Bizi izləməyi unutmayın

#Müsahibə

Milli qəhrəmanı təhqir edən psixoloq:"İki ölkənin mədəniyyətini kəşf edə bilmirik"

17-12-2018, 01:36 | 4182 dəfə baxılıb.

Son günlər psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Hər zaman fərqli fikirləri ilə seçilən gənc psixoloq yazdığı statusda qeyri-döyüş şəraitində vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan düşməni belə olsa öldürməyin qəddarlıq olduğunu vurğulayıb:

“Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.Qafqazinfo bu məqamda əksər vətəndaşların qınaq obyektinə çevirdiyi bu fikirlərin müəllifini danışdırıb:

– Nərmin xanım, psixoloq kimi yaxşı bilirsiz ki, ictimaiyyətimiz bu kimi mövzularda həssasdır və fərqli fikir səsləndirən istənilən şəxs çox zaman sosial şəbəkələrdə linç olunur.

– Düzü, bu qədər reaksiya gələcəyini gözləmirdim. Çünki status yazanda əvvəlcə izah etmişəm. Bundan əlavə, heç bir təhqir, kiminsə şərəf və ləyaqətini alçaldacaq hər hansı bir söz işlətməmişəm. Sadəcə olaraq fərqli fikir demişəm və bu, mənə görə belədir. Bilirsiniz nəyə təəccüblənirəm? Bu qədər haqsızlıqlara, qadınların döyülməsinə, məktəb şagirdlərinin təhsildən uzaqlaşdırılıb evləndirilməsinə susan insanlar bu dəfə gözlədiyimdən qat-qat artıq reaksiya verdi. Orada çatdırmaq istədiyim mesaj bu deyil. Videoada da geniş izah etmişəm. Kimisə öldürməyən adam mənim üçün düşmən deyil. Onun da hissləri var. Vətən xaini deyirlər. Aprel döyüşlərində iştirak etmiş dostlarım mənə bir kəlmə demədi. Amma əsgərlikdən qalanlar reaksiya verirlər. Bu gün müharibə olsa, sosial şəbəkələrdə məni söyənlər əsgərlikdən qaçdıqları kimi, döyüşdən də qaçacaq.

– Saytlarda sizin ermənilərlə yazışmanız kimi təqdim olunan yazılar da yayılıb.

– Ermənilərlə yazışma deyəndə mənimlə eyni düşüncədə olan bir tanış xanımım var. Biz bir-birimizə pis heç nə yazmırıq, təxribat qurmuruq. Sadəcə o da təəssüflənir ki, bir-birimizə düşmən kimi doğulmuşuq. İki ölkənin mədəniyyətini kəşf edə bilmirik. Bu, bir oyundur. Biz sülh istəyirik. Orada da sülh istəyən insanlar var.

– Adınızı axtarışa verən zaman feysbukdakı profilinizi dondurduğunuzu gördüm. Düzü, psixoloqun belə bir addım atması mənə qəribə gəldi. Çoxsaylı tənqidlərə görə profilinizi bağlamısız?

– Yox, qınaqlara görə dondurmamışam. Profilimi hansısa proqrama qoşmuşdular və xarici ölkələrdən qəzəb reaksiyaları gəlirdi. Bundan başqa, adıma xeyli saxta profil açılmışdı. Bu kimi hallarda feysbuk məhdudlaşdıra bilir. Mən onlara bu barədə xəbərdarlıq edib bir müddətlik profilimi dondurmuşdum.

Nərmin Şahmarzadənin məsələylə bağlı etdiyi canlı yayımın videosunu da təqdim edirik:

Analoq.az




скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Tarixçi Nərmin Şahmarzadəyə elə sözlər dedi ki...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir-Deputatdan açıqlama

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Maraqlı / #Araşdırma

Dəyanət Rzayev niyə intihar etdi?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının