Ermənilərin Xocalıda törətdikləri soyqırım bəşər tarixinin insanlıq əleyhinə törədilən cinayətlərindəndir.



Ermənilərin Xocalıda törətdikləri soyqırım bəşər tarixinin insanlıq əleyhinə törədilən cinayətlərindəndir.

Hər il fevralın 25-26-da bu hadisəni yad edərək kədərlənirik. Köhnə kadrları efirdən göstərib erməniləri söyməklə kifayətlənirik. Əslində, bu hadisəni törədənlər əllərini qolarını sallayaraq hələ də gəzir, hətta Ermənistan prezidenti və müdafiə naziri törədilən cinayətin birbaşa iştirakçısıdır. Biz isə cinayətkar rejimdən hələ də sülh gözləyirik.Xocalı soyqırımı ilə bağlı araşdırmalar aparan və bu barədə bir kitabın müəllifi olan siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Zaur Əliyev Ölkə.Az-ın müsahibi olub.
Ermənilərin Xocalıda törətdikləri soyqırım bəşər tarixinin insanlıq əleyhinə törədilən cinayətlərindəndir.
Ölkə.Az həmin müsahibəni sizə təqdim edir:

- Xocalı soyqırımının üstündən 24 il keçir...

- 24 ildir Azərbaycan xalqı Xocalı soyqırımını anım günü kimi yad edir. Başa düşmək olmur ki, uzun zamandır dünyanın düz vaxtında ermənilərin törətdikləri cinayəti, yüzlərlə dinc əhalinin gülləbaran edilməsi və girov götürülməsi faktlarına beynəlxalq demokratlar necə ağızlarına su alıb, heç səslərini çıxarmırlar. Belə biganəlik olar? Bu qırğın ingilisə, fransıza qarşı olunsaydı, o zaman insan haqlarının müdafiəçisi sayılan beynəlxalq təşkilatlar, qərb dövlətləri və beynəlxalq məhkəmələr özlərini necə aparardılar? Biz Azərbaycan xalqı başa düşürük və bilirik ki, Xocalı faciəsini rus ordusunun 366-cı alayı törədib və nə vaxtsa bunun cavabını verməli olacaqlar. Ancaq niyə bütün dünyada insan haqları azadlığını qorumaq naminə yaradılan BMT və onun Təhlükəsizlik Şurası Ermənistana qarşı qəbul etdiyi qətnamələrini yerinə yetirmir?

Çoxları belə hesab edir ki, Dağlıq Qarabağda erməni işğalı 1988-ci ildən hesablanır, ancaq bizim fikrimizcə bu hadisələr 1984-cü ildən başlayıb. O zaman Stepanakert adlanan Xankəndi rayon Partiya Komitəsinin birinci katibi Qriqoryan və DQMV daxili işlər idarəsinin rəisi Ağacanyan Əsgəran rayonunun Pirənəçi kəndində yerli azərbaycanlılara qarşı əsil qəddarlıq nümayiş etdirib, insanları vəhşiliklə qırdılar, kəndi yerlə-yeksan etdilər. Bu hadisədən sonra onu törədənlər cəzalandırılmadı və heç bir tədbir görülmədi. Bu hadisədən sonra cəzalanmayan ermənilər rahatlaşaraq Topxana hadisələrini törətdilər.

- Məhz niyə Xocalıda bu qətliam törədildi?

- Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin əlverişli, strateji mövqeyi ilə əlaqələndirmək olar. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Bu faktı Ermənistanın hazırki prezidenti Serj Sarkisyanın ABŞ-ın Karnegi Fondunun proqram direktoru, Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla verdiyi müsahibəsində açıq-aşkar görmək olar. Xocalı faciəsinin iştirakçısı olan Sarkisyan müsahibəsində deyir: “Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər.” Xocalı şəhəri 4 yaşayış məntəqəsinin—Xocalı, Qaladərəsi, Dərələyəz, Həsənabad kəndlərinin birləşməsindən yaranmışdı. 1988-ci il hadisələrinə qədər Xocalının 1000 nəfərə qədər sakini vardı. Xocalı şəhərinin ümumi sahəsi 160,2 ha idi. Şəhər Xankəndindən 14 kilometr aralıda—şimal-qərb tərəfdə yerləşirdi. 1992-ci ilin noyabr ayına kimi, yəni Xocalı ermənilərin tam mühasirəsinə düşənə qədər şəhərdə 5800-5900 nəfər adam yaşayıb. Bu şəhərdə Özbəkistandan qovulan 54 Məhsəti türkü, Ermənistandan yaşayış yerlərini məcburi tərk etmiş 80, Qarabağın müxtəlif yerlərindən qovulan 210 və respublikanın digər yerlərindən köçmüş 50 ailə də məskunlaşıb. Hadisə baş verən gün orada 100-ə yaxın tikintidə işləyən fəhlə qrupu da var idi. 1991-ci ilin noyabrında keçmiş SSRİ DİN qoşunları Dağlıq Qarabağdan çıxarıldıqdan sonra Xocalıya quru yolla gediş-gəliş tam kəsilib. Əlaqə ancaq "AZALAERO"-nun vertolyotları vasitəsilə həyata keçirilib. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulduqdan sonra Xocalı şəhəri ilə bu əlaqə də kəsilib.

Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınıb. Şəhəri yalnız adi atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı. Bu faktı amerikan jurnalisti Tomas Qols təsdiqləyərək yazırdı: “Xocalıda telefonlar işləmirdi. Orada heç nə işləmirdi. Elektrik enerjisi, yandırmaq üçün neft yox idi. Su gəlmirdi. Kənar dünya ilə Xocalını birləşdirən yalnız hər səfərində təhlükə ilə üzləşən vertolyot idi. Xocalının ətrafdan təcrid olunması gecə düşdükcə daha çox hiss olunurdu. Səhər isə hərəkətsiz, bir yerdə dayanmış insanları gördüm. Ətrafda vaxt keçirmək üçün nə çayxana, nə də restoran var idi.”

- Bilirik ki, Xocalı faciəsini törədənlər yalnız ermənilər olmayıb.

- Bəli, əməliyyatda 366-cı motoatıcı alayın artilleriya divizyonu, zenit batareyası, tank rotası, 23 ədəd PDM və rus əsgərlərindən ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak etmək üçün hazırlanmışdı. 1992-ci il 23 yanvar tarixində 366-cı alayın 194 nəfər ləzgi, tatar, qazax, özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini təxris etmişlər. Təxris olunmuş hərbçilərin yerinə isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaiyyət gostərən erməni, ərəb və digər millətlərdən olan terrorçular gətirmişdilər.

Xocalı hadisəsinə 4 gün qalmış – fevralın 22-də Azərbaycan Respublikasının o zamankı prezidentinin yanında baş nazir, DTK-nın sədri və digərlərinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası oldu. Həmin iclasda qərara gəldilər ki, əgər Xocalıdan camaat çıxarılsa, ermənilər bunu oraya girmək üçün əsas kimi qəbul edəcəklər. Yəni biz özümüz onları Xocalıya girməyə təhrik etmiş olacağıq. Hətta Təhlükəsizlik Şurasının üzvləri də inanmırdılar ki, ermənilər sonradan genosidə çevrilən belə bir işə gedərlər. Onlar düşünürdülər ki, xalq oradan getsə Xocalını özümüz təslim etmiş olacağıq. Siyasi uzaqgörənliyin olmaması, situasiyanı bilməmək Xocalı hadisəsinin baş verməsinə gətirib çıxardı.

Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan (hazırda – işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının yaratdığı oyuncaq qurumun “müdafiə naziri”), Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik etmişlər. Dinc əhaliyə qarşı soyqırım cinayətlərində fəal iştirak etmiş alayın hərbi qulluqçularının, habelə digər cinayətkarların bir çoxunun adları bu gün Azərbaycan tərəfinə məlumdur.
Həmin hərbi qulluqçuların siyahısını sizə təqdim edirik:

1 İsrayelyan Boris İsraeloviç
2 Qriqoryan Andon Artsronikovç
3 Qaramyan Suren Nikolayeviç
4 Arakelyan Marat Borisoviç
5 Balayan Emil Vartanoviç
6 Qriqoryan Aleksandr Stepanoviç
7 Qayamayan Qabriel Gevorkoviç
8 Vartanyan Melik Yenokoviç
9 Cavaxyan Qriqoriy Eduardoviç
10 Akopyan Armais YaĢayeviç
11 Terzikyan Sergey Vanikoviç
12 Arutyan Movses AĢotoviç
13 Dulunts Movses QaraĢoviç
14 Saroyan Armais Vldaimiroviç
15 Saakyan Qrışa Sergeyeviç
16 Ayanyan Sarkis TaĢisoviç
17 Gevorkyan Nikolay Mixakoviç
18 Safaryan Mixayil Abramoviç
19 Nolyan Aleksandr Robertoviç
20 Mejyan Albert Manveloviç
21 Akopoxvyan Melki Armaisoviç
22 Qriqoryan Karen Papikoviç
23 Markosyan Papik Ayxazoviç
24 Zarkaryan Daniel Vasilyeviç
25 Caqaryan Mixail Sarkisoviç
26 Akopxyan Sarkis Arutyunoviç
27 Qriqoryan Qevorq Vaqanoviç
28 Xaçatryan Valeriy Mövsesoviç
29 Saakyan Martik Aleksandroviç
30 Markosyan Nikolay Rantikoviç
31 Qurqazaryan Papik ArĢakovıç
32 Ağacanyan Aşot ArĢaviroviç
33 Markosyan Yurik Aykazoviç
34 Ayriyan Seyran Qriqoryeviç

Xocalıya hücum zamanı “Strela-10” raket qurğusundan istifadə edilib. Bu raketin tərkibində olan kimyəvi maddələrin düşdüyü yerdə uzun zaman zəhərlənməyə səbəb olmasından dolayı, bu silahın döyüş zamanı tətbiq olunmaması ilə bağlı 1973, 1982, 1984, 1985-ci illərdə imzalanan konvensiyaları nəzərə almayan və bu silahdan Xocalıda istifadə edən Ermənistan hələ də beynəlxalq təşkilatlar tərəfindən ciddi xəbərdarlıq almayıb.

- Xocalı soyqırımında erməni terror təşkilatı "Asala"nın əli olubmu?

- “Asala” terror təşkilatına məxsus hərbi düşərgədə təlim görmüş 26 nəfərlik mütəşəkkil qrup artıq yanvar ayından Xankəndində idilər və 366-cı alayın komandiri Yuri Zarviqarovun razılığı ilə Xocalı üzərinə hazırlanan hücum planında iştirak etmək üçün hazır idilər. Ermənilərin Xocalı soyqırımında onlar tərəfdə iştirak edən ərəblər haqqında da çoxsaylı məlumat var. Gürcüstan üzərindən qalxıb Ermənistan üzərindən Xocalıya gələn iki hərbi helikopteri sürən Livan ərəbləri olmuşdur ki, onlar şəhəri bombalamışlar.

Daha sonra piyada qoşunla şəhərə daxil olub vəhşilik edənlər içində ərəblər də olublar. Xocalı soyqırımının şahidi Raisə Aslanova “Human Rights Watch” beynəlxalq təşkilatının araşdırmalar aparan nümayəndəsinə deyib:

“Montenin dəstəsində olan ərəb mənşəli terrorçular uzun müddət arxa ciblərində gəzdirdiyi bıçaqları çıxararaq, öldürməyə başladılar. Onlar neçə-neçə insanı doğradılar.”

İstintaqla müəyyən edilmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına, gecə saat 22:00 radələrində basqın etmişdir. Əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutublar. Sonra isə çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar vasitəsilə şəhərə daxil olublar. Evlərində yatmış dinc əhalini vahiməyə salaraq vəhşicəsinə məhv etməyə başlayıblar. Bu zaman qadın, uşaq və ya qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq tank, PDM və digər texnika altına salaraq əzmiş, məhv etmişlər. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılıb. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylədir. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar gülləbarana tutulublar.

Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, adamları diri-diri torpağa basdırıb və ya yandırıb, cəsədlərin bir qismini minalayıblar.

Ermənilərin etirafları...

- Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılaraq Gürcüstana aparılıb. Bu zaman hərbi texnikanın böyük hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10” raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilib.

Ermənistanın prezidenti Serj Sarkisyanın cinayətdə bilavasitə iştirakı bu barədə Qarabağ münaqişəsindən bəhs edən “Qara bağ” kitabının müəllifi, məşhur jurnalist Thomas de Vaala verdiyi müsahibədə təsdiqlənib. Müsahibəsində aşkar surətdə Xocalı planının dinc əhaliyə qarşı soyqırım siyasəti əsasında hazırlandığını etiraf edir. Sarkisyan etiraf edir ki, “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.”

Xocalıda baş verən qanlı hadisənin soyqırım olduğunu digər ermənilər də etiraf edirlər. Onlardan biri, Xocalı soyqırımı ilə əlaqədar ən mənfur, ən mənhus dırnaqarası yazılar, əsərlər yazan müəllif Nazaryandır. Onun “Xocalı işi” adlı xüsusi qovluğu internetdə var. Hətta orada da yazılır: “Əlbəttə, heç şübhə yoxdur ki, Xocalı hadisələri genosidi xatırladır, genosidə bənzəyir”. Yəni Xocalı məsələsində Azərbaycan xalqına qarşı ən böhtançı, uydurma, qeyri-elmi mövqedən çıxış edən erməninin belə bir etirafı olduqca ciddi məsələdir.

Kanada ermənisi, hüquqşünas Vaskel Sitaryan İspaniyada nəşr edilən “Levante” qəzetinin 1992-ci ilin 26 mart sayında yazır: “Biz ermənilər 26 fevral Xocalıda baş verən hadisələrlə bağlı özümüz-özümüzü dünyada rüsvay etdik. Bizim üçün ağır olan beynəlxalq məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına sürükləyən?”.

Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri Karen Ohancanyan müsahibəsində deyir: “Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm.”

Azərbaycan Respublikasında Xocalı faciəsi ilə bağlı başlanan istintaq işi üzrə 3000 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib. 800-dən artıq ekspertiza keçirilib. Nəticədə 39 nəfərin (onlardan 18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları, 8-i Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında iştirakı tam sübuta yetirilib. Onlar axtarışdadırlar.

- Ekspertizanın nəticəsi necə olub?

- Ekspertizalarla müəyyən edilib ki, Xocalının məhv və talan edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Biz dünyanın diqqətini məsələnin törədilmə xarakterinə, metodikasına yönəltməliyik ki, mədəni dünyada XX əsrin sonunda insanlığa qarşı belə bir vandalizm aktı törədilib. Bu bəyanatda çox haqlı olaraq hesab edirik ki, Xocalı hadisəsi eyni ilə Xatında, Lidiçedə baş verənlərin təkrarıdır. Xatına, Lidiçeyə münasibətlər necədirsə, uyğun addımlar ataq. Xatın, Lidiçe beynəlxalq hüququn subyekti oldu və bütün ölkələrin qanunverici orqanlarına, siyasi həyatlarına, dərsliklərinə daxil oldu, biz də çalışmalıyıq ki, Xocalı faciəsini dünyaya tanıdaq. Xocalı soyqırımı zamanı tamamilə məhv olmuş ailələrin adlarını verəcəm sizə. Baxın, bu günə qədər baş verən heç bir soyqırımda hansısa bir nəsil tamamilə yox edilməyib. Xocalıda isə 8 nəsil yox edilib. Bu, dünyada bu günə qədər baş verən ən dəhşətli hadisədir.

1 Məmmədov Vaqif Şükür oğlu ata 1940
2 Məmmədova Afilə Ibrahim qızı ana 1949
3 Məmmədov Azər Vaqif oğlu oğul 1972
4 Məmmədov Ceyhun Vaqif oğlu oğul 1975
5 Məmmədov Niyaməddin Vaqif oğlu oğul 1978

1 Kərimov Samran Soltan oğlu ata 1924
2 Kərimova Firəngül ana 1935
3 Kərimov Firuz Samran oğlu oğul 1960
4 Kərimov Soltan Samran oğlu oğul 1969

1 Əliyev Firdovsi İsa oğlu ata 1956
2 Əliyeva Heyran Mürşüd qızı ana 1962
3 Əliyev Elçin Firdovsi oğlu ooğul 1982
4 Əliyev Elgiz Firdovsi oğlu oğul 1984

1 Qənbərov Qarsalan Gəray oğlu ata 1939
2 Qənbərova Validə Boran qızı ana 1941
3 Qənbərov Nadir Qarsalan oğlu oğul 1971

1 Qənbərov Səfər Qarsalan oğlu ata 1961
2 Qənbərova Mətanət Hacı qızı ana 1967
3 Qənbərov Emin Səfər oğlu oğul 1986
4 Qənbərova Esmira Səfər qızı qız 1985

1 Hüseynov Mirsiyab Həzrətqulu oğlu ər 1922
2 Hüseynova Minəş Cümşüd qızı arvad 1934

1 Həsənova Günəş Əbdül qızı ana 1910
2 Həsənova Qətibə Mirsiyab qızı qız 1951

1 Hüseynov Hüseyn İsmayıl oğlu ata 1934
2 Hüseynova Əziz Alış qızı ana 1956
3 Hüseynov Xoşbəxt Hüseyn oğlu oğul 1963
4 Hüseynov Tacir Hüseyn oğlu oğul 1972
5 Hüseynova Nəsibə Hüseyn qızı qız 1982

- Biz bu günü düzgün qiymətləndirə bilirikmi?

- Əgər bu gün Xatında muzey varsa, niyə dövlət dəstəyi ilə Xocalı muzeyi yaradılmasın? Xocalıda baş verən hadisələr uzaq keçmiş deyil, nə 1915-ci, nə də 1943–1944-cü illərin hadisəsidir, bu günümüzün hadisəsidir. Dünyada elə bir soyqırım hadisəsi yoxdur ki, Xocalı qədər lentlərdə, fotolarda təsbit edilmiş olsun. Bəşəriyyət nəsli kəsilən və kəsilməkdə olan heyvanlar barədə “Qırmızı kitab” yaradıb. Bəs yox edilib, yer üzündən silinən Xocalının və xocalıların “qırmızı kitab”ı hanı? Tarixçilərin, salnaməçilərin yazdıqları bəs nədir? Bu gün biz anım günləri deyil, Xocalıya ƏDALƏT üçün hüquqi sənədlər hazırlamalı və dünyanı Xocalı faciəsi barədə məlumatlandırmaqla günahkarların cəza almasına çalışmalıyıq. Bu günə qədər adını islam dövləti qoyan Pakistan və Türkiyədən başqa heç bir dövlət ermənilərə etiraz etmədilər. Ancaq Roma Papası II İohan Pavel erməni katalikosu Vazgenlə birgə Xocalı soyqırımından sonra yazdığı məktubda deyir: "Əziz xristian qardaşlar, Sizin savaşınız din uğrundadır. İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəyəm”.

Səxavət Məmmədскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Viagra LСЂС–РІВ©vitra Viagra Ritardante viagra online pharmacy Zithromax Therapeutic Class