Tanınmış hüquqsünas:"Qarabağı unudan Azərbaycanlı ola bilməz"



“Nöqtə-Yeni Başlanğıc” İctimai Birliyin rəhbəri Qarabağ Qazisi, hüquqşünas Dadaşov Vüqarla müsahibəni sizə təqdim edirik.

-Vüqar müəllim, “saxta veteran və müharibə əlillər” məsələsinə dair fikirləriniz maraqlıdır?

“Həqiqətən bu məsələ baş ağrıdıcı olduğundan aktuallığını itirmir. Bəli, doğrudur ancaq ki, bunu ümumiləşdirmək olmaz, “saxta veteran və müharibə əlilləri” var və bu inkar edilməz faktdır. Belə halların ortaya çıxmasının müxtəlif səbəbləri var, başlıcası buna yol verən məmurlar həmin dövrdə səriştəsiz və təsadüfən hakimiyyətə olanlar və müstəqilliyimizin ilk illərində anarxiya və özbaşınalığın səbəbədir. Xüsusi ilə qeyd edim ki, bu məsələdə saxta veteran və ya əlil statusunu bazardan alanların namus, qeyrət, vətənpərvərliyinin yoxluğunun göstəricisidir və eyni zamanda da həqiqi veteran və müharibə əlillərinin haqlarını mənimsəyənlərdir. Praktik bir hüquqşünas olduğumdan apardığım müşahidələrdən bir maraqlı halı deyim ki, saxta veteran və əllilər arasında Müdafiə Nazirliyi tərəfindən verilən saxta veteran və müharibə əlili statusu çoxluq təşkil edir.İkinci bir hal ondan ibarətdir ki, saxta veteran və əlillər işğal olunmuş ərazilərimizin sakinləri arasında nisbət hesabına çoxluqdadır, 3 ilə yaxın xidmət keçdiyim rayonda şəxsən yaxşı tanıdığım yerli bir sakin heç bir hərbi hissədə xidmət etmədiyi, heç bir döyüşdə iştirak etmədiyi halda ona Müdafiə Nazirliyi veteran və müharibə əlili adı verib. Ancaq, tanıdığım və mənimlə DİN DQ tərkibində vuruşmuş Sahilov Kamilə (Ağsu), Əliyev Elmana (Yardımlı) və sair şəxsi işlərində uyğunsuzluq və texniki səhv olduğundan heç bir status verilmədi. Ümumiyyətlə DİN DQ-də saxta veteranlıq almaq demək olar ki, mümkünsüzdür.

Saxta "veteran və əlilləri" həqiqi veteran və qazilərimizdən fərqləndirən əsas əlamətlər onların hayasızlığı və bu statusları bayraq edənlərdir.

Həqiqi veteran və qazilərimiz imkansız və ağır sosial şəraiti olanlardır baxmayaraq ki, dövlətimizin bu təbəqəyə xüsusi qayğı və diqqəti danılmazdır”.

-Son zamanlar veteran və qazilərimiz müxtəlif təşkilatların döş nişanları, medalla təltif olunurlar. Buna münasibətiniz?

“Münasibətim çox pisdir! Baxmayaraq ki, biz Qarabağ müharibəsində ədalətli tərəf olsaq da döyüşü uduzmuşuq ancaq ki, müharibəni yox. Dediklərimi aprel (4 günlük müharibə) döyüşləri, Naxçıvan istiqamətində uğurlu Günnük əməliyyatı və sair təsdiq edir.

Bu gün həqiqətən ordumuz nəinki regional həmdə Avropanın böyük hərbi gücüdür və istənilən hərbi tapşırığı yerinə yetirmək qabiliyyətindədir. Ancaq mən hesab edirəm ki, bizim medallarla təltif edilməyimiz, gəzməyimiz Qarabağımızı azad edəndən sonra daha düzgündür”

-Qarabağı unuduruqmu?

“Bu məsələ şəxsən mənim üçün ən ağrılıdır. Sizə fikirlərimi çatdırmaq üçün məcburən qeyd edirəm və şəxsən sizin bildiyiniz kimi, Qarabağ uğrunda mən mübarizəmi hal-hazırda hüquqşünas kimi davam etdirirəm.

Beynəlxalq təşkilatlara, dövlətlərə xüsusən də Rusiya Federasiyasına rəsmi müraciət və hüquqi prosessual tələblərim həm elektron mediada həmdə kütləvi informasiya vasitələrində eləcədə televiziyada işiqlandırılır. Bu mövzu mənim üçün həssas və həyat mövzusu olduğundan Qarabağımıza maraq və münasibəti izləyirəm.

Həqiqətən də məndə elə bir hiss var ki, biz Qarabağı unutmağa meyllənirik, məsələ ondadır ki, mən açıq demək istəyirəm, Qarabağımıza dair yazılar günü-gündən azalır, şair və yazıçılarımız milli ruhumuzun yüksəlməsinə, vətənpərvərlik mövzusuna dair, şəhidlərimizə və qəhrəmanlarımıza dair bədii əsərlər demək olar ki, yazmır.

-“Şair və yazıçılar”ın əksəriyyəti hələ bu mövzuda bir kəlmə olsun yazmayıblar.

Bu mövzuda 2018-ci ildə mənim bildiyim ancaq və ancaq şair-yazar Tural İfranın “Eşqin şəhidi” adlı sənədli romanıdır. Vətənpərvərlik mövzusunda nəğmələr və oxuyanlar da çox azdır.

Həyatımızın ayrılmaz və gündəlik bir hissəsi olan sosial şəbəkələrdə qazilərimizə və şəhidlərimizə lazımi dərəcədə reaksiya verilmir.

Hətta bunu deyim ki, Qarabağımızla bağlı Rusiya ilə apardığım həm hüquqi həm də informasiya mübarizəsində tanıdığım və əslən məhz işğal olunmuş rayonlarımızdan olan insanların soyuq münasibəti məni daha çox kədrləndirir. Ümumiyyətlə Qarabağı unudan Azərbaycanlı ola bilməz və elə şəxslərə Azərbaycan vətən deyil!”

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Direct Provera Next Day Delivery buy generic cialis online Zithromax Special Instructions Sildenafil Gгјnstig Online Kaufen