• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

İki ilahiyyatçı arasında qalmaqal-Tural İrfandan Elşad Miriyə cavab gəldi

  • Tarix: 05.06.2018, 22:31,
  • Bölmə: Müsahibə
  • Baxılıb: 5142
İki ilahiyyatçı arasında qalmaqal-Tural İrfandan Elşad Miriyə cavab gəldi İki ilahiyyatçı arasında qalmaqal-Tural İrfandan Elşad Miriyə cavab gəldi
“İnsanın yaradılışı ilə bağlı Elşad Mirinin "nəzəriyyə"sinə rast gələndən sonra, özü də bilmədən açıq-aşkar ateizmə meyllənmiş bu şəxsə cavab verərək, həqiqəti izah etməyi özümə borc bildim ki, insanlar çaşqınlığa düşməsin”.Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin dini işlər üzrə müşaviri Tural İrfan deyib. İlahiyyatçı Elşad Mirinin insanın yaradılışı ilə bağlı mətduatda yayılan fikirlərinə münasibət bildirən müşavir “Quran”dan statlar gətirərək onun fikirlərinin yalnış olduğunu bildirib:

“Elşad Miri bildirir ki, Adəmi Allah tək yaratmayıb, onunla bahəm başqa insanlar da yaradıb və onlar bir-biriylə evləniblər. İlk öncə ona cavab olaraq bildirirəm ki, Allah-təala “Qurani-Kərim”də insanlığı məhz iki nəfərdən yaratdığını, çoxaltdığını bildirir. “Bəqərə” surəsinin 35-ci ayəsində Allah buyurur: "Ey Adəm, sən və arvadın cənnətdə qalın və hər ikiniz oradakı meyvələrdən bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin".

Bu ayədən görünür ki, söhbət ikicə nəfərdən gedir. Sonrakı proseslərdə də cənnətdən çıxıb Yer üzünə enən iki nəfər-Adəm və Həvva olur. Hədis və rəvayətlər də bunun ətrafında müzakirə aparır. Həmçının Sad surəsinin 71 ci ayəsində Allah deyir : " ...Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan (Adəm)yaradacağam..."

Daha qəti olaraq deyə bilərik ki, insanlığın tək bir nəfərdən yaradılmasını Allah “əz-Zumər” surəsinin 6- cı ayəsində deyir: "Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı)yaratdı..." Əgər başqa insanlar da o dövrdə yaradılıbsa, Allah niyə bütün insanlığın tək nəfərdən xəlq olunmasını deyir? Hesab edirəm ki, bu, insanlığın bircə nəfərdən törəməsinə dəlalət edir.

O ki qaldı artım məsələsinə, Elşad Miri “Talmud”dan və yəhudi əfsanələrindən bəhrələnib bunları qeyd edir. “Talmud”da hətta Adəmin iki həyat yoldaşı olması qeyd edilir. Guya biri torpaqdan, digəri onun qabırğasından xəlq edilib və.s. Sünni və şiə mənbələrində, təfsirlərində bu barədə kifayət qədər müxtəlif səpkili rəvayətlər var.

Əksəriyyəti Adəmin əkiz övladlarının evlənərək artdığını qeyd edir. Əllamə Təbatəbai və bəzi üləmalar isə Adəmdən əvvəl “Nas-nas” adlı tayfanın olmasını və Adəm övladının onlarla evlənib artdığını qeyd edir. Təbii ki, bu, bir nəzəriyyə olaraq qeyd olunur. Hərçənd ki, bu fikir də Allahın "Siz tək nəfsdən yaratdım” sözünə müxalifdir. Hesab edirəm ki, burada çabalamaq lazım deyil”.

“Bəli, Adəmin övladları bir-biri ilə evləniblər” deyən ilahiyyatçı qeyd edib ki, Adəmin şəriətində əkizlər bacı-qardaş hesab edilmirdilər:

“Necə ki, İsanın dinində şərab haram deyildi. Hər peyğəmbərin zəmanəsinə uyğun şəriəti olub. Musanın şəriətində şənbə günü balıq tutmaq yasaq olub və.s. Adəm peyğəmbərin övladları hər doğuşda bir qız, bir oğlan olmaqla cüt doğulub. Builki qızla keçənilki oğlan evlənib. Elə Qabillə Habilin davası da buradan yaranıb. Qabil özüylə doğulan bacısını almaq istədikdə, Habilin zövcəsi olacaq həmin İqlima adlı qızın üstündə qardaşını qətlə yetirib.

Qardaş-bacını da təyin edən, məhrəmi-naməhrəmi ayırd edən məhz Allahdır. Çünki evlənmək üçün başqa yol da yox idi. İndi bəziləri öz şəxsı düşüncələri ilə bununla razılaşmayıb, “Quran” ayələri içərisində manevrlər, yozumlar edərək özlərindən yeni evlənmə metodları kəşf edirlər. Sanki 1400 ildir bu fikirlər böyük islam filosoflarının ağlına gəlmirmiş... Hesab edirəm ki, bu cür fikirlər yeni bir təfriqənin yaranmasının ibtidasıdır.

Allah “Quran”da insanları yaratdım yox, insanı yaratdım deyir... Başqa insanlar da olsaydı, onlar haqqında da ya “Tövrat”da, “İncil”də, ya da “Quran”da hədislərdə söhbət gedərdi. İnsanlıq Adəm və Həvva cütlüyündən xəlq edilib. Bunu Allah “Zumər” surəsinin 6-cı ayəsində təsdiq edir. Hesab edirəm ki, qədim “Talmud” rəvayətlərinin İslam ilahiyyatı adı altında dinimizə gətirilməsinə ehtiyac yoxdur”.

Rövşən Əsədov

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV