• 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 
  • 23:00 – Tanınmış futbolçu 500 kənd sakininin kredit borcunu bağlayıb 
  • 22:21 – Allahşükür Paşazadə:"Elmar Vəliyevə atılan atəş həm də dövlətçiliyə qarşı açılan atəşdir" 
  • 20:00 – Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə? 
  • 12:00 – Sumqayıtda 18 fəal saxlanıb 
  • 10:30 – Sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir-Deputatdan açıqlama 
  • 19:58 – Xristianlar, müsəlmanlar, yəhudilər və bütün dinlərin mənsubları sonu görünməyən savaş içindədirlər. 
  • 16:03 – Nar Mobile operatorları abunəçinin zənglərinə niyə cavab vermir? 

Zuza:"Azərbaycan yeməklərinə nifrət edirəm"

Zuza:"Azərbaycan yeməklərinə nifrət edirəm" Zuza:"Azərbaycan yeməklərinə nifrət edirəm"

“Qarabağ”ın haitili futbolçusu Donald Gerye və xanımı Zuzanna Eva Qesiçkanın “Qafqazinfo”ya müsahibəsi:Analoq.az həmin müsahibəni təqdim edir:

- Azərbaycana gəlişiniz necə alındı? - Donald Gerye: Türkiyədə oynayırdım və mövsümün sonuna yaxın idi. Müqaviləm başa çatmışdı. Agentim dedi ki, “Qarabağ”dan təklif var. Klub haqqında məlumat öyrəndim və çox yaxşı bir komanda olduğunu gördüm. Düşündüm ki, niyə də yox?! Agentim də bildirdi ki, komanda UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində oynayacaq. Ona dedim ki, bütün futbolçular ÇL-də oynamaq istəyər. - Adaptasiya prosesini çox rahatlıqla keçdiniz. - Mənim üçün Türkiyə və ya Azərbaycan fərq eləmir. İstənilən ölkəyə öyrəşə və rahat adaptasiya ola bilərəm. Bu, mənim üçün ciddi problem deyil. Özümü rahat hiss edirəm. - Futbol Amerika qitəsində, xüsusən cənubunda sanki insanlar üçün kasıblıqdan xilas yoludur. Küçələrdən böyük meydanlara gələn minlərlə belə oyunçu var... - Mənim də futbol həyatım olduqca maraqlıdır. Bəzən həyat yoldaşım Zuzaya bu barədə danışıram. Həqiqətən çox çətin idi. Mənim böyük qardaşım keşişdir. O, Romada yaşayır. Anam futbol oynamağıma icazə vermirdi. İstəyirdi ki, qardaşım kimi olum. Mən isə xoşlamırdım. Hər kəsin həyatda fərqli yolu var. Futbolu sevirdim. Futbol oynamaq üçün xeyli pis hərəkətlər etmişəm. Məktəbə getmirdim, dərsdən qaçırdım. Ancaq futbola köklənmişdim. Yatmağa getdiyim vaxt belə sabah necə oynayacağımın planlarını qurardım, düşünərdim. Fikirləşərdim ki, sabah sürətlə bu və digər hərəkətləri edəcəm. Küçələrdə dostlarımla top qovardım. Amma indi onların biri ABŞ-da təhsil alır, biri Kandada həkimdir. Mən isə yenə də uşaqlıq xəyallarımın arxasındayam. Çempionlar Liqasındakı çıxışımdan sonra “instagram”da xeyli sayda mesaj gəldi. Dost-tanış təbrik edirdi. Bu yerlərə gəldiyimə görə Allaha təşəkkür edirəm. Bu gün ailəm mənim hesabıma yaşayır. Haitidə 4 bacım var. Hamısı futboldan ayaqlarımla qazandığım pulların hesabına yaşayır. Başımdakı çapıq futboldan qalan izdir. - Haitinin ən məşhur adamlarından biri olduğunuz deyilir. - Doğrudur. Məni daha çox məşhurlaşdıran isə İspaniya ilə oyundan əvvəl verdiyim müsahibə idi. İspaniya yığması ilə yoldaşlıq görüşündən öncə hər kəs deyirdi ki, Haiti 0:10 hesabı ilə uduzacaq. Mən isə dedim ki, rəqib dünya çempionudur, heyətində ulduzlar var, amma Haitidə də istedadlar var. Hər şeyi pulla almaq olar, amma istedadı yox. Oyun 2:1 hesabı ilə başa çatdı. Həmin qarşılaşmada rəqibə qol vurmuşdum. Bu matç 2013-cü ildə olmuşdu. Hətta başqa qollar vurmaq üçün şanslarım da oldu. Amma həmin epizodlarda fərqlənə bilməmişdim. Bu qarşılaşmadan sonra isə bütün ölkə məni tanıyırdı. - Çempionlar Liqasında oynayacağınızı xəyal edirdiniz? - Mən sanki indi doğulmuşam, özümü yeni hiss edirəm. Xatırlayıram, 3-4 il öncə yoldaşım Zuzaya deyirdim ki, mən Çempionlar Liqasında və dünya çempionatında oynamaq istəyirəm. Zuza da bunun üçün davam etməyimi və daha uğurlu olacağımı bildirirdi. “Kopenhagen”lə səfər oyununda zədələndim və meydandan çıxdım. Həmin vaxt ağladım. Çünki qrupa düşən komanda üçün meydanda gücümü qoymaq istəyirdim. Çox sevinirəm ki, biz bunu bacardıq. Həmin matçdakı qələbədən sonra ilk zəng etdiyim şəxs həyat yoldaşım oldu. O, telefonda ağlayırdı. Dedi ki, arzuna çatdın. Həyatımın ən gözəl günlərindən biri idi. - Azərbaycan prezidenti də sizi görüşə dəvət etdi. - Bəli, bu, normal idi. Çünki biz Azərbaycanı təmsil edirdik. “Qarabağ” təkcə Bakı, Ağdam klubu deyil, “Qarabağ” Azərbaycanındır. Hər şeyi ölkə adına edirik. Hər yerdə soruşurlar ki, bu komanda hansı ölkənindir. Prezidentin bizi qəbul etməsi isə hamımızı xoşbəxt etdi. - Türkiyədən Azərbaycana köçmək sizin üçün problem olmadı ki? - Zuza: Biz Türkiyədə yaşayırdıq və mən oranı bəyənmirdim. Düzdür, İstanbul möhtəşəm şəhərdir, amma biz Alanyada idik. Gözəl və turistik yerdir, amma heç bir şey etmək olmur. Çünki Alanya kiçik şəhərdir. Mənə “Bakıya gedirik” deyiləndə xoşbəxt oldum. Çünki Bakı paytaxt şəhərdir. Burda hər şey edə bilirsən. Buranı çox sevirəm və özümü yaxşı hiss edirəm. Bundan əvvəl yaşadığımız yerlərlə çox fərq var. Düzdür, bəlkə də Polşa deyil. Çünki özümü Polşada daha rahat hiss edirəm. Amma Bakını xoşlayıram. Mədəniyyət olaraq burada mənim üçün problem yoxdur. Əsas odur ki, Bakıda katolik kilsəsi var. Amma bəzən şəhərdə gəzərkən insanlarla ünsiyyətdə problem yaşayırıq. - Rus dilini bilirsiniz? - Zuza: Başa düşürəm. Bakıda bu dildə danışanlar çoxdur. Amma danışmağı bacarmıram. Düzdür, ailəm rus dilində danışır, amma mən bilmirəm. - Azərbaycan yeməkləri ilə aranız necədir? - Zuza: Azərbaycan yeməklərini sevmirəm. İtaliya və Çin mətbəxindən çox istifadə edirəm. Donald da həmçinin. Türkiyə və Azərbaycan yeməkləri eynidir. Mən isə bu yeməklərə nifrət edirəm. Çünki sizin yeməklərdə çox yağ olur. Mən daha çox donuz yeyirəm. Çünki katolikəm. Burada həmçinin Rusiya mətbəxinə məxsus yeməklər var. Polşa mətbəxinə yaxın olduğu üçün ondan da istifadə edirəm. - Donaldla necə tanış olmusunuz? - Zuza: Mənim babam “Visla” klubunun kapitanı olub. Ailəm idmançı ailəsidir. - D.G: Onun babası “Visla”nın əfsanəsi olub. - Zuza: Mən oyunlara gedirdim. Polşa Azərbaycandan fərqlidir. Orada matçlar zamanı stadion tam dolur. Fərqli ab-hava olur. “Qarabağ”ın oyunlarına baxırsan ki, tribunalarda az sayda adam var. 6 il öncə idi. Mən çox gənc idim. Donald mənim ilk sevgilim olduğu üçün əvvəl onunla münasibət qurmağa qorxurdum. Oyunların birində Donaldı gördüm və heç bitməyəcək münasibətimiz başladı. Restorana getdik, tort yedik və beləcə ünsiyyət qurmağa start verdik. Hələ də davam edirik. - D.G: Onunla tanışlığımız haqqında özü danışdı. Futbol oynayanda bir qız gördüm və bəyəndim. Oyundan sonra onunla danışmağa qərar verdim. Əvvəl etiraz etdi, “yox” dedi. Stadiondan kənarda bir az danışdıq. Sonra ailəsi ilə tanış oldum. Onun ailəsi mənə çox kömək etdi. “Visla”da problemlər var idi və pul ala bilmirdim. Mənim tək qazanc yerim buradır. O və ailəsi mənim arxamda dayandı. - Nə zaman evləndiniz? - D.G: Hələ toy etməmişik. Amma Mayamidə toy etmək istəyirəm. - Zuza: Uşağımız var, həm də Donald çox məşğuldur. Vaxtımız olmur. - Qurban Qurbanovu necə xarakterizə edərsiniz? - D.G: Bir seçim etdiyi zaman Qurban Qurbanov “yox” deyirsə “yox”, “hə” deyirsə “hə”dir. Başqa cür ola bilməz. Milli komandamızın prezidenti kimidir Qurban Qurbanov. Onun məşqləri əladır və hər zaman hər şeyə pozitiv baxır. Xarakterini xoşlayıram. Mənim üçün yaxşı insandır. - Haiti Qərb yarımkürəsinin ən kasıb ölkəsi sayılır... - D.G: Doğrudur, kasıb ölkədir. Amma mən ölkəmi varlı görürəm. Bunu maddi deyil, mənəvi cəhətdən deyirəm. Biz Haitini varlı ölkəyə çevirə bilərik. Bunun üçün çalışmaq lazımdır. Orada əla hava var, turistlər üçün kifayət qədər imkanlar mövcuddur. Siz Haitini görsəniz, ora gəlmək istəyərsiniz. Çox gözəldir. Bura, Rusiya soyuqdur. Amma bizdə qışda da isti olur. Biz 1 il öncə ora gedəndə insanlar istidən ağlayırdı. Kölgədə rahat ola bilərsən, amma hava dəhşət isti olur. Digər tərəfdən siz bilirsiniz zombilər nədir? Bizim ölkədə zombilər var. İnsanlar elə yaşayır. Siz onu kinolarda görürsünüz. Məsələn, əlində ilan gəzirlər, uşaqlar əllərini açanda ovuclarından qurbağa tullanır. Bir uşaq var idi ona kömək edirdim. Məktəb və yaşamaq xərclərini qarşılayırdım. Bir də gördüm ki, o, stəkanı sındırıb şüşəsini yeyir, şüşə parçasına özünə vurur və heç nə olmur. Amma ölkəm gözəldir. Futbolu bitirəndən sonra orada turistlərin gəlməsi üçün nəsə etməyə çalışacam. - Zuza: Çox istidir. Hər zaman sanki yaydır. Yalnız dekabrda müəyyən qədər temperatur düşür. O zaman yaz havaları hiss edirsən. Qalan bütün vaxtlarda yaydır. - Bir neçə ay öncə sizə ağır itki üz verdi. Körpənizi itirdiniz... - Zuza: O, doğularkən sağlam idi. Amma kimsə gəlib onu dodağından öpdü. Həmin öpüşlərdən virus qapdı və bu virus bütün bədəninə yayıldı. Ağzında da mikroblar var idi. Sonradan həmin mikroblar beyninə hücum etməyə başladı. Xəstəxanaya aparırdıq və həkim beynində virusların olduğunu bildirdi. Müalicələr etsək də, xilas edə bilmədik. - Haitidə olanda sizi polis saxlayıb və siz ölkə prezidentinə zəng etmisiniz... - Zuza: O, həmin vaxt çox pis maşın sürürdü. - D.G: Biz Parisə uçmaq üçün hava limanına gedirdik. Əgər təyyarəni qaçırsaydıq, yeni bilet almalıydıq. Polis də məni saxladı. Dedim ki, bu insanlar evinə gedir və qaydalara əməl edirlər. Mən isə 1 saat sonra təyyarədə olmalıyam. Yeni bilet almaq üçün pul lazımdır. Amma icazə vermədi. Mən sükanı döndərib getmək istəyəndə o qarşımı kəsdi. Qaza basdım. Polis maşının önündən atıldı və qolu güzgüyə dəydi. Polislərdən biri dedi ki, tanımırsız?! Bu, Donald Geryedir. Dedilər ki, tanımırıq. Və mən telefonumu çıxarıb ölkə prezidentinə zəng elədim. Sonra getməyimə icazə verdilər. - Elə bu hadisədən az öncə Haiti rəhbəri Jovenel Moize ilə görüşmüşdünüz... - D.G: Haitiyə gedəndə ölkə prezidentinin mənimlə görüşmək istədiyini bildirdilər. O, bizi öz sarayına dəvət etmişdi. Prezidentimiz futbolu çox sevir və futbolçuları izləyir. Məni də izləyirdi. Məni Haitinin futbol səfiri təyin etdi. - Zuza: Donald çox məşhurdur və onun etdiyini ölkəsində heç kim bacarmayıb. Çempionlar Liqasında oynayıb və Avropada uğurlu karyerası var. - D.G: Futbol mənim üçün çox önəmlidir. Futbolu sevərək buralara gəlmişəm. Məktəbdə hər kəs professora qulaq asıb nəsə öyrənəndə mənim gözüm, fikrim futbolda idi. Müəllimə baxa-baxa düşünürdüm ki, vaxt bitsin, gedim oynamağa. Ona görə uğur qazandım və ölkəmdə hamı mənə hörmət edir. Sizə bir hekayə danışacam. Mənim dostum var idi və ailəsi onun futbol oynamağını istəyirdi. Butsı almaq üçün ona pul verirdilər. Anama desəydim ki, bu kitab 50 dollardır və sən mənə pul ver alım, verirdi. Lakin butsı almaq üçün 20 dollar da vermirdi. Bir dəfə dostumla marketə getdik. Orada butsılar satılırdı. Satıcıdan butsının bir tayını götürüb qiymətini soruşdum və həmin vaxt dostum o biri tayını götürüb qaçdı. Satıcı 50 dollar dedi və mən butsının bir tayını yerinə qoydum. Oradan ayrıldım və artıq futbol oynamaq üçün butsım var idi. Polşada “Nike”la reklam müqaviləsi imzalayanda həmin hadisə yadıma düşdü. Onda Zuzaya dedim ki, “bir vaxtlar ayaqqabı üçün gəzirdim, indi “Nike”la müqavilə imzalayarım və bu həyat belədir”. Anam mənə futbol oynamağa icazə vermirdi, amma indi mənim futbolumun hesabına yaşayır. Baxın, sol gözümün üstündə çapıq var. Bunun səbəbi bilirsiniz nədir? Uşaq vaxtı gizli şəkildə futbol oynamağa qaçarkən balkondan yıxıldım və bu, əbədi qaldı. Yadıma düşdükcə danışıram. Marketlərdən butsı, top oğurlamışam... - “Nike” sizinlə müqaviləni ləğv etdi? - Türkiyə və Azərbaycana gəldiyim üçün ləğv etdi. Yenidən Polşaya qayıtsam, müqavilə bərpa olunacaq. - Karyeranızı bitirəndə Polşaya, yoxsa Haitiyə köçəcəksiniz? - Zuza: Polşa Donald üçün də yaxşıdır. Düşünürəm ki, biz orada yaşaya bilərik. Fransada və ABŞ-da da yaşamaq imkanımız var. Amma Polşa ikimiz üçün də yaxşı olar. - D.G: Polşada qızımın adına pizza restoranı açmışam. Adı “Mia Pizza”dır. Düşünürəm ki, ora gedəcəyik. - Bundan başqa da biznes sahənizin olduğunu bilirik... - Bəli, geyim sahəsində dükanlar var. “Donald Gery” adı ilə çıxır. Dükanların adı isə “77”-dir. Polşada və Türkiyədə bu dükanlar var. Azərbaycanda açmağı isə düşünmürəm. Elsevər Məmmədov Fotolar: Pərvin Zeynal Analoq.az скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV