Parçalanma, dəyişiklik, yoxsa inqilab-İranı gözləyən aqibət » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Parçalanma, dəyişiklik, yoxsa inqilab-İranı gözləyən aqibət

Parçalanma, dəyişiklik, yoxsa inqilab-İranı gözləyən aqibət Parçalanma, dəyişiklik, yoxsa inqilab-İranı gözləyən aqibət
İranda gündəlik tələbat mallarının sürətlə bahalaşmasına, həyat səviyyəsinin aşağı düşməsinə və hökumətin siyasətinə etiraz olaraq başlayan nümayişlər ara vermir. Ötən gecə ölkənin daha bir neçə şəhərində, o cümlədən, Tehran, Şiraz, Kərəc və Qumda insanlar küçələrə çıxaraq, anti-hökumət şüarları səsləndiriblər. Aksiyalarda yüzlərlə insanın iştirak etdiyi bildirilir, təhlükəsizlik qüvvələri etirazçılara müdaxilə edib. Ekspertlərin fikrincə, İranda inflyasiyanın yeni dalğası ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarını yenidən bərpa etməsi ilə bağlıdır. Hələ sanksiyaların birinci mərhələsinin avqustun 7-də qüvvəyə minəcəyini nəzərə alsaq onda qarşıdakı vaxtlarda qonşu ölkədə vəziyyətin xeyli pisləşəcəyini indidən proqnozlaşdırmaq elə də çətin olmamalıdır. Birinci sankisyadan sonra isə bu mərhələlərlə sərtləşdiriləcək. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bir çox qərb şirkətlərini bu ölkədəki bizneslərini dayandırmağa məcbur edib ki, bu da istər-istəməz islam ölkəsində iqtisadi duruma təsirsiz ötüşmür. Bütün bunlar təbii ki, insanların etirazına və küçələr axışmasına səbəb olub. ekspertlər bu dəfəki askiyaların əvvəlkilərdən fərqləndiyini və davamlı olacağını ehtimal edirlər. Proqnozlara görə belə gedərsə İranda ya rejim dəyişikliyi ya da qonşu ölkənin parçalanmasına gətirib çıxaracaq.

Bəs görəsən ehtimallar nə qədər doğrudur. Həqiqətənmi İran parçalana bilər?

Bu sualı politolq Qabil Hüseynliyə ünvanladıq. Politoloq Cebhe.info-ya açıqlamasında bildirdi ki, bu dəfəki askiyaların artıq İranın dini məclisi olan Qum şəhərinə də çatması, vəziyyətin kifayət qədər ciddiliyindən xəbər verir. Onun sözlərinə görə, artıq qonşu ölkənin Qum şəhərində etiraza çıxan adamlar "Rədd olsun molla rejimi, iranlıların dəhşətini görəcəksiz" kimi şüarlar səsləndirməsı baş verən hadisələrin ümummilli xarakter daşıdığını göstərir:

"Bildiyiniz kimi aksiyalar İranın müxtəlif yerlərini əhatə edir. İrandakı hadisələr azərbaycanlıların yaşadığı ərazilərə artıq bir cəbhə yaxınlaşmağa başlayıblar. Təbrizə polis və ETALAT-ın əməkdaşlarından ibarət xüsusi qruplar nəzarət edir. Hətta bir neçə gün bundan əvvəl Bəzz qalasına yürüş olmuşdu. Yürüşdə polisin müqavimət göstərməsinə baxmayaraq 10 minlərlə adam iştirak etmişdi. Demək olar ki, İranda baş verən hadisələr hamısı inflyasiyanın sürətlənməsi, milli pul vahidi olan tümənin gücdən düşməsi, əhalinin maddi rifah halının get-gedə pisləşməsi ilə bağlıdır. Əhali bunu ölkədə mövcud olan molla rejimi ilə bağlayır. Molla rejiminin başçısı kimi Xomneyiyə qarşı daha çox şüarlar səsləndirilir. Azərbaycanlıların müəyyən hissəsinin də Xomneyini hədəf götürülməsi bir qədər ehtiyatlılıq hissi yaradır. Adamların Xomneyiyə qarşı fikir səsləndirmələri isə biraz birmənalı qarşılanmır".

İranın neft ixracı hər gün aşağı düşür deyən Q.Hüseynli bildirdi ki, bütün bunlar qarşıda islam ölkəsini çətin günlərin gözlədiyini göstərir:

"Büdəcəyə gələn valyuta ehtiyatlar azalır. İranla qarşılıqlı ticarət əlaqələri həyata keçirən ölkələrin sayı azalır. Bütün bunlar da İranda inqilabi şəraitə gətirib çıxarır. Hökumətin mövcud vəziyyəti yaxşılaşdşırması üçün heç bir imkanı yoxdur. Əvvəla xəzinə demək olar ki, boşdur. Hökumət əvvəlki kimi bəzi terrorçu qruplaşmalara yardımını davam etdirir. İran rejimi bunların dayandırmaqdan əks siyasət yürüdür. Bütün bunlar da, həm ABŞ tərəfindən, həm də digər ölkələr tərəfindən narazılıqla qarşılanır. Bir sözlə İranın bugünki durumu çox ağırdır. Ən diqqəti çəkən hal ondan ibarətdir ki, artıq çıxışlar yerli lokal xarakter daşımır. İranın bir çox ərazilərini, həm də millətindən asılı olmayaraq bir çox insanları birləşdirə bilib. Ərəblər, İranın şimali-şərqində türkmənlərlə bəllucilər, İranın şimalında azərbaycanlıların bir hissəsi artıq proseslərə qoşulub. Proseslər yüksələn xətt üzrə gedir və zənnimcə İran hakimiyyəti böhran içərisindədir. Bu böhran İranı parçalanmaq həddinə yox, rejim dəşiyikliyinə aparacağını görməmək mümkün deyil".Cebhe.info

Analoq.az


скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV