Bizi izləməyi unutmayın

#Müsahibə / #İdman

Azər Mirzəyev: "11 ildir Federasiyada seçkilər keçirilmir"

13-06-2018, 22:31 | 7512 dəfə baxılıb.

Bir müddət öndə Naxçıvan Şahmat Federasiyasının sabiq əməkdaşı beynəlxalq qrossmeyster Azər Mirzəyev saytımıza şikayət məktubu göndərərək səbəbsiz yerə işdən çıxarıldığını qeyd etmişdi. Əməkdaşımız Azər Mirzəyevlə əlaqə saxlayaraq işlərinin nə yerdə olduğunu öyrənib. Offsideplus.az-a danışan beynəlxalq qrossmeyster Azər Mirzəyev Naxçıvan Şahmat Federasiyasının ona olan borcunu ödədiyini söyləyib. "Məqalə dərc olunduqdan sonra mənimlə əlaqə saxlayaraq məsələni yoluna qoyacaqlarına söz verdilər. Bir müddət sonra mənə olan borcu ödədilər. Mən həmişə oynayan məşqçi olmuşam və hazırda da beynəlxalq yarışlarda Azərbaycanı təmsil edirəm".

Azər Mirzəyev Azərbaycan şahmatında olan problemləri bir daha dilə gətirərək saytımıza baş şahmat qurumunda olan haqsızlıqlar barədə məlumat verdi: “Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov şahmatçılar üçün əlçatmazdır. Bu səbəbdən ümid qalır vitse-prezidentlərə. Hamının sözünü deyə biləcəyi vitse-prezident Faiq Həsənovdur. Onun isə aşağı-yuxarı hamıya cavabı eyni olur - "Mənlik deyil". Bütün vacib məsələləri digər vitse-prezident Mahir Məmmədov həll etsə də, lazım olduqda o da öz növbəsində heç bir səlahiyyətinin olmadığını bəhanə edir."

Azərbaycan Şahmat Federasiyasının viste-prezidenti Mahir Məmmədov sonuncu görüş zamanı Azər Mirzəyevi turist adlandırıb: "Sonuncu görüş zamanı məni, qrossmeyster-turist adlandırdı. 2012-ci ildən mənə bir yarış belə ödənilməyib. Amma mən nə görürəm - məmurlara, valideyinlərə, şahmatdan uzaq adamlara xaricə yarışlar ödənilir və nəyə görəsə hörmətli vitse-prezident onlara turist demir."

Mirzəyev qeyd edib ki, federasiya şahmatçılara qarşı ayrı seçkilik edir: "Mən hələ uzaq 2002-ci ildə yazmışdım ki, federasiya şahmatçıları iki kateqoriyaya bölür, "özününkilər" və "yadlar". Federasiyanın önəmli tədbirlərində yalnız "özününkilər" dəvət alır. Öz müsahibələrində və çıxışlarında Həsənovlar, Məmmədovlar şahmatın ölkədə necə inkişaf etdiyindən danışaraq öyünürlər. Xaricdən komandaya şahmatçı dəvət edib ona hər ay 8000 avro maaş vermək inkişaf deyil. Bu günlərdə başa çatmış ölkə çempionatında yeniyetmə qızlar arasında digər yoldaşla birgə tələbəm Ayan Allahverdiyeva 11 mümkün xaldan 100% nəticə göstərərək qalib oldu. Maraqlıdır ki, Ayan artıq 3 il ard-arda 100 % nəticə göstərir. Bu cür nəticə ilə çox az adam oyünə bilər. Bundan əlavə Ayanın Avropa çempionatlarında gümüş və bürünc medallar qazanıb. Gənc və yeniyetmələrin federasiyadan olan məşqçisi mənə sosial şəbəkədə yazıb ki, vitse-prezident Mahir Məmmədov gənc şahmatçılara yarışlara getməyə köməklik göstərir. Bu köməklər nəyə görəsə Ayandan həmişə yan keçir. Valideyni hələ də 2016-cı ildə getdikləri turnir üçün banka borc ödəyir. Amma cənab Məmmədov valideyinləri, məmurları, təsadüfi adamları, sıravi şahmatçılari xaricə ezam edir."

Qrossmeyster onu da əlavə edib ki, "2013-cü ildə prestijli yaş qrupunda U-18 Dünya Çempionu olmuş qadın qrossmeyster Nərmin Kazımova ölkədən gedib. Təqvim ilinin 1 N-li yarışı sayılan ölkə çempionatı olduqca aşağı səviyyədə keçirilir. Azərbaycanda 20-dən çox qrossmeyster olmasına baxmayaraq onlardan heç kim sonuncu Azərbaycan çempionatında oynamayıb. Düz də ediblər. Mükafat fondu 5 min manat olan yarışda kim oynamaq istəyər? Sadəcə müqayisə üçün qeyd etmək istərdim ki, analoji turnirin mükafat fondu Gürcüstan və Ermənistanda 10 min $, Türkiyədə 12 min $, Rusiyada isa sonuncu (12) yeri tutan şahmatcı Azərbaycan çempionundan çox mükafat alır."

Azər Mirzəyev sonda deyib ki, uzun illərdir Azərbaycanda peşəkar liqa çempionatı keçirilmir: "Artıq uzun illərdir ki, peşəkar klub çempionatı (liqa) keçirilmir. Bir cox ölkələrdə bu yarış ən mötəbər turnirdir. Hətta dünyanın bir çox ölkələrinin tanımadığı Kosovoda klub çempionatı keçirilir. 600 min əhalisi olan Monteneqroda da səviyyəli klub çempionatı var. Heç bir şahmat ənənəsi olmayan Luksemburqda da həmçinin. 11 ildir Federasiyada seçkilər keçirilmir. Baş məşqçi 25 ildir dəyişmir."


скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Maraqlı

İlham Mirzəyev toylarda aparıcılıq edir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

BMM-də Azər Hacıbəylinin "Vətən daşı" adlı poemalar kitabının təqdimatı baş tutdu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İdman

Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri müzakirə olunub

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının