Qarabağa görə Rusiya Xarici İşlər Nazirliyi cavab verəcək-Hüquqşünas Vüqar Dadaşovun mövqeyi



Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov Rusiya tərəfindən “Kürəkçay müqaviləsi”nin şərtlərinin kobudcasına pozulmasına görə BMT-nin Beynəlxalq Məhkəməsinə verilməsi məsələsinə aydınlıq gətirmişdir. Vüqar Dadaşov Analoq.az-a bildirmişdir ki: “Rusiyanın “Qarabağ xanı ilə Rusiya İmperiyası arasında xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə 14 may 1805-ci ilin Traktı”nın şərtlərini kobudcasına pozması nəticəsində Qarabağ ərazi bütövlüyünü itirmiş, etnik tərkibi dəyişdirilmiş və idarəçiliyindən azərbaycanlılar uzaqlaşdırılmışdır.

Arxiv sənədlərində “Kürəkçay müqaviləsi” kimi tanınan r müqavilə 11 artikuldan ibarətdir. Sözü gedən müqavilə Qarabağ və Şuşa Xanı İbrahim xanla Rus imperiyasının və İmperatorunun Qafqaz üzrə nümayəndəsi, Rusiya ordu generalı knyaz Pavel Sisianovla bağıanmış beynəlxalq müqavilədir. Həmin dövrdə Qarabağ və Şuşa Xanlığı 18000 kv. km əraziyə və müstəqil dövlət atributlarına malik, Rusiya arxiv sənədlərində və eləcədə sözü gedən müqavilədə feodal dövlət kimi göstərilirdi.

Həmin Traktın 2-ci artikulunda Qarabağ və Şuxa Xanlığının ərazi bütövlüyünün saxlanmasına, xanlığın idarəçiliyinin İbrahim xanın özündə və sonradan varislərində saxlanılması eləcədə əhalinin qorunmasını Rusiya imperiyası öhdəlik kimi boynuna götürür və imperator zəmanəti verirdi.

Eləcədə Traktın 5-ci artikulun 2-ci bəndində Rusiya Qarabağ və Şuşa Xanlığında hakimiyyətin fasiləsiz İbrahim Xanın varislərində saxlanmasına İmperator zəmanəti verilmişdi.

Müqavilədən bir il sonra İbrahim Xanı və onun ailəsini qorumalı olan heyətin komandiri mayor Lisaneviç İbrahim xanı və onun ailəsini qətlə yetirir. 1822-ci ildə imperatorun fərmanı ilə Qarabağ və Şuşa xanlığı ləğv edilir, yerində əyalət təşkil edilir və rus imperiyasının inzibati idarəetmə sistemi formalaşdırılır. Ləğv edilmiş Qarabağ və Şuşa Xanlığı 1840-cı ilə kimi Şuşa əyaləti (uyezdi) kimi adlandırılırdı. 1840-cı ildə ləğv edilmiş Qarabağ və Şuşa xanlığı yerində təşkil edilmiş Şuşa əyaləti də Zəngəzur, Cavanşir və Cəbrayıl əyalətinə (uyezdınə) bölünür. Beləliklə Rusiya imperiyası “Qarabağ xanı ilə Rusiya İmperiyası arasında xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə 14 may 1805-ci ilin Traktı”nın şərtlərinin tam əksinə gedərək Qarabağ və Şuşa Xanlığını və hakim ailəni məhv edir.

Bu gün ki Rusiya Federasiyası həm Rusiya imperiyasının həmdə SSRİ-nin varisi olmaqla BMT-nin Beynəlxalq Məhkəməsinin üzvüdür və beynəlxalq hüquq pozuntusuna yol verdiyinə görə məsuliyyət daşıyır

Göründüyü kimi Rusiya Azərbaycan xalqı qarşısında həm siyasi, həm mənəvi əsası ilə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Beynəlxalq hüququn iki növ məsuliyyəti: siyasi və maddi məsuliyyəti var. Siyasi məsuliyyətin retorsiya, represaliya, satisfaksiya və retorasiya kimi formaları var.

Birləşmiş Millətlər Təşkilatının Əsasnaməsinə və BMT-nin Beynəlxalq Məhkəməsinin statutuna, reqlamentinə uyğun olaraq tarixi ədalətsizliyin bərqərar edilməsinə görə Beynəlxalq Məhkəməyə müraciət etməmişdən öncə Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının mehriban qonşuluq, xalqlar arası dostluq və strateji əlaqələrini nəzərə alaraq Rusiya rəsmi orqanlarına eləcədə Rusiya Prezidenti Vladimir Putinə, Baş Nazir Dimitri Medvedevə “Qarabağ xanı ilə Rusiya İmperiyası arasında xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə 14 may 1805-ci ilin Traktı” ilə bağlı müqavilə şərtlərinin pozulması nəticəsində yaranmış vəziyyətin həlli yollarının müzakirə edilməsi üçün işçi qrupun və ya birgə komissiyanın təşkilinin zəruriliyi barədə müraciət olunmuşdu.

Rusiya Federasiyası Prezident Administrasiyası, Rusiya Federasiyasının Nazirlər Kabineti rəsmi və Federal Məclisi nəhayət ki, davamlı təkidimiz nəticəsində müraciətlərimizə münasibət bildirmişdir.

Rəsmi sənədlərdə gpstərilir ki, müraciətlərimizdə qoyulmuş suala yəni Rusiya “Qarabağ xanı ilə Rusiya İmperiyası arasında xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə 14 may 1805-ci ilin Traktı”nın şərtlərinin pozulmasına aydınlıq gətirəcək və məsələyə aydınlıq gətirmək Rusiya Xarici İşlər Nazirliyinə həvalə edilmişdir. Odur ki, Rusiya XİN-nin açıqlama və təkliflərindən aşlı olaraq prosessual hüquqi hərəkətlər olunacaq”


Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi