nələrdənsə keçməli oldum.

-Yaxşı, “O olmsın, bu olsun” dakı olmasın, deyin, siz Yafəsin nəyini, harasını sevdiz axı…

– Onun sevgisini, sədaqətini, ləyaqətini… Bilirsiz, bu sevgi o qədər yüksəkdir ki, mən onu ömürlük tərk etməyə qərar versəm o, yenə məhv olar. O, bir gün mənim səsimi eşitməsə nəfəs belə ala bilməz. Mən onla bir neçə müddət küsülü qalanda buna əmin oldum.

– Niyə küsmüşdüz ki…

– Kaprizlərim var. Bilməlisiz ki, mən çox kaprizli insanam bu səbəbdən də tez-tez küsürəm ondan. O da FB-də mənim şəkillərimi bilmirəm hardan tapıb paylaşır, mənə aid statuslar, şeirlər yazırdı ki, bəlkə ürəyim yumşala, onu bağışlayam.
"Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı
– Yazıq deyil? Özü də vətən həsrətli şair, qaçqım, məcburi köçkün… Onu niyə incidirdiz? Nə qazanırdız bununla?

– Heç kəs bilmir, qoy deyim, onu cəzalandırmağım üçün ayırdığm müəyyən vaxtda yeni-yeni şeirlər doğulur. Və o, depresiyaya düşsə də bilir ki, Yeganə yenə də onun üçün həm küsəcək, həm də onu bağışlayacaq.

Yeni şeirlər yazılırsa, demək siz ədəbiyyata xidmət edirsiz də onu küsdürməklə… Deyin, O sizsiz dəli ola bilər, sizcə?
– Həqiqətən mən onu buraxsam o özünə nəzarəti itirər. Sizə bir şeyi də etiraf edim, bayaq da söylədim, mən ondan tez-tez kobudluğuna görə küsürəm. Və onunla küsülü olduğumuz zamanda o, mənə olan sevgisini mənə sübut etmək üçün həyat yoldaşından da boşandı. Mən bunu biləndə həqiqətən çox pis oldum. Sözün əsil mənasında şok oldum. Çünkü ailə müqəddəsdir və ailəni qoruyub saxlamaq hər birimizin borcumuzdur. Biz təkcə özümüzü yox, bizdən asılı olanları, bizə görə yaşıyanları düşünməliyik… Mənə görə boşanmağa dəyməzdi. Çünkü o, bunu çox gözəl bilir ki, mən onunla heç bir vaxt bir yerdə ola bilmərəm. Mənim öz ailəm var. Bu yaşda ailədən imtina etmək özü bir ağılsızlıqdır.

Mən ona və özümə söz verdirdim ki, tez bir zamanda ailəsi ilə yenidən barışacaq və nigaha düşəcək. Şairlərin dəli dolu olduğuna əmin idim, amma belə bir dəliliklə ilk dəfə idi həyatımda rastlaşırdım. Ona qarşı atdığım ilk addımda məqsədim-onu yalnız xilas etmək olub. İndi baş verənləri heç ağlımın ucundan belə keçirməmişəm…

– Söz söhbət gəzdi ki sizin bir-birinizə olan sevgini etiraf etdikdən sonra əriniz tərəfindən xeyli qınanmısız, Düzdür?

– Təbii ki problemlər oldu. Bu haqqda danışmaq istəməzdim.

-Bəs Yafəs arvadı ilə barışdı? Siz o barışıqda iştirak etdiz?

(Ardı var)

Analoq.az

"Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı
"Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı
"Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı
"Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafıскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV