Bizi izləməyi unutmayın

#Müsahibə

"Paytaxtda əhalinin sayı iki dəfə artıb, yaşıllıq sahəsi də iki dəfə azalıb"-Tanınmış jurnalist həyacan təbili çalır

12-07-2019, 16:30 | 1012 dəfə baxılıb.

“Biz ətrafımızı o qədər dəyişmişik ki, indi orada mövcud olmaq üçün özümüzü kökündən dəyişməliyik…”

(Viner Norbert (ABŞ riyaziyyatçısı, “kibernetikanın atası”).


Şəhər mühitinin rahatlığının yüksəldilməsində və çirklənməsi səviyyəsinin aşağı salınmasında yaşıllığın böyük rolu var. Belə ki, şəhərdə (və ya hər hansı yaşayış məntəqəsində) yaşıllıqların salınması, ağacların əkilməsi, bağların, parkların yaradılması həm havanın təmizlənməsinə, həm ərazinin abadlaşdırılmasına, həm də insanların istirahəti üçün gözəl məkanların çoxalmasına müsbət təsir göstərir.

Çox təəssüflər olsun ki, son vaxtlar bu yaşıllıqların, xüsusilə də, ağacların kəsilməsi, məhv edilməsi faktları ilə tez-tez qarşılaşırıq. Bu sahədə mövcud olan problemlər, onların həlli yolları, insanların ekoloji maarifləndirilməsi və s. barədə oxucuları məlumatlandırmaq üçün Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı ilə görüşüb söhbət etdik.


– Elçin müəllim, son 10-15 ildə doğma Bakımızın inkişafı göz qabağındadır. Şəhərimiz abadlaşır, gündən-günə gözəlləşir və müasirləşir. Gözəl park və xiyabanlar, geniş prospektlər, möhtəşəm və modern binalar, meydanlar və körpülər bu gün Azərbaycan paytaxtının ayrılmaz atributlarıdır. Qədimlik və müasirliyin heyrətamiz harmoniyası şəhərimizə özünəməxsus yaraşıq verir. Amma eyni zamanda, şəhərdə əhalinin sıxlığı, çoxlu sayda avtomobillər, onların havaya buraxdığı zərərli maddələr, yaşıllıqların bəzi yerlərdə məhv edilməsi, ağacların vaxtında suvarılmaması, habelə bilərəkdən kəsilməsi və məhv edilməsi faktlarını da görməmək mümkün deyil. Bir ekoloq kimi bu barədə fikirlərinizi bilmək istərdik.

– Əlbəttə, son illərdə Bakıda xeyli abadlıq işləri görülüb, yaşıllıqlar, parklar salınıb. Lakin hələ də yaşıllıq səviyyəsi arzulanan həddə deyil. Sovet dövründə – 80-ci illərdə Bakıda yaşıllığın ümumi həcmi 15-16 min hektar təşkil edib, hazırda isə təxmini hesablamalara görə bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi 2 dəfə azalıb, demək problem 4 dəfə kəskinləşib. Buna görə də, paytaxtda və ətrafında böyük yaşıllıq kampaniyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Nazirlik və Heydər Əliyev Fondundan başqa bu işi görən yoxdur. Ekoloji qeyri-hökumət təşkilatları fondlardan aldıqları qrantların müqabilində faydasız tədbirlər keçirməkdənsə, praktiki faydalı işlə məşğul olmalı, ağacəkmə kampaniyaları təşkil etməlidir. Ekologiya Nazirliyi belə təşəbbüsləri dəstəkləyir və belə müraciətlər olduqda tinglərlə təmin etməyə söz verib.

Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır. Burada əsas problem odur ki, “Azərsu” (Azərsu ASC) Bakıda həyətlərdə, məhlələrdə olan su kranlarını 2 ildir kəsib. Nəticədə artıq minlərlə ağac quruyub məhv olub. Bu biabırçılığın qarşısı alınmasa, yaxın 1-2 ildə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə şübhə yoxdur.

Mövcud ağacların saxlanması sahəsində vəziyyət daha çətindir. Üstəlik, yeni əkilən ağacların çoxu da müxtəlif səbəblərdən quruyur. Ağac əkməklə iş bitmir, bundan sonra onlara qulluq edilməyəndə, vaxtında suvarılmayanda çoxu əmələ gəlmir, çünki Bakıda torpağın keyfyyəti də zəifdir, çox az növdə ağac bu torpaqda, bu iqlimdə yetişə bilir. Ona görə də, hansı tinglərin əkilməsinə xüsusi diqqət verilməlidir, daha çox oksigen verən həmişəyaşıl, dözümlü ağaclar əkilməlidir.

Yeni binaların, yaşayış komplekslərinin tikintisi zamanı onların tutduğu sahəyə müvafiq olaraq yaşıllıq sahəsi şərt kimi qoyulmalıdır. Sakinlər isə binaların həyətlərində boş yerlərdə ağac əkilməsinə təşəbbüs göstərməlidirlər. Yəni, bu işdə həm dövlət, həm cəmiyyət fəal olmalıdır.

– Şəhərimizdə çoxlu tikinti işləri gedir. Bunun üçün bəzi yerlərdə yaşıllıqlar məhv edilir. Bu iş necə tənzimlənməlidir? Tikinti işləri üçün yaşıllıqların məhv edilməsi mütləqdirmi?

– Patyaxtda harda gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir. Kəsmək mümkün olmadıqda isə, dibinə turşu və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır. 3-5 min manat cərimə ilə poblem həll olunmaz. O ərazidə obyekt tikən şəxs ordan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Təklif edirəm ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu “yaşıl terror”un qarşısını almaq mümkün olar.

– Bəs regionlarda yaşıllıqların, meşələrin qorunması ilə bağlı vəziyyət necədir? Burada hansı problemləri müşahidə edirsiniz?

– Bir neçə il əvvəl bizim təşkilat Beynəlxalq Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə bir layihə keçirdi. Meşələrdə, qoruqlarda monitorinq apardıq, bəzi problemləri qeydə aldıq. Məsələn, meşələrdə araba və maşınlarla odun daşıyanlara rast gədlik, onların çoxu qurumuş deyil, sağlam ağaclar idi. Bəziləri hansısa arayış göstərərək bunu məktəblər və bağçalar üçün apardıqlarını bəhanə edirdilər, halbuki çoxu satış məqsədilə kəsilir.

Bölgələrdə, xüsusilə də kənd yerlərində heyvanların otarılması zamanı ana təbiətə, əsasən də meşələrə ciddi zərər dəyir. Meşələrdə otarılan heyvanlar yerdən qalxan kiçik pöhrələri yeyirlər, nəticədə meşələrin yenilənməsi baş vermir, müəyyən müddətdən sonra yaşlı ağaclar quruyur, yeniləri isə qalxmır, nəticədə meşələr seyrəlir, çılpaqlaşır və tədricən sıradan çıxır. Azərbaycan onsuz da ərazisinə görə meşə sahəsinin ən az olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa, tezliklə olan-qalan meşələr də yoxa çıxacaq.

– Elçin müəllim, Avropa şəhərlərinin küçələrində müxtəlif rəngli zibil qutuları qoyulur və əhali hansı qutunun nə üçün təyin edildiyini bilir. Məsələn, İsveçdə uşaq bağçasına gedən uşaq bilir ki, açıb yediyi konfet kağızını hansı qutuya atmalıdır. Böyüklər də, həmçinin, tulladığı kağız parçasını plastik üçün nəzərdə tutulmuş zibil qutusuna atdıqda böyük məbləğdə cərimə olunur. Bəlkə də İsveçdə zibilin təkrar-təkrar emalı yaxşı qurulduğuna görə belədir. Bizim ölkədə sizcə, buna necə nail olmaq olar?

– Bu işi dövlət səviyyəsində təşkil eləmək lazımdır. Bir-iki yerdə pilot layihə kimi kiçik miqyasda təşkil edilib, yaxşı da effekt verib, demək bunu bütün ölkə miqyasında tətbiq etmək lazımdır. Bakıda bunun üçün məişət tullantılarını çeşidləyici və emal edici zavod tikilib. Digər iri şəhərlərdə də tikilməlidir. Bunu etməyəndə külli miqdarda xammal və material məhv olur, üstəlik, ekologiyamız da ciddi zərər görür. Bir çox ölkələrdə hətta bəzi tullantılara görə pul da ödənilir. Bizdə də bu işi təşkil etmək, insanları stimullaşdırmaq olar.

Azərbaycanda ekoloji problemlər təkcə bunlarla məhdudlaşmır. Atmosferin çirkləndirilməsi də böyük problemdir, su mənbələrinin çirkləndirilməsi də. Bütün bunlara nəzarət artırılmalıdır.

Analoq.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Bakıxanov qəsəbəsində lift hər an can ala bilər-Sakinlər həyacan təbili çalır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Maraqlı / #Ölkə

Aptek narkotik tərkibli dərmanları reseptsiz satır-Valideyn həyacan təbili çalır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı / #Araşdırma

Alimlər həyacan təbili çalır-Şəkərdən istifadə etməyin

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının