Bizi izləməyi unutmayın

#Müsahibə

"Bizim deputatların böyük əksəriyyəti zəhmətdən gələn, həyatın altını-üstünü görən adamlardır"-Hadı Rəcəbli

10-06-2019, 21:30 | 1322 dəfə baxılıb.

"Mən 15 yaşından işləyib böyük oğul kimi ailəni saxlayanda bunlar harda idilər?”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin verdiyi müsahibənin 2-ci, sonuncu hissəsini təqdim edirik.

- Hadi müəllim, normalda uşaqpulunun miqdarı nə qədər olmalıdır?

- Mən bu gün o rəqəmi deyə bilmərəm. Gərək istehlak səbəti öyrənilə. Yaşayış minimumunda uşağın yaşayış minimumu rəqəmi var.

- Bu gün sizin məsələ ilə bağlı təklifləriniz konkret nədən ibarətdir?

- Təklif etmişik ki, yaşayış minimumuna yenidən baxılsın. İndi 180 manatdır. Təklif edirik ki, ən aşağısı 260 manata çatdırılsın. Mən bu barədə parlamentdə də danışmışam. Ancaq görün bu fikirlərimi səsləndirən var? Çıxış edib demişəm ki, çətindir, belə yaşamaq olmaz. Amma bunlar götürüb əksinə yazıblar. Mənim parlamentin iclasında minimum əməkhaqqı barədə səsləndirdiyim rəqəm bundan çox idi. Orta əməkhaqqının ən azı 60 faizini demişdim. İndi orta əməkhaqqının məbləği 540 manatdır.

- Hadi müəllim, Azərbaycanda olduğu kimi, ABŞ-da da konqresmen və senatorlara qarşı qərəzli və qəzəbli münasibəti sezdinizmi?

- Birincisi, Amerika qanunvericiliyində konqresmenin şəxsiyyətinə toxunan adamı ən sərt qanunlarla cəzalandırırlar. Toxunulmazdır o adam. Səfərimiz zamanı konqresmeni müşayiət edənləri, köməkçilərini də gördük. Nəqliyyat vasitəsi də var, otaq da ayrılıb. Konqresmen də lazım olan yerdə sözünü deyir.

- Bəs, konqresmenlərin villası necə, varmı?

- Villaları da var, özü də çoxlu. Əgər villa bizim adamları çox qıcıqlandırırsa, konqresmenlərin daha nələri, nələri də var. Onlar da heç nəyi olmayan şəxsi deputat seçmirlər. Amma camaat fikir vermir ki, deputat seçiləndə biz hər birimiz bəyannamə təqdim etmişik, gəlirlərimizi, mülkiyyətimizi göstərmişik. Adımıza olan mülkiyyət də, gəlirlərimiz də orda var. Ancaq kim ona baxır? Kim nə istəyir, onu danışır və yazır.

- Yeri gəlmişkən, sosial şəbəkələrdə yazırlar ki, Hadi Rəcəblinin "17 villası” var...

- (Gülərək) Buyur, buna sən də gülürsən, mən də. Çünki bilirik ki, belə şey yoxdur. Təkcə məndən söhbət getmir. Deputatlara qarşı.. Axı anonim demokratiya olar? Adını yazma, söyüş söy... Onsuz da o təhqirlər təhqir edən adama qayıdır. Ancaq bu, məgər demokratiyadırmı? Məgər bu, işlərə kömək edərmi? Özü də yalan, nahaq! ABŞ konqresmeninə heç kəsin ixtiyarı yoxdur ki, əsassız nəsə desin, onu təhqir etsin, ona artıq söz desin, çünki toxunulmaz adamdır. Bizim seçicilərimiz də özlərini öldürür ki, bu, nə allahsızlıq, nə ədalətsizlikdir? Deyirlər sən niyə bizim deputatımızı təhqir edirsən? Mən çox təəssüf edirəm, parlamentdəki çox ləyaqətli deputatlarımız haqqında ağzınagələni yazırlar. Bizim deputatların böyük əksəriyyəti zəhmətdən gələn, həyatın altını-üstünü görən adamlardır, ağılları üstündə olan insanlardır. Bəziləri xoşa gəlmək üçün populizmlə məşğul olur, onlar populizmdən uzaq, real adamlardır, reallıqla danışırlar. Onda gərək hamısı durub desin ki, gəlin maaşı filan qədər artıraq, amma bunun həddi, dərəcəsi olmalıdır. Bu qədər proses getdi, 3 milyon adama 2 milyard əlavə vəsait verildi, ancaq cəmiyyətdə buna "sağ ol” deyən oldumu? Üstündən keçdilər.

Bu gün biz qiymətləndirməyi bacarmalıyıq. Burda deputatların da xidməti var, onların çıxışları, fikirləri olub. Xoşa gəlmək üçün fikirləri təhrif edib yayırlar, deputatları təhqir edirlər. İstənilən deputatın fikirlərinin təhrif edilməsinin, kontekstdən çıxarılıb yayılmasının əleyhinəyəm. Təklif edirəm ki, deputatla maraqlansınlar, sonra danışsınlar. Elşad, mən səni dəvət edirəm, gedək, bizim evə bax! Gedək, mənim "17 villamı” sənə göstərim. Səmimi deyirəm, gedək, bax, gör Hadi müəllimin nəyi var. Xahiş edirəm, bunları yaz, çəkinmə!

Bir daha ona qayıdıram ki, Amerika konqresmenləri azərbaycanlı deputatlardan heç də ağılda, savadda, mənəviyyatda üstün deyillər.

- Amma nədənsə yaz sessiyasının son iclasında səfər təəssüratlarınızı bölüşmədiniz həmkarlarınızla...

- İclasda danışmadım, amma sədrimizə və beynəlxalq şöbəyə məlumat verdim. Həmçinin Kaliforniyadakı konsulumuza da minnətdarlıq məktubu yazdım ki, çox yüksək səviyyədə təşkil olunmuşdu. Təsəvvür edin ki, 28 Mayda Monterey şəhərinin küçələri Azərbaycan bayrağı ilə bəzədilmişdi...

- Hadi müəllim, ABŞ-da səfərdə olsanız da, mayın 31-də keçirilən iclasa özünüzü çatdırdınız. Yeri gəlmişkən, "biznes-klas”da uçdunuz, yoxsa "ekonom klas”da?

- "Ekonom klas”da uçdum və camaatın içində oldum. Bakıdan İstanbula uçanda biri əyildi qulağıma dedi ki, Hadi müəllim, siz nə əcəb camaatın içində gedirsiniz. (Gülür) Dedim hərdən belə uçuram. "Ekonom klas”la uçmağın da xoş təəssüratları var. 31 may gecə saat 3-də Bakıya qayıtdım. Amma sessiyanın son iclasında 2018-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunacaqdı, istədim ki, mən də öz fikirlərimi diqqətə çatdırım.

- Bəzi fikirlərinizdən belə qənaətə gəlmək olarmı ki, siz də bəzi həmkarlarınız kimi, cəmiyyətdən narazısınız...

- Xeyr, mən cəmiyyətdən narazı deyiləm. Cəmiyyətin ünsürlərindən narazıyam. Gedək Lənkərana, görək cəmiyyət özünü necə aparır.

- Tahir Kərimli demişdi ki, nə qədər "can” deyiriksə, xalq "zəhər” deyir...

- Xalq mənə "zəhər” demir, ola bilsin, bəzi ünsürlər desin. Bir misal deyim. Ramazan ayında mən, yoldaşım, oğlanlarım, qızlarım, kürəkənlərim, gəlinlərim oruc tutduq. Bir yerdə getdik iftar açmağa. Çıxanda taksi saxlatdırdım. Özüm də ev paltarındaydım. Taksi bir az irəli keçdi, sonra saxladı, geri qayıtdı. Oturduq. Yolda başa düşdüm ki, sifarişə gedirmiş, tanıyıb, sifarişi ləğv edib. Düşəndə dedi, Hadb müəllim, çox sağ olun! Bax, cəmiyyət budur. Kütlə psixologiyasına uyan, yalanlarla yaşayan, işləməyib gəlir əldə etmək istəyənlərin iddiaları cəmiyyətin fikri deyil. Hadb Rəcəbli 15 yaşında işləyib böyük oğul kimi ailəni saxlayanda bunlar harda idilər? İndi deyirlər Hadb Rəcəblinin maaşı çoxdur.

- Yeri gəlmişkən, maaşınız indi nə qədərdir?

- 4 min manatdan bir az çox.

- 7-8 min deyilirdi.

- Çox şişirdirlər. Orda bəzi cüzi müavinətlər, ödənişlər də var...

- Milli Məclisin yaz sessiyasının son iclasında Ermənistan və Gürcüstanla paralellik aparıldı. Minimum əməkhaqqı, orta aylıq maaş niyə iqtisadi imkanları qat-qat zəif olan qonşularda daha yüksəkdir?

- Əvvəla, bir sıra rəqəmlərə görə biz digər ölkələri üstələyirik. Cənab prezident son çıxışlarında da minimum əməkhaqqı ilə pensiyaların artırılması ilə bağlı fikirlər səsləndirdi. Prezidentimiz də bunun artırılmasını istəyir. Digər tərəfdən, Ermənistan əhalisinin yarısı ölkədə yoxdur. Vəsait real əhali arasında bölünür. Və beləliklə rəqəm şişir. İkincisi, ermənilər sədəqə pulu ilə dolanırlar, ordan-burdan pul göndərirlər, hökumət əhaliyə paylayır. Hələ onların payladığı vəsait də bazarla, qiymətlərlə uyğunluq təşkil etmir. Odur ki, belə müqayisələrin əleyhinəyəm."Yeni Müsavat”

Analoq.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Müsahibə

Hadi Rəcəbli:" Bu təklifimi parlamentin sədri Oqtay Əsədov da bəyənib”

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Hadı Rəcəbli:"17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Hadı Rəcəbli:"Müəllimlər, həkimlər bizlə qırğın edirlər ki"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının