Millət vəkili:"Ərəb turistlərin hesabına nə qədər insanımız işləyir, evinə pul aparır" » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Millət vəkili:"Ərəb turistlərin hesabına nə qədər insanımız işləyir, evinə pul aparır"

  • Tarix: 10.08.2018, 23:30,
  • Bölmə: Müsahibə
  • Baxılıb: 51 383
Millət vəkili:"Ərəb turistlərin hesabına nə qədər insanımız işləyir, evinə pul aparır" Millət vəkili:"Ərəb turistlərin hesabına nə qədər insanımız işləyir, evinə pul aparır"
"Azərbaycana gələn turistlərlə tez-tez söhbətlərim olur. Onlar heyranlıqla mənə sual verirlər ki, siz Azərbaycanda bu cür güclü sabitliyi necə qazanmısınız? Həmin turistlər Azərbaycandakı sabitliyin necə əldə edilməsinin resepti ilə maraqlanırlar".Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib. Ərəb turistlərə qarşı gözdənsalma kampaniyasının aparılması ilə razılaşmadığını söyləyən İlham Məmmədov deyib ki, ərəb turistlərin içərisində kifayət qədər yüksək mədəniyyətə və dünya görüşünə sahib insanlar da var:

"O gün AZAL-ın bir məlumatına rast gəldim. Həmin məlumatda deyilir ki, 6 ay ərzində Azərbaycana 2 milyondan çox sərnişin daxil olub. Həmin 2 milyon insanın hər biri ən azı 500 manat pul xərcləsə görün nə qədər vəsait edər. Azərbaycanda fəaliyyət göstərən otellərin gəlirləri ildən-ilə daha da artır.

Bu gün otellərdən 167 milyon vəsait əldə edilib. Bu vəsaitlər ölkəmizə qalır, yeni iş yerləri açılır. Ərəb turistlərin hesabına nə qədər insanımız işləyir, evinə pul aparır. Ərəblər bura ailə üzvləri ilə səfər edirlər. Mən hava limanında da şahid olmuşam ki, neçə-neçə ərəb qadınları Azərbaycana gəlirlər. Onlar gəlib ölkəmizi tanıyırlar, tanıdırlar.

Bunun özü də bir xidmət sektorunun inkişaf etdirilməsidir. Ərəblər bura gəlirsə, deməli ölkəmizdə sabitlik, əmin-amanlıq var. Yoxsa ki, ərəbin istədiyi ölkəyə getməyə puılu var. Azərbaycan yaxşı olmasa, ərəbin burada nə işi var? Ərəblər Avropa ölkələrinə də gedir. Ölkəmiz sabitdir ki, bura gəlirlər də.

Azərbaycana təkcə ərəblər deyil, xeyli sayda rus və digər ölkələrdən də turistlər gəlir. Mənim rus turistlərlə də ünsiyyətim olur, onlar da Azərbaycana heyranlıqla baxırlar. Bu yaxınlarda Bakıda "Jara" festivalı keçirildi, həmin tədbirə Rusiya prezidentinin və xarici işlər nazirinin köməkçiləri də gəlmişdilər. Onlar Bakıda gəlib dincəlirdilər. Biz həmin tədbirdə insanların musiqi ətrafında həmrəyliyinə şahid olduq".

Deputat qeyd edib ki, Azərbaycanda dövlət tərəfindən turizmin inkişafı üçün ciddi işlər həyata keçirilir:

"Azərbaycanın bütün bölgələrində yollar çəkilir, infrastruktur yaradılır, şəhərlər gözəlləşdirilir. Ona görə də turistlərin Azərbaycana marağı böyükdür. Azərbaycana nə qədər çox turist gəlsə, bu, insanlarımızın rifahı üçün yaxşıdır. Qonşu ölkələr olan Ermənistan və Gürcüstana da baxaq, qalıblar ortada, bilmirlər ki, hansı tərəfə getsinlər.

Azərbaycanın isə öz inkişaf yolu mövcuddur. Səmimi deyirəm ki, turistlərlə söhbətim zamanı onlar heyranlıqla mənə sual verirlər ki, axı Azərbaycandakı bu inkişafa necə nail olmusunuz, bu nə quruluşudur, bu inkişafa nail olunmağın resepti nədir?

Təbii ki, mən də onlara deyirəm ki, bu inkişafın əldə olunmasının əsas səbəbi Azərbaycanda xalqın və prezidentin birliyidir. Misal üçün, bu yaxınlarda Rusiyadan olan turistlər bizə açıq şəkildə dedilər ki, Azərbaycanda gecə saat 3-də, 4-də rahat gəzə bilirsən. Onlar bildirdilər ki, biz buna heyran qalırıq. Turistlər mənə deyir ki, biz Azərbaycanda hamının prezidentin yanında olduğunu görürük. Doğrudan da bununla fəxr etmək lazımdır".

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV