Bizi izləməyi unutmayın

#Müsahibə

Eddi İsrafilov:" Futbolçu biliyimi və keyfiyyətimi artırmaq istəyirəm."

26-02-2016, 15:51 | 5882 dəfə baxılıb.

Millimizin və “Kordoba” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın tanınmış mətbu orqanlarından olan “Marca”ya müsahibə verib. Millimiz.Az sizi həmin müsahibə ilə tanış edir.
Eddi İsrafilov:" Futbolçu biliyimi və keyfiyyətimi artırmaq istəyirəm."
– “Kordoba”dakı ilk həftələriniz necə keçdi?

– Burda çox xoşbəxtəm. “Kordoba”da özümü rahat hiss edirəm. Komandaya tam uyğunlaşmışam.

– Komanda sizdə necə təəssürat yaradıb?

– Hər şey ürəyimcədi. Fərdi keyfiyyətləri üstün olan oyunçular var. Paltardəyişmə otağında da əla atmosfer hökm sürür. Bu da meydandakı oyuna müsbət təsir göstərir.

– “Kordoba”nın La Liqaya qalxmaq perspektivini görürsüzmü?

– Əlbəttə. Bu komanda uzun yol qət etmək gücündədi. Bizim əsas hədəfimiz turnir cədvəlində mümkün qədər irəliləməkdi. Pley-offa çıxa bilsək, lap yaxşı olar.

– Burdakı çıxışınız sizə nə qazandıra bilər?

– İlk növbədə oyun təcrübəsi və meydanın mərkəzində güclənmək.

– Baş məşqçi Xose Luis Oltra ilə bağlı fikirləriniz necədi?

– O, çox yaxşı məşqçidi. Oltra daim yeniliklər axtarır və komandanın inkişafına çalışır. Bizdən meydanda necə yararlanmaq lazım olduğunu yaxşı bilir.

– Meydanda olanda komanda yoldaşlarınızdan nə soruşursuz?

– Portuqalo ilə birlikdə oynayanda, məndən mövqeyimə vaxtında qayıtmağı istəyir. Viktor və ya digərləri ilə yanaşı çıxış edəndə isə məndən daha çox meydanın mərkəzində qalmaq, arxaya çox çəkilməmək tələb olunur.

– Karyeranızda yeni səhifə açılıb. Nə gözləyirsiniz?

– Hazırda bütün diqqətimi “Kordoba”ya yönəltmişəm. İlk növbədə maksimum oyun praktikası əldə etmək, meydanda daha çox olmaq barədə düşünürəm. Bunu bacarsam, futbolçu kimi daha da inkişaf edəcəm.

– La Liqadan Sequndaya qayıtmağınızı daha çox oynamaq istəyi ilə əlaqələndirmək olarmı?

– Tamamilə doğrudu. La Liqada istədiyim qədər oynamaq şansı əldə etmirdim. Ona görə də “Kordoba”ya keçdim. Bu addımım məndə özünəinam hissini artıracaq.

– Mövsümün “Eybar”da keçirdiyiniz ilk hissəsindəki çıxışınızı necə dəyərləndirirsiz?

– Ümumilikdə yaxşı qiymətləndirirəm. Orda çox yeni şey öyrəndim. Bəzi oyunlarda meydanda oldum. İştirak etdiyim görüşlərdə nə bacardımsa, etdim. Bəxt də mənim tərəfimdə idi. Tam yaxşı formada olanda zədələndim və bu da inkişafıma mane oldu. “Eybar”da işlədiyim bütün məşqçilərdən yeni şeylər öyrəndim. Orda təcrübəmi xeyli artırdım.

– İnanırsız ki, “Kordoba”nın aparıcı futbolçularından biri olacaqsız?

– Buna ümid edirəm. Hər şey özümdən asılıdı. Yaxşı işləsəm və inkişaf etsəm, dediyinizi edə biləcəm. Əsas məqsədim də budu. Futbolçu biliyimi və keyfiyyətimi artırmaq istəyirəm.

– “Kordoba”ya keçməzdən əvvəl başqa variantlar da var idimi?

– Bir neçə variant var idi. Başqa klublar da mənimlə çox maraqlanırdılar. Ancaq içlərində daha çox marağı “Kordoba”dan hiss etdim. Təklifi qəbul etməyimdə də məhz bu amil rol oynadı.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İdman

Arda Turan:"Hələ də uşaqlıq dostlarımla görüşürəm"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İdman

Bəzən onun insan olduğuna inana bilmirsən

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının