Bizi izləməyi unutmayın

#Müsahibə

Rüfət Quliyev:" Bakıya gəlib yaşayan lakin heç bir iş görməyən kənd camaatı paytaxtdan rayonlara qayıtsın

5-01-2019, 12:52 | 2712 dəfə baxılıb.

Hər il olduğu kimi, bu il də Yeni il bayramı ərəfəsində bəzi işbazlar insanların “cibinə girməyi” bacardı. Misal üçün, ölkədə adi günlərdə quzu ətinin kiloqramı 10 manat 50 qəpiyə satılırdısa, bayram günlərində sözügedən heyvan ətinin kiloqramı 13 və bəzi yerlərdə 14 manata qaldırıldı. Bununla belə, Azərbaycanda siqaretlərin qiyməti də süni şəkildə artırıldı.

Ən azı bu qiymət hər bir siqaret markalarının qutusunda 30 qəpik bahalaşdı. Həmçinin bayram günlərində digər ərzaq və qeyri ərzaq malların da qiymətində artım qeydə alındı. Yeni ilin yanvar ayının 3-də isə məlum oldu ki, sözügedən məhsullarda qiymət artımı süni şəkildə, bilərəkdən artırılıb.

Bu və ya digər məsələlərlə bağlı milli məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Unikal.org-a müsahibə verib.

-Rüfət müəllim, bu bayramda da insanlar qiymət artımı ilə üzləşdilər. Bu niyə baş verir?

-Mən bir məsələni qeyd etmək istəyirəm. Azərbaycan iqtisadiyyatı bazar üzərində qurulub. Bazar iqtisadiyyatının da öz qanunları var. Bu qanunları vaxtı ilə Karl Marks “Kapital” əsəri vasitəsilə açıb. O, bazar iqtisadiyyatı ilə bağlı hər şeyi yazıb. Mən bir alim kimi, qeyd etmək istəyirəm ki, tələb-təklif qanunu var. Yəni, bazar qanunlarına görə, tələb çox olarsa, təklif çatdırılmırsa qiymət qalxır. Tələb azalır, təklif çoxdursa qiymət düşür. Yəni rəqabət qanunu da burada işləyir.

-Yəni, hesab edirsiniz ki, bayram qabağı tələb təklifi üstələdiyi üçün qiymət artıb?

-Dövlət hər zaman makro-iqtisadi məsələlərlə məşğul olsun. İqtisadiyyatı da başlı-başına qoymaq olmaz. Ümumiyyətlə dünyada iki iqtisadi nəzəriyyə var. Ya bazar iqtisadiyyatı sərbəst buraxılmalıdır. Bu Adam Smitin vaxtından qalıb. 1776-cı ildə şotland iqtisadçı-alim Adam Smit ilk dəfə olaraq fərdlərin şəxsi maraqlarına xidmət etmələri ilə cəmiyyətədə faydalı olacaqları barədə fikirlər yürüdür. İkinci nəzəriyyə də ondan ibarətdir ki, dövlət kifayət qədər iqtisadiyyatın işinə qarışıb, bazarı tənzimləməlidir. Bu nəzəriyyədən amerkanlılar da istifadə edir.

-Bizdə hansı nəzəriyyədən daha çox istifadə edilir?

-Hazırda Azərbaycan dövləti bazara nəzarəti çatdıra bilmir. Bunu dövlətdə günah görmək olmaz? Mənə də deyirlər ki, qoy dövlət qiymət, bazar məsələsində ciddi müdaxilə eləsin. Mən isə bunun tərəfdarı deyiləm.

-Nəyə görə?

-Ona görə ki, bu gün bütün dövlət siyasətinin (vergi, sosial müdafiə) fəlsəfəsi ondan ibarətdir ki, vətəndaş, sahibkar, bazar iştirakçısı ilə məmur arasında minumal əlaqə qalsın. Mən əgər sabahları çıxış edib, təklif versəm ki, qiymətlərin tənzimlənməsi üçün dövlət xüsusi, intensiv, ekstremal addımlar atsın. O, deməkdir ki, bəzi əli natəmiz məmurlar başlayacaq özlərinə xüsusi sistem qurmağa. 3-5 gün sonra bu sistemi qurub nəsə əldə edəcəklər. Yenə deyirəm, bu günkü dövlətin siyasətinin fəlsəfəsi sahibkar-məmur arasında olan “məsafəni” azaltmağa çalışmaqdır. Tutaq ki, bu gün vergilər elektronlaşıb. Sahibklarlar istənilən əməliyyatı elektron formada həyata keçirə bilirlər. Bu da dövlət tərəfindən sahibkarlar üçün ən yaxşı şərait sayılır.

-Dövlət bazar iqtisadiyyatına nə qədər az müdaxilə etsə, bir o qədər yaxşıdır. Amma müdaxilə etmədiyi halda da bəzi işbazlar bundan istifadə edib, insanların “cibinə girməyi” bacarırlar. Bunu hansı yollarla həll etmək olar?

-Mən üzümü son 19 ildir regionda yaşayan insanlara tutub, səslənirəm. Regionlarda insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bütün addımlar atılıb və bundan sonra da bu işlər davam etdirilir. Bunun üçün uzun müddətli dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarını misal çəkmək olar. Əgər 90-cı illərdə regionlarda işıq, su, qaz problemi vardısa, hazırda bu problemlər minimuma endirilib. Burdan regionlarda yaşayan insanlara deyirəm ki, dövlət sizə hər cür şərait yaradıb. Siz Bakıya niyə gəlirsniz? Bakı 2.5 milyon əhali üçün nəzərdə tutulan bir şəhərdir. Hələ maksimum səviyyədə deyirəm. Amma, indi bu rəqəm 4 milyondan çoxdur. Bu insanların əksəriyyəti rayon əhalisidir. Mənim təklifim odur ki, Bakıya gəlib, yaşayan lakin heç bir iş görməyən kənd camaatı paytaxtdan rayonlara qayıtsın. Onlar şəhərdə iş gözləməkdənsə, gedib rayonlarda kənd təsərrüfatı ilə məşğul olsunlar. Belə olduqdan sonra, ola bilər ki, bazar süni qiymət artımından xilas olsun. Hər bayram qabağı, meyvə, ət, yağ, düyü və digər ərzaq mallarının qiyməti aşağı olacaq. Bilirsiniz niyə? Çünki istehsal nə qədər çox olarsa, qiymətlər bir o qədər aşağı olacaq.

-Hesab edirsiniz ki, camaat kəndlərə qayıtdıqdan sonra Bakıdakından da rahat yaşayacaqlar?

-1990-2000-ci illərdə regionlarda vəziyyət bir o qədər də yaxşı deyildi. İş yox, kommunal vəziyyət çox aşağı idi. Amma, bu gün yuxarıda qeyd etdiyim kimi dövlət bu sahədə üzərinə düşən işi görür. İndi rayonlarda hər şey var. Dövlət rayondakı insanlar üçün istənilən şəraiti yaradıb. Mən bunu seçicilərimlə görüşəndə də deyirəm. Azərbaycan xalqı çox işgüzar xalqdır. Həqiqətən işləyənik. Pul qazana bilir, daşı sıxıb, yağın çıxardan bir millətik. Amma, son 20 ildə insanlarda bu torpağa, kənd təsərrüfatına maraq itib. Bilmirəm bu nəyə görədir? Bilirəm bəzi insanlar kəndlərdə bələdiyələr tərəfindən ayrılmış torpaqlarda əkin əkmək istəyir. Amma, bunun üçün ərazi imkan vermir ki, o işini həyata keçirə bilsin. Ya da su problemi olar. Mən bununla razıyam. Bütövlükdə ölkəmizdə əkin üçün yararlı torpaqlar nə qədər istəsən var. Bir gün avtomobillə Lənkərana gedək. Görəcəksiniz ki, rayona kimi yolun sağ-solu demək olar ki, boşdur. Astarada adamlar işləyir. Cəlibadda, həmçinin Gəncə və Şəmkirdə də yol boyu hamı əkin işləri ilə məşğul olur. Qalan yerlər boşdur. Mənim doğulduğum Lənkəran rayon Sütəmordov kəndində insanlar hər zaman əti, südü, yumurtanı öz həyətlərindən götürürdülər. Heyvan saxlayır, əkin əkirdilər. Bunu gedib bazardan almırdılar. İndi kəndə gedəndə bunu çox az görmək olur. Kiminlə görüşürsən hamı fəxrlə deyir ki, “Super Marketə” gedirəm. Kimsə bu sözü mənə deyəndə, elə bilirəm kəndçilərim məni təhqir edirlər. Kəndçi “Super Marketə” gedər? Vallah mən bəzən Lənkəranda çayxanalarda da görüş keçirirəm. Allah şahiddir. Bir nəfər ən azı 20 dəqiqə problem danışır. 21-ci dəqiqədə deyirəm siz qurtardınız, qoy mən danışım. Soruşuram torpağınız var? deyir bəli var. Digəri deyir torpağım var, satıb “mercedess” almışam. Nədi-nədi qonşusunun da “mercedess”i var. Astara gömrüyündən Tehrana kimi 14 saat avtomobillə yol getmişəm. Yol kənarlarına baxanda adam zövq alır. İnsanların hamısı əkib-becərirlər. İnsnaların torpağa necə məhəbbətləri var!. Bizdə torpağa məhəbbət az olduğu üçün ərzaq mallarının bahalaşmasında problemlər yaşayırıq. Sovet dövrünün ən ağıllı işi sovxoz-kolxozları yaratması idi. İnsanları məcburi əməyə cəlb edirdilər. İndi seçicilərimlə görüşür, onlara məsləhət verirəm ki, yığıb birlikdə fermer təsərrüfatınızı yaradın.

-Rüfət müəllim, ərzaq mallarının süni şəkildə qalxmasının qarşısının alınması səbəblərindən danışdınız. Nəyə görə, 31 dekabrdan 3 yanvar tarixinədək siqaret qiymətləri süni şəkildə artırıldı?

-Bu məsələ sizin, mənim üçün böyük, dövlət üçün xırda məsələdir. Azərbaycanda işgüzar və işbaz adamlar var. Bazar iqtisadiyyatının ən böyük problemi də bu işbazlardır. Dövlət də nə qədər bacarırsa bunun qarşın ala bilir. Mən hər zaman onu demişəm ki, bazar iştirakçısı olan şəxs heç vaxt tam ədalətli iş görə bilmir. Bu mümkün deyil. Bunun üçün kapitalı oxumaq lazımdır. Avropa uzun müddətli bu sahədə tarixi olan ölkələrdir. Bu ölkələrdə dövlət bazar iqtisadiyyatını cilovlaya bilmişdi. Azərbaycan gənc ölkədir. Bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də ciddi islahatlar aparılır. Bizdə də bazar iqtisadiyyatı müəyyən qədər cilovlanıb. Amma, çox da cilovlayanda bəzi məmurlar bundan istifadə edib, öz oyununu oynamağa başlayırlar. Siqaretin qiymətinə gəldikdə isə, bu da yanlış addımdır. Bəzi dırnaqarası sahibkarlar siqaretin qiymətindən sözügedən 3 gün ərzində qoy 1 milyon dollar qazanc əldə etsinlər. Bundan artıq mümkün deyil. Mən siqaret bazarını da yaxşı bilirəm. Amma, bunu etməyə dəyməz. Bu insanların ciddi narazılığına səbəb olur və ciblərinə təsir göstərir.

-Siz həm də iqtisadi sahədə ölkədə yayımlanan televiziyaların birində verliş aparırsınız. Burada danışmaq üçün məmurları dəvət edə bilirsizmi?

-Bax, bu lap ürəyimcə olan sualdır. Deməli, bir sıra qurumlar var, onların rəhbərlərini, nümayəndələrini müzakirələr üçün çağırırıq. Onlar Vergilər, İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin vəzifəli şəxsləridir. Amma digər iqtisadi qurumlar verilişə qatılmaq istəmirlər. Deyirəm ki, gəlib, insanları maraqlandıran sualları cavablandırsınlar. Gəlmirlər. Qardaş mən də millət vəkiliyəm. Çıxmışam efirə aparıcılıq edir, insanların suallarına cavab verir, vaxt itirirəm. Mənim də işlərim çoxdur. Amma, siz niyə gəlmirsiniz? Qorxunuz var? Qardaş mənim qorxum yoxdur. Millət vəkili kimi istənilən adamın sualına cavab verirəm. Burada qorxulu nə var ki? Allah cənab prezidentin canını sağ etsin. Demokratiyaya, azad sözə imkan verib. Sadəcə səndə elə danışmalısan ki, dövlət, cəmiyyət üçün də xeyirli olsun. Sözügedən məmurlar da gəlib, insanların suallarına cavab verməlidirlər. İnsanlara izah etməlidirlər ki, qiymətlər niyə qalxıb, nə vaxta qədər millət vəkilləri bu məsələlərdən danışacaq?!.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #İqtisadiyyat / #Maraqlı / #Ölkə

Azərbaycanda növbəti benzin bahalaşması..

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət / #Ölkə

Gündəlik təlabat malları yenidən bahalaşdı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə / #Araşdırma

Azərbaycanda siqaretlər bahalaşdı – SİYAHI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Achat Viagra Original zoloft canadian pharcharmy Moyens De Durer Plus Longtemps How Long Does Viagra Last
  • Нравится
  • 0
kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının