Bizi izləməyi unutmayın

#Gündəm

DƏRYA MƏHƏMMƏDİN DƏYƏRLİ ŞƏYİRDİ

24-02-2016, 17:42 | 2 4682 dəfə baxılıb.

DƏRYA MƏHƏMMƏDİN DƏYƏRLİ ŞƏYİRDİ
Aşıq Yaqub, al sazını,
Yandır “Yanıq Kərəm”ini,
Ürəklərə yağ kimi yay,
Telli sazda “Dilqəmi”ni.
Hacı SÜLEYMANOV


Aşıq Yaqub 1948-ci ildə mart ayının 20-də Qazax Rayon İkinci Şıxlı kəndində dünyaya göz açmışdır. Ata-babası çoban olmuşdur. Kürün o tayında - Qarayazıda, Ceyrançöldə yurd-yuvaları olub. Aşıq Yaqub əsgərlikdən gəldikdən sonra 1970-ci ilin dekabr ayından Şıxlı Dərya Məhəmmədə qulluq edir. Aşıq altı il şəyirdliyi dövründə sazın bütün sirlərinə dərindən yiyələnə bilir. Dastanları, şeirləri, divaniləri, təcnisləri mükəmməl öyrənir. “Aşıq Alının Türkiyə səfəri”, “Şair Ağacanın Türkiyə səfəri”, “Aşıq Ələsgərin Gəncə səfəri”, “Xəstə Qasım” dastanı, “Aşıq Hüseyn Bozalqanlının Körpülü səfəri,” “Aşıq Qərib” dastanı, “Telli Həsənin” dastanı aşığın dilinin əzbəridir. Aşıqlar Birliyinin üzvü olan Aşıq Yaqub keçmiş ustadların layiqli davamçısıdır. Bir saz havasını mükəmməl bilmək üçün, yaxşı bir kişinin bir şəkli üçün, ruhun qanadlarında yazılmış bir şeir üçün dünyanın bu başından o başına getməyə hazırdı Aşıq Yaqub.
Biz də Aşıq Yaqubla həmsöhbət olmaq istədik. Üz tutduq dahilər yetirən Şıxlı kəndinə. Bir yay günü axşamçağı atamla Aşıq Yaqubun evinə getdik. Getdik ki, bir az könlümüz açılsın, bir az durulaq, saflaşaq. Dəli Kürün səsi üçün yamanca darıxmışdıq. Dəli Kürün səsini eşitmək üçün yenə də Şıxlıya üz tutduq. Dədəm Qorquda salam demək üçün Aşıq Yaqubla dərdləşmək istədik. Kamal əminin ruhunu şad etmək üçün Aşığın qapısına getdik. Sinəsi sazlı-sözlü, xatirələrlə dolu aşığımız bizi mehriban qarşıladı. Ailə üzvləri də var olsun, əziyyətimizi çəkib bizə süfrə də açdılar. Aşıq Yaqubun saz sənətindən halal qazandığı çörəkdən bir qismət dadmaq bizim də payımıza düşdü. Süfrəniz açıq olsun deyirik, Aşıq Yaqubun mehriban ailəsinə.
- Dərya Məhəmməddən ürək dolusu danışırsınız. İstərdim ki, yenə Dərya Məhəmməddən söz açsın aşıq...
- Dərya Məhəmməd 1905-ci ildə anadan olub. 1984-cü il iyun ayının 15-də dünyasını dəyişib. Ustadım tələbkar və ciddi insan idi.
- Dərya Məhəmməd özü kimə şəyirdlik edib?
- Dərya Məhəmmədin birinci ustadı 1928-ci ildə Aşıq Canallı Məmmədin şəyirdi Aşıq Səməd olub. Canallı Məmmədin ustadı isə İranlı Aşıq Abbas olub. 1928-1929-cu illərdə Dərya Məhəmməd Aşıq Səmədə qulluq edib. Mənim ustadım kamil insan idi. Mənə saz sənəti ilə bərabər həyat məktəbindən də dərs verirdi. Ustadım elə bir məclis olmazdı ki, dastan danışmasın. Aşıq Əmrah, Aşıq Hüseyn Saraclı ustadımın ən yaxın dostları idi. Onların dəfələrlə ustadımgildə qonaq qaldığını, çörək kəsdiyini, etdikləri dirsək söhbətlərinin, aşıq dili ilə desək qabırğa söhbətlərinin şahidi olmuşam.
- Siz neçə dastan bilirsiniz?
- On iki dastan bilirəm, qızım.
- Aşıq Kamandar da Dərya Məhəmmədin şəyirdi olub?
- Bəli. Kamandar ustadımgildə qalırdı. Kamandar saz sənətinə sevə-sevə qulluq edirdi. Allah rəhmət eləsin Cavanşir əmin mənə “ULDUZ” jurnalı verdi. Mirzə İbrahimov aşıqlar haqqında öz fikirlərini yazmışdı: - “Aşıq Əmrah sazı qrammatik çalır, Aşıq Kamandar sazı gur çalır.” Doğrudan da elə idi. Kamandar saz çalanda elə bilirdin ki, orkestr ifa edir.
- Hal-hazırda efirdə olan olan bəzi “aşıq”lardan mən narazıyam. Sazı tərsinə tutub çalırlar. Elə bilirəm Dədə Qorqud bizi səsləyir, amma biz onun çağırışına biganəyik. Elə “aşıq”lardan razısınızmı?
- Narazıyam. Yerlə-göy arası narazıyam. 1970-ci ildən aşıqlıq edirəm. Göyçə mahalından üzü bəri el-el gəzib dolanmışam. Aşıq Ələsgərin qəbrini ziyarət etmişəm. Oğlu Aşıq Talıbın qonağı olmuşam. Dədə Ələsgər içdiyi bulaqdan mən də su içib gəlmişəm. Aşıq Ələsgərin qəbir daşına yazılmışdı:
Halal zəhmət ilə, təmiz ad ilə,
Mən dolandım bu Qafqazın elini,
Qocaya pirim dedim, cavana qardaş,
Ana-bacı bildim qızı-gəlini. Sənəti oyuncaq sanmaq günahdır. İndi sənətin qiymətini o qədər aşağıya endirənlər var ki. Mən bu hallarla barışa bilmirəm.
- Aşıq necə olmalıdır?
- Ələsgər babamız yaxşı deyib:
Aşıq olub tərki-Vətən olanın,
Əzəl başdan pürkamalı gərəkdir.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir. Daha mən dərs aldığım məktəbi sevən insanlar çox az qalıb. “Divani”, “Təcnis” “Qaraçı” havası oxuyursan. Deyirlər ki, bu nədi? Zəmanə mahnıları oxu.

Dostum məndən bir əmanət istəyir,
Ümidvaram yaxın zamana verəm.
İxtiyarım çata, qüdrətim ola,
Yaxşının dərdini yamana verəm.

Divan olsam nainsafa, çoxuna,
İsbat olan cinayətə tək bəsəm.
Qanmazın ömründən qayçıyla kəsəm,
Aşkara götürəm qanana verəm.

Bardı şeirlərim çoxdu şirini,
Ancaq ki tapmışam deyən yerini,
Mən çəkən azarın beşdən birini,
Könlümü intizar qoyana verəm.

Məhəmməd od tutub, görün yanımı,
Dərdə düşsün dərd bilməzi, zalımı,
Əzizliklə saxladığım canımı,
İnsafdımı indi canana verəm?


(Şeiri söyləyən aşıq ustadı üçün körpə uşaq kimi zar-zar ağlayır. S.Y.) Hanı bu ustad? Yoxdu daha. Xatirəyə çevrilib, nağıla dönüb. Yuxularma yalvarıram ki, ustadımla məni görüşdürsün. Səməd Vurğunla dirsək-dirsəyə oturub mənim ustadım. Qori Müəllimlər Seminariyasında bir yerdə oxuyublar. Kənd məktəbində Osman Sarıvəlli ilə bir oxuyublar. Bir oturub-durublar. Özü deyirdi: “Mən o sıradan üzülüb qalmışam.”
- Elə bil ustadınızdan heç doymamısınız...
- 1921-ci ildə ermənilərin açdığı atəş nəticəsində ustadımın atası öldürülüb. Yetim qalıb. Ailənin bütün yükünü çiyinlərinə götürüb. Heç yanda təhsil ala bilməyib. Ona görə də deyirdi ki, mən o sıradan üzülüb qalmışam. Ona Dərya adını Osman Sarıvəlli, Səməd Vurğun verdi. Ustadıma Dərya adını xalq özü verdi. Onu kimi aşığı bir də ana doğa bilməz. Ustadımdan heç doymadım. O təlim-tərbiyə görmüşdü. İki ustaddan dərs almışdı. Aşıq Səməddən sonra Aşıq Sadıq Sultanova qulluq edib ustadım. Aşıq Sadığa yeddi il qulluq edib. Dastanların yetmiş faizini Aşıq Sadıqdan öyrənmişdi. O Aşıqlar dastan aşığı idilər.
- Sadıq Sultanov haralı idi?
- Qərbi Azərbaycanın Axta Rayonun Dərəçiçək kəndi var idi. Yeddi para kənd idi adına Dərəçiçək deyirdilər. Onun içində Qaraqaladan idi. Aşıq Sadığın atası Həsən olub. Aşıq Həsən dayısı Aşıq Alıdan dərs almışdı. Aşıq Alının ustadı olub Aşıq Cəlil. İrəvan ətrafında yaşayıb Aşıq Cəlil. “Cəlil”i havasını da Aşıq Cəlil yaradıb. Ustadım Bozalqanlı Hüseynlə də yaxın dost idi.
- Köhnə aşıqların sədaqətləri də təmənnasız idi...
- Ustadım danışırdı: “Metex qalasının qənşərində, Tramvay yolunun ağzında, Kürün sağ sahilində - Şeytanbazarda çayxanada oturub ustadımla çay içirdik. Səhər saat 10-11 arası imiş. (Yemək, içmək, yatmaq yeri bir yerdə olan mehmanxanaya o zamanlar Draxdın deyirdilər. A. Y.) Qapı açıldı, içəri hündürboy bir aşıq daxil oldu. Aşıq Mirzə Bayramov idi. Aşıq Mizə görkəmli, şəxsiyyətli aşıq idi. İrəli yeridi, ustadımla görüşdü. Əyləşdilər. Aşıq Sadıq buğlama sifariş etdi. İki ustad bir də mən yemək yedik. Aşıq Sadıq dedi ki, Aşıq Mirzə sən buralara gələn deyilsən. Xeyirdimi? Nə yaxşı gəlmisən? Aşıq Mirzə söylədi ki, Aşıq Sadıq, yengən xəstədi. Burada xəstəxanada yatır. Ona görə gəlmişəm. Aşıq Sadıq bu söhbətdən sonra sazı köynəkdən çıxartdı. Aşıq Mirzə də sazı kökləməyə başladı. Zilini zil, bəmini bəm. Aşıq Mirzə “Misri” oxudu. Ustadım ölənə kimi deyirdi ki, Aşıq Mirzə kimi “Misri” oxuyan hələ olmayıb. Bir Misri oxudu ki, elə bildim, göy guruldadı, şimşək çaxdı. Öz-özümə dedim ki, Allah, görəsən bu səs hardan gəlir? Dörd saat saz çalıb oxudular. Tramvay da dayandı, küçədə gedən insanlar da dayandılar. İynə atsan yerə düşməzdi. Xeyli pul yığılmışdı. Aşıq Sadıq o pulun hamısını dəsmala büküb Aşıq Mirzənin cibinə qoydu. Bir qəpik də olsun özü götürmədi. Aşıq Mirzəyə dedi ki, apar yengəmin şəfası üçün xərclə.” Qızım, etibara bax. Kişiliyə bax. Sədaqətə bax. İndi o mərifət yox səviyyəsindədir. Mən ustadımdan soruşurdum ki, Aşıq Mirzə, ya Aşıq Sadıq yaxşı oxuyurdu? Deyirdi ki, Aşıq Mirzənin səsi zil idi. Aşıq Sadığın səsi yağlı idi, dolu idi.
- Şıxlı kəndi köklü kənddir. Kəndin yaxşı kişilərindən danışın. Onları da anaq. Məqsədimiz yaxşıları yaşatmaqdır.
- Həmid Aynıslı şair təbiətli kişi idi. 1973-cü ildən tanıdım Həmidi. Toylarda masabəyi olurdu. Tödənin oğlu Əhməd var idi Sarıvəllidən. Kolxoz sədri işləmişdi. Hörmətli adam idi. Qonaqlı-qaralı, gedənli-gələnli ocağı vardı. Sazı çox sevirdi. Onun havası “Bəhməni”, “Yanıq Kərəmi” idi. Sosialist əməyi qəhrəmanı, 16 il Sovxoz direktoru işləmiş İmran Mirzəyev var idi. Kamal əmin mərd ürəkli oğul idi. Veys müəllim Qazax rayonunda sayılıb-seçilən ədəbiyyat müəllimi idi. Veys müəllim tələbkar, savadlı müəllim idi. Məktəbdə o dövrə görə müəyyən yeniliklər etmişdi. O, məktəbdə olmayanda məktəb sanki öz görünüşünü itirirdi. Heyf, çox yaşamadı, qəfildən ürəyi dayandı – 55 yaşında. 1973-cü ilin may ayının dördü səhər saat yeddidə dünyasını dəyişib. Ağır itgi idi Veys müəllimin itgisi. Bütün kənd ağlayırdı Veys müəllimdən ötrü.
- Aşıqlıq sənətini sizə kim sevdirdi?
- İlk dəfə aşıqlıq sənətini mənə Kamal Alı oğlu sevdirdi. Mən bunu həmişə deyirəm. (Aşıq ağlayır. Elə bizi də ağladır. S.Y.) Onun sevdiyi havanı həmişə oxuyuram. “Naxçıvani” havasını. Rəhmətlik Pərviz həmişə mənə sifariş verirdi ki, Kamal əmimin havasını oxu. Kamal ruh əhli idi, Kamal eşq əhli idi, Kamal məclis adamı idi. Seçilirdi, sevilirdi. Şəxsiyyətli, görkəmli oğul idi Kamal. Gözündən köç ötmürdü. Gözəl sənətkar idi. Şıxlı kəndində elə bir ev yox ki, orada Kamalın əlinin nişanəsi olmasın. Kamal gözümün önündən getmir. Elə kişilər indi hardadı?! Kamal kimi oğul bir də gəlməz bu dünyaya. Onun 45-50 yaşı olardı. Mənim isə o zamanlar saza həvəskar vaxtım idi. Məni aşıqlıq sənətinə həvəsləndirə - həvəsləndirə aşıq etdi rəhmətlik Kamal.
- Kamal əmi də saz çalırdımı?
- Kamal saz çalırdı. Eşqli idi. Gözəl səsi var idi. Gecə ikinci mərtəbəyə çıxırdı, oxuyanda bütün kənd Kamalın səsinə, avazına qulaq asırdı.
- Mahmud əminin lətifələrindən siz də bilirsinizmi?
- Rəhmətlik Mahmud həmişə deyirdi ki: Çox işləməyin, yatan aparar.
- Qazancınız yalnız toylardandımı?
- Bəli, qazancım toylardandır. Ev tikdim. Üç övlad böyütdüm. Min Şükür, indi onların da ev-eşiyi var. Altı nəvəm var. Qızım Dərya Məhəmmədin nəvəsinin ömür-gün yoldaşıdır.
- Şəyirdləriniz varmı?
- Var.
- Aşıq Avdı neçə il sizə qulluq etdi?
- İki il Aşıq Avdı mənim şəyirdim oldu. Aslanbəyli kəndindən Həsən adlı oğlan da hal-hazırda məndən dərs alır. Gələcəyi var Həsənin.
- İndi toylara hansı bölgələrə gedirsiniz?
- Qazaxda, Borçalıda toylarda oluram. Saz dinləmək, köhnə havalara qiymət vermək Borçalılarda üstünlük təşkil edir. Aşıq Sadıq zamanında demişdir: Aşıqlıq sənəti Borçalıdan başlayır, Salyanda zağara-zurna ilə qurtarır.
- Aşıq ilhamı nədən alır?
- Aşıq ilk növbədə ilhamı məclisdən alır. Məclis xoşuma gələndə, məni dinləyən olanda, mənə qiymət verən olanda mən nər oluram. Məni dinləyən olmayanda istəmirəm on bir telli sazı ifa edəm. Sazın qiymətini bilənlər bilir.
- İlk sazınızı kim bağladı?
- Sazbənd Məhəmmədəli vardı. Qazaxda yaşayırdı. Naxçıvandan gəlmişdi. Mənim ilk sazımı o bağladı. Aşıq Kamandarın sazını da 1959-cu ildə Məhəmmədəli kişi bağlamışdı.
- Canallı Aşıq Məmmədin şəkli necə oldu ki, sizin evdə də var?
- Sazbənd Məhəmmədəligilə saz bağlatmağa gedəndə gördüm ki, divardan bir şəkil asılıb. Şəkil məni özünə çəkdi. Şəkildə qara, dolu sifətli bu insan oturub əlində saz tutmuşdu. Soruşdum ki, bu şəkildəki kimdir? Sazbənd söylədi ki, Canallı Aşıq Məmməddir. Dedim ki, olarmı bu şəkili aparıb surətni çıxardım, birini də sizə əlavə çıxartdırıb gətirim. Sazbənd yox dedi. Xətrimə dəydi. Gördü ki, təsirlənmişəm. Dedi, şəkili apar, amma tez gətir. Tez şəkili götürdüm, getdim. Dörd dənə surətini çıxartdım gətirdim. Sazbəndə öz şəklini və bir dənə də əlavə şəkil verdim. Aylar, illər keçdi. Evə gəlirdim. Gördüm bir nəfər traktorun yanında bikef dayanıb. Mən bu insana salam verdim. Niyə burda dayandığını soruşdum. Dedi ki, traktorun hansısa bir hissəsi qırılıb, ona görə də işləri yarımçıq qalası olub. Hardan olduğunu soruşdum. Canallı kəndindən olduğunu söylədi. Dedim, oradan bir adam desəm tanıyarsanmı? Dedi ki, nə bilim. De, yəqin tanıyaram. Dedim, Canallı Məmmədi tanıyırsanmı? İnan, Səbinə bu sualı dediyimə peşiman oldum. Bu kişi ağlamağa başladı. Elə ağlayırdı ki, yaş yanağından leysan kimi axırdı. Bir azdan sonra mənə cavab verdi ki, Canallı Aşıq Məmməd mənim atamdır. Mən beş aylıq körpə olanda atam dünyasını dəyişib. Atamı heç xatırlamıram. Həmin insanı evimizə gətirdim. Həyat yoldaşım yemək hazırladı. Yemək yedik, xeyli söhbət etdik. Söhbət zamanı mən Çıraqdan soruşdum ki, atanın səndə şəkli varmı? Dedi ki, yox. Dedim, atanın şəklini sənə göstərsəm mənə necə baxarsan? Dedi ki, ayə dərdinalem məni öldürmə. Şəkili gətirdim. Şəkilə baxıb gözünün yaşı qurumurdu. İnan ki, elə bil dünyaya yenicə gəldi, Aşıq Məmmədin oğlu. Doyunca atasının şəklinə baxdı. Şəkilin birini də Çırağa hədiyyə etdim.
- Ruzigar sizi Kürə tərəf aparırmı?
- Mən ata-baba yurdumuz olan Qazaxdan, İkinci Şıxlıdan yüksək səviyyədə razıyam. Kənd klubunda 1966-c ildə Osman Sarıvəlliyə 60 illik yubiley keçirirdilər. 18 yaşım var idi o zaman. Səhəri gün rəhmətlik İmran Mirzəyev Kürün o tayında - Sahandurda qonaqlıq verirdi. İnsan əlindən tərpənmək olmurdu. Orada bir cavan oğlan Osman qağadan soruşdu ki, şair belə cavan qalmağının sirri nədir? Şair cavabında söylədi ki, Babakar dağının havasından, Dəli Kürün sazağından, Səyalı büvüyün soğançasından bax belə qalmışam. Səbinə, bu kəndin təbiətidi, Dəli Kürüdü, Babakar dağıdı mənə ilham verib, məni yaşadan.
- Aşıq, sazı neçənci övladınız sanırsınız?
- Saz mənim atamdı-anamdı. Saz mənim ürəyimdir. Saz ən vəfalı dostumdur. Saz mənim nəfəsimdir. Günün istisində sazla bir yana getsəm, maşında sazın üstünə qalın paltarlar atıram ki, saza gün vurmasın. Ailədə də demişəm. Min cür ölüm var. Birdən qəfildən ölsəm məni yerdən sazla götürün, sazla basdırın. Əgər belə etməsəniz o dünyada rahat yata bilmərəm.

SözARDI: Söhbətimizin sonunda Aşıq Yaqub “Naxçıvani” havasını ifa etdi. Əvəzsiz bir ifa idi. O ifanın möhtəşəmliyini söz ilə ifadə etməyə acizəm. Evin ruzili-bərəkətli, ömrün uzun olsun. Sazın-səsin, barmaqların var olsun, Aşıq Yaqub!

Qorqud əmanəti saza, dədə-baba yurdum, tarixi qədimdən qədim Şıxlı mahalına sonsuz sevgilərimlə: Səbinə YUSİFскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Maraqlı

Aşıq Samirənin həyat yoldaşından etiraf

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Aşıq Əli Quliyev şair Tahir Talıblıya cavab yazdı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Aşıq Azər Xanlaroğlu: "Həkimlərin ciddi nəzarəti altındayam..."

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının