Bizi izləməyi unutmayın

İnsan ölümləri,müharibələr,dini radikalızm,dövlətlərin parçalanması və digər hadisələr bu il olacaq

Автор: analoaz от 4-01-2017, 18:00
İnsan ölümləri,müharibələr,dini radikalızm,dövlətlərin parçalanması və digər hadisələr bu il olacaqDaha sərt müstəvidə davam edəcəyini də vurğulayıb.Analoq.az Bizim analoqumuz yoxdur

Fazil Mustafa:"Babəkizim Azərbaycana tamamilə yad bir ideologiyadır"

Автор: analoaz от 4-01-2017, 14:00
Fazil Mustafa:"Babəkizim Azərbaycana tamamilə yad bir ideologiyadır"Qayıdışımda nə siyasət işlətməliydim ki?Analoq.az Bizim analoqumuz yoxdur

Səbuhi Rəhimli:"İlin ilk iki ayı olduqca ağır keçəcək"

Автор: analoaz от 31-12-2016, 16:00
Səbuhi Rəhimli:"İlin ilk iki ayı olduqca ağır keçəcək"Analoq.Az dünyada və ölkədə baş verən hadisələri, kriminal, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, idman yeniliklərini təqdim edir. Müəllif yazılarına görə sayt məsuliyyət daşımır. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Zamiq Hacıyev:"Guya, oxuyana qiymət yazırlar ki?"

Автор: analoaz от 16-12-2016, 00:18
Zamiq Hacıyev:"Guya, oxuyana qiymət yazırlar ki?"Analoq.az» saytı gənc yazar Nikbin Qasımlının ARAN ARB tv-nin əməkdaşı Zamiq Hacıyevlə müsahibəsini təqdim edir ...

Camal Yusifzadə:"Kiminsə qapısına döymək, kimdənsə xahiş eləmək lazım imiş..."

Автор: analoaz от 14-12-2016, 15:17
Camal Yusifzadə:"Kiminsə qapısına döymək, kimdənsə xahiş eləmək lazım imiş..."Ədəbi mühitimizdə “Şairlər içində şair” ifadəsi var... Yəni, o qədər tanınmayan, ancaq şairlərin əsl şair kimi qəbul elədiyi imzalar... Camal Yusifzadə bu qələm sahiblərindəndir...

- Bu yaxşı ifadədir. Şairlər içində şair. Mənim düşüncəmə görə, sənət adamına əsl dəyəri sənət adamı verməlidir. Kütlə sevə bilər, sevgisində səmimi də ola bilər, amma bu dəyər sənət adamlarının verdiyi dəyərlə müqayisə olunmamalıdır. Əgər məni şairlər içində şair hesab edirlərsə buna çox sevinirəm.

Xəyyam Mirzəzadə:"İstər Yazıçılar İttifaqı olsun, istər Bəstəkarlar İttifaqı, onlar öz mahiyyətini itirib"

Автор: analoaz от 14-10-2016, 19:19
Xəyyam Mirzəzadə:"İstər Yazıçılar İttifaqı olsun, istər Bəstəkarlar İttifaqı, onlar öz mahiyyətini itirib"
Televizora baxıram, qəzetləri oxuyuram, hərdən alət arxasında çalışıram. Yoldaşlarım, dostlarım gəlir, tələbələrim baş çəkir. Heç vaxt heç kimə demərəm ki, halım xarabdır, acından ölürəm. Dostun vecinə deyil, düşmənsə sevinir. İnsanı arzuları saxlayır. Bir də iş. Mən daxili sevincimi heç nəyə dəyişmərəm. Ətrafımda olan adamlarla həmişə fəxr etmişəm. Övladlarıma, dostlarıma, qohumlarıma baxıb həmişə fərəhlənmişəm. Mənim işlədiyim yeganə yer Konservatoriya olub. İndi akademiya deyirlər. Amma onun əsl adı elə konservatoriyadır. Çünki akademiya və konservatoriya ayrı-ayrı şeylərdir. Adı dəyişdirməyin mənası yoxdur. Adı dəyişdirməkdənsə, keyfiyyəti dəyişdirmək lazımdır.

- Mənə elə gəlir, siz sənətinizdən daha çox, övladlarınızla fəxr etmisiniz...

Tanınmış aktrisa:"Teatrda aldığımız məvacib çox azdır, buna görə də..."

Автор: analoaz от 29-09-2016, 12:30
Tanınmış aktrisa:"Teatrda aldığımız məvacib çox azdır, buna görə də..." Hollivud o tərəfdə qalsın qardaş, Türkiyənin aktrisaları lüks həyat yaşayır. Bizdə vəziyyət çox acınacaqlıdır. Sağ əlləri bizim başımıza. Teatrda aldığımız məvacib çox azdır, buna görə də aktyorlar məcbur olub seriallara, reklam roliklərinə çəkilir.

Tahir Əmiraslanov:"Yaponiyada ət artıq insan peyinindən alınır"

Автор: analoaz от 22-09-2016, 23:48
Tahir Əmiraslanov:"Yaponiyada ət artıq insan peyinindən alınır"Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov “Yeni Müsavat” qəzetinə müsahibəsində Azərbaycan kulinariyasının problemlərindən, mətbəximizdəki zərərli qidalardan və insanları ölümə yaxınlaşdıran istehsal sirlərindən danışıb. Müsahibəni təqdim edirik.

-Tahir müəllim, kulinariya mərkəzini nə vaxt, necə yaratdınız?

- Biz bu mərkəzi yaradanda Sovet İttifaqında heç kimin ağlına gəlmirdi ki, kulinariya mərkəzi ola bilər. Mən SSRİ Kulinariya Assosiasiyasını yaradanlardan biri idim, orada təbliğat şöbəsinin rəisi idim. Sosialist ölkələri arasında birinci Azərbaycanda belə bir mərkəz yarandı. Biz 1991-ci ildə bunu yaratdıq, ancaq bu haqda hökuməti maraqlandırmaq, mərkəzi yaratmağa razı salmaq üçün 1985-ci ildən 1991-ci ilə qədər vuruşduq, yazdıq, pozduq. Göstərdik, mərkəzin vacibliyini sübut elədik.

Sonra ermənilərin bizim mətbəxi oğurlaması haqqında ictimai şüur artdı, bununla bağlı ictimai rəyin partlayışı zamanı gələndə mərkəzi yaratmağa nail olduq. 1992-ci ildə biz Dünya Kulinariya Təşkilatının üzvü olduq. Müqayisə üçün onu deyim ki, bu təşkilatın üzvü olmaq üçün Maltaya 8 il, Yaponiyaya 10 il, Türkiyəyə 13 il vaxt lazım olub. 1994-cü ildə biz Rusiyanı üzv elədik. Türkiyəyə, Serbiyaya, Maltaya bu təşkilata üzv olmaqda kömək elədik. Bizim mərkəz 1991-ci ildə yaransa da, 1997-ci ilə qədər işçilərin maaşını cibimdən verirdim, 3-4 işçini zorla saxlayırdım. Halbuki 1993-cü ildə ölkəyə qızıl medallar gətirmişdik. 1994-cü ildə mərhum prezident Heydər Əliyev Dünya Kulinariya Konqresinə əməkdaşlıq üçün məktub göndərdi. Artıq bu mərkəzin vacibliyi anlaşıldı. Yalnız 1997-ci ildə büdcədən bizə maliyyə ayrıldı.

- Tahir müəllim, bu il Azərbaycan mətbəxinin müxtəlif sahələrinə aid bir neçə festival keçirdiniz, hətta son festivallar kütləviliyi ilə seçildi, nazirlər də maraq göstərdi. Buna necə nail oldunuz?

- Festivalların keçirilməsi zamanı da biz bu mərhələlərdən keçdik, özümüzü təsdiqlədik. Məsələn, Qəbələdə keçirdiyimiz mürəbbə festivalı sayca dördüncü idi. Yalnız bu festivala mədəniyyət naziri zaman tapıb gələ bildi. Ölkədə hər gün onlarla mədəniyyət tədbiri keçirilir, vaxt məhduddur, bu halda nazirin oraya gəlməsi uzun müddət öncədən planlaşdırılmalı idi. İlk festivalların uğur qazanıb qazanmayacağı bəlli deyildi, ancaq üç festivaldan sonra gördülər ki, artıq bu alınır, hətta uzaq yerlərdən turistlər gəlirlər, bundan sonra mürəbbə festivalına 3 nazir qatıldı. Bizim hörmətli deputatımız da gəldi. Şəkidə etdiyimiz festivala da mədəniyyət nazirinin birinci müavini gəldi.

- Ölkənin qida sektoru ilə bağlı problemlərdən biri də odur ki, qida zəhərlənmələri artmaqdadır. Yayda bəzi mövsüm meyvələrindən, qışda isə konservləşdirilmiş məhsullardan insanlar zəhərlənir. Bunun qarşısını necə almaq olar?

- Əvvəllər də insanlar zəhərlənib ölürdülər, ancaq informasiya bu qədər yayılmırdı. Yəni bu, həmişə olub. Restorandakı qidalardan zəhərlənmələr və ölüm hadisələrinin artacağını mən hələ 4-5 il öncə, dəfələrlə demişəm. Bu, çox təbii bir prosesdir və çox böyük sürətlə artır. Birincisi, indiki dövrdə torpaq, hava, su daha zəhərlidir. Ona görə də ekoloji baxımdan düzgün istehsal edən müəssisələrin məhsullarına daha çox etibar etmək lazımdır. Azərbaycanda konservləşdirilmiş məhsullar istehsal edən şirkətlər var və il boyu bu məhsulları marketlərdən almaq mümkündür. Mən məsləhət görərdim ki, özlərinə güvənməyənlər onlardan alsınlar. Heç bir şirkət məhsulunu zay eləmək istəməz. O şeyi ki, duz və ya şəkərlə konservləşdirmək mümkündür, ona əlavə qatqılar qatmazlar, çünki bu onlara baha başa gəlir. Həm də orada adi insanlar yox, peşəkarlar işləyir. Bu, həm də iqtisadi baxımdan sərf eləmir. Biz gilasın kilosunu 4 manata alırıq, şəkər tozuna da 1 manat veririk, onun zəhməti və sair. Zavod gilası tonla alır 20 qəpikdən, ona ucuz başa gəlir. Əgər o daha keyfiyyətlidirsə, onu almaq lazımdır. Mən həmişə yaxınlarıma da deyirəm ki, qazlı sular içməyin, əvəzinə kompot için.

““Bu gün Rusiyada demək olar ki, ətdən hazırlanmış 1 kilo da kolbasa yoxdur”


- Restoranların fəaliyyətini, orada təqdim olunan yeməkləri necə qiymətləndirirsiniz?



- Restoranlarda da zəhərlənmə halları çox olur. Çünki ölkədə restoran biznesi, ictimai iaşə sektoru ilə bağlı heç bir elmi tədqiqat institutu fəaliyyət göstərmir. Azərbaycanda bu sahə üçün heç bir kadr hazırlanmır. Dəmirçi və ya bərbər hazırlayan peşə məktəblərinin nəzdində ildə 50-60 aşpaz hazırlayan qruplar var. Mən bununla bağlı Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə də müraciət etdim ki, zəhmət olmasa, bu uşaqların dərs keçdiyi kitabları toplayıb yandırın. Birincisi, milli mətbəxi təhrif edirlər, ikincisi, bu kitablar nəinki peşəkar aşpaz, evdar qadın üçün də yaramır. Azərbaycanda pomidor-yumurtanı düzgün bişirən 3-4 nəfər aşpaz tapın, mən onlara kömək edib ölkənin ən məşhur aşpazları edəcəyəm. Azərbaycanda peşə məktəblərinə dərslərini oxumayan, əldə-ayaqda qalan şagirdlər gəlirlər. Bu savadsız uşaqlardan da aşpaz çıxmaz. Həmin uşaq peşə məktəbindən çıxıb restorana gələndə əlbəttə ki, həmin yeməkdən insan zəhərlənəcək. 1990-cı ildən bəri bir peşə məktəbinin aşpazlıq kursuna bir kiloqram ərzaq verilməyib ki, həmin uşaqlar praktika keçsinlər. Peşə məktəblərində demək olar ki, mətbəx avadanlıqları yoxdur, uşaqlar nədə bişirsinlər. Mən təklif etdim ki, bunların hamısını mənə verin, məktəblər yaradım və 7 ildən sonra mən sizə dövlətdən pul almayan aşpaz məktəbləri təqdim edim. Ancaq olmadı. Kadr olmayan yerdə qida sektorunun keyfiyyətindən danışmağa dəyməz.
İndi necə edirlər, şagirdi göndərirlər hansısa restorandakı Əli ustanın yanına, o aşpaz 30 dənə yemək bilir, şagird o yeməkləri pis-yaxşı öyrənib gedir o biri restorana, eyni şeyi bişirir. Növbəti praktikant həmin bu usta Vəlinin yanına gəlir, o da eyni yeməkləri öyrənir, bir az da təhrif edir, gedir başqa bir restoranda işləməyə. Ona görə də bütün restoranlar eyni yeməkləri təklif edir, bütün menyular da bir-birinin üzünə tüpürür, çünki tədris yoxdur. Praktikada öyrənən aşpaz ola bilməz, yemək bişirən ola bilər. Dünyanın hər bir yerində, o cümlədən Azərbaycan qanunvericiliyində də qeyd olunur ki, baza təhsili olmayan adamlara aşpaz demək olmaz, onlar restoran biznesində işləyə bilməzlər. Azərbaycan restoran biznesində çalışanların 90 faizi heç bir təhsil görməmiş adamlardır. Kursda tibb bacısı və aşpaz hazırlamaq dünyada heç kimin ağlına gəlməyib, bircə Azərbaycanda var. Kursda uzaq başı ixtisas artırmaq olar, hansısa avadanlıqdan istifadəni öyrətmək olar.

- Siz özünüz restoranlarda yemək yeyirsinizmi?

- Çox nadir hallarda, sadəcə, özümün məsləhətçisi olduğum restoranlarda yemək yeyirəm. Qonağım gələndə də oraya aparıram. Bilirəm ki, o restoranlarda təmiz yeməklər verilir. Bir də bizim kollektiv üzvlərimiz olan restoranlar var, onlar standartlara uyğun fəaliyyət göstərirlər.

- Kolbasalara vurulan , restoranlarda verilən ətlərin keyfiyyəti ilə bağlı da müxtəlif məlumatlar yayılır. Xaricdən gətirilən mənşəyi məlum olmayan ətlər var, ölmüş heyvan ətləri var və sair.



“Kursda tibb bacısı və aşpaz hazırlamaq dünyada heç kimin ağlına gəlməyib, bir Azərbaycanda var”


- Bir kiloqram lüləkabab neçəyədir? Deyək ki, 15 manat. Ancaq bir kiloqram lüləkabab hazırlamaq üçün 1,7 kiloqram sümüklü ət lazımdır, onun da kiloqramı 8-9 manatdır. Üzərinə kömür pulu, su pulu, aşpazın əmək haqqı, yerpulu, vergi və sahibkarın götürəcəyi gəliri də əlavə edin. Təxminən 25 manat edir. Deməli, artıq şübhələnmək üçün əsas var. Çünki heç kim ziyana işləməz. Mən küçədə satılan ətdən də şübhələnirəm, gözümün qabağında heyvanı kəssə də, yoldan keçən maşınların tüstüsü, ağır metallar ətin üzərinə oturur. Mən hələ başqa tərəflərindən yox, sırf sağlam ətin saxlanma şəraitindən danışıram.

- Tahir müəllim, kolbasa yeyirsinizmi?

- Mənim evimə, ümumiyyətlə, sosiska-kolbasa girmir. Çünki uşaq bir dəfə görür öyrəşir və məcbur olursan ki, hər gün alasan. Kolbasa qədimdə ona görə hazırlanırdı ki, əti uzun müddət saxlamaq mümkün olmurdu, soyuducu yox idi. İndi hər gün təzə ət var. Ət qurudulub saxlanılırsa, onun tərkibindəki mineralların, vitaminlərin 90 faizi ölür. 100 qram təzə ət yemək, 10 kiloqram kolbasa yeməkdən daha xeyirlidir, hələ kolbasa təmizdirsə... Kolbasanın kiloqramı deyək ki, 6-8 manatadır. Sovet İttifaqında 1980-ci ildə il ərzində 1 milyon ton süni ət istehsal olunurdu və kolbasaya vurulurdu. O da pivə istehsalı zamanı yerdə qalan arpa jımıxından, neftin parafinindən və quş peyinindən alınırdı. Bunlara hansısa kimyəvi maddələr vurub ondan ət hazırlayırdılar. Bu gün Rusiya ərazisində demək olar ki, ətdən hazırlanmış 1 kilo da kolbasa yoxdur.

Yaponiyada ət artıq insan peyinindən alınır və farş kimi də yox, tikə ilə hazırlanır. Təzə ət var ikən mən heç vaxt o kolbasanı alıb nəvələrimə yedizdirmərəm. Kərə yağı adı ilə aldıqlarımız da kərə deyil. Bir kiloqram kərə yağı almaq üçün 24 litr süd lazımdır. Onun üzərinə daşınma xərclərini və sair də gəlsək qiymət neçə olar? Zellandiyadan bir gəmi iki aya gəlir. Sizcə, oradan gələn yağın qiyməti neçəyə olmalı idi? Mağazada kiloqramı 10 manata satılır. Üzərinə gömrük rüsumu, daşınma, vergi və sair də gəlir. Bu dəqiqə mətbəx nano texnologiyaları o qədər inkişaf edib ki, onu hər şeydən hazırlamaq mümkündür.

“Restoran biznesində çalışanların 90 faizi heç bir təhsil görməmiş adamlardır”


- Televiziyalardakı yemək proqramlarına baxırsınızmı? Münasibətiniz necədir?

- Biz Milli Kulinariya Mərkəzi olaraq, Azərbaycan telekanallarındakı iki verilişə tanınma sertifikatı vermişik. Onlardan biri Aynur Talıbovanın verilişi idi, kəndlərə gedib milli mətbəximizi çəkirdi, mən də ona kömək edirdim, icra hakimiyyətlərinə zəng edib tapşırırdım. Burada yeməkləri planlaşdırırdıq. O verilişlərin milli mətbəximizin təbliğ olunmasında böyük əhəmiyyəti var və biz o videoları saytımıza da yerləşdirmişik. İkinci veriliş “Nuş olsun” verilişidir, Xəzər TV-də yayımlanır. O da gəlir burada kitabları bir-bir oxuyur, bütün sualları aydınlaşdırırıq, daha sonra efirə çıxır. Bu sertifikatı da onlara biz vermişik, heç xəbərləri də yox idi. Qalan verilişlərdə aşpazlar ağızlarına gələni danışırlar. “Pors” nə deməkdir, Azərbaycan dilində “pors” sözü var? Bu verilişlər birincisi, Azərbaycan dilində deyil, ikincisi, Azərbaycan mətbəxi deyil, heç xarici mətbəx də deyil. O verilişləri aparanlar heç yerli-dibli aşpaz deyillər, sənədləri yoxdur. Yalnız ustanın ixtiyarı var ki, nə isə öyrətsin, 6-ci dərəcədən sonra şagird öyrətmək olar. Mətbəxdən yararlanmaq istəyən bloggerlər var, onlar, ümumiyyətlə, mətbəxi təhrif edirlər.

Nərgiz LİFTİYEVA
Fotolar Məğrur MƏRD

Aidə Eyvazlı:"Məhəmməd peyğəmbər özünə qədər olan dinlərin hərəsindən yaxşı bir şey götürüb təbliğ edib ki, ərəbləri rəzalətdən qurtarsın"

Автор: analoaz от 22-09-2016, 12:39
Aidə Eyvazlı:"Məhəmməd peyğəmbər  özünə qədər olan dinlərin hərəsindən yaxşı bir şey götürüb təbliğ edib ki, ərəbləri rəzalətdən qurtarsın"Aida Eyvazlı söhbətə girişi bu yaxınlarda Monqolustana, Türk xaqanlarının ikinci dəfə hakimiyyət qurub, dünyaya hökmdar kimi yayıldığı areala - Ötükənə səfəri haqqında və bunun onda yaratdığı təəssüratlarla etdi.

-Bu yaxınlarda Ötükəndə oldum. Bu səfərim məndə olan bəzi düşüncələri bir az da möhkəmləndirdi. Bütün dillərdən əvvəl türk dili və türk əlifbası yaranıb. Dünyanın ilk dili türk dili, əlifbası isə türk əlifbasıdır. Bu gün türk dünyasında, o cümlədən Azərbaycanda kimsə uşağını yatırtmaq üçün ona layla çalır. Hətta Azərbaycanda yaşayan etniklər də. Ancaq hamısı laylanı eyni dildə - azərbaycanca oxuyur. Deməli, bu, bizim ana dilimizdir.

Qədim türklərin hələ neçə min il bundan qabaq Cənubi Amerikada qırmızı dərililərin içərisində olduğu da məlumdur. Türklərin yaranma tarixi çox qədimdir. Sadəcə sivilizasiyalardan-sivilizasiyalara dəyişiblər. Onlar hər şeyin öz nəzarətlərində olmasını istəyiblər. Onlar niyə hakimiyyətə , hakim olmağa həris olublar? Məqsədləri insanlara xeyir vermək, ərazilərini möhkəmləndirmək , ordu ilə düşməndən qorunmaq olub. Türklərin beyinləri həmişə iti və gözəl işləyib.

-Qədim şumerlərin də türk olduğu haqqında çoxlu tədqiqat var. Şumer mədəniyyətinin dünya siviliziyasına böyük töhfəsi olub. Onların da öz mifoloji, dini inancı olub. "Bilqamıs dastanı”nda şumer mifoloji təfəkkürü əks olunub. Nuhun dastanı da bu dastanla eyni motivdədir, sadəcə obrazlar dəyişib.

-İslama qədər türklərin inancları olub.İslam dinində olan məqamların çoxu türk inanclarından götürülüb.Türklərin belində o zamanlar göy ləkələr var idi. Bu gün bu göy ləkələr hindu tayfalarında da var. Deməli, onlar da göy türklərdir.

Beynəlxalq Türk Akademiyası 2010-cı ildə yaranıb. 2014-cü ildə Bişkekdə beynəlxalq status aldı. Bu akademiya türk kökümüzü, mədəniyyətimizi araşdırmağa başlayıb və çox gözəl nəticələr ortaya qoyub. Professor Darxan Xıdıralı həmin akademiyaya gələndən sonra elmi tədqiqatlar və əldə edilən nəticələr çoxalmağa başlayıb. Sözün əsl mənasında türkün Sovet dönəmindən gizlədilən qaranlıq səhifələrinə işıq tutulub.

Darxan Xıdıralının əsl adı Tərxandır. Türk sərkərdəsi Gültəkinin də əsl adı deyilənlərə görə Tərxan olub. Mən Darxan Xıdıralıya baxanda elə bilirdim ki, Gültəkin onda təzahür edib. Bu adam çox istedadlıdır. O gedir daşları, torpağı qazır, axtarışlar aparır. Sanki Ötükəndə olan daşlar, Göy Səma onunla danışır. Ötükən ona gizli sirrlərini açır. Bəlkə elə buna görədir ki,

Beynəlxalq Türk Akademiyası Monqolustanla birgə arxeoloji qazıntılar apardılar. Çox gözəl nəticələr əldə olundu. Ən maraqlısı isə odur ki, Ötükəndəki məbədimizi tapdıq. Monqolustanda bu ərazi Bayan-aqt adlanır.

Bir baxın, Gültəkin, Tonyukök, Bilgə xaqan daşlara məktub yazmışdı. 1893-cü ildə həmin daşı Tomson oxuyub. Həmin daş kitabədə yazılıb: "Siz Ötükəndə qalsanız, buradan karvanlarınız gedəcək. Heç zaman qəzəb, pislik görməyəcəksiniz”. Bu, sətirlər Quran ayəsi kimidir. Daha sonra yazılıb: "Siz o zaman başqa ölkələrə hökmranlıq edəcək, var-dövlət içərisində yaşayacaq, aclıq görməyəcəksiniz”. Bunlar 6-7-ci əsrlərə aid mətnlərdir. Yəni, İslamdan da qabaq.

Bir görün bu daşlardakı mətnlər , yazılar nə qədər vacib bir sənəd idi ki, Çar Rusiyasının şahzadəsi II Yekatrina öz alimini dəvə karvanları ilə böyük türklərin imperatorluq etdiyi səhralara sirr öyrənməyə göndərmişdi. O yerləri gedib görmək mənə də nəsib oldu və o müqəddəs maəkana çatanda məəttəl qaldım. Fikirləşdim ki, bizdən 100-150 il bundan əvvəl insanlar elmə nə qədər maraq göstəriblər! At keçməz, adam keçməz yolları gedib o məkana çatıblar. Mən inandım ki, Ötükən həqiqətən də müqəddəs məkandır. Orada insana xəta gəlmir. Orada insan yorulmur, darıxmır. Orada təbiət bütün gözəlliklərini, sirrini açır. Orada bir harmoniya var. Təbiət insanla təmasa girir. Və bu da "türk mifologiyasının, türk hakimiyyətinin əsasıdır” desəm, yanılmaram. Çünki təbiətlə həmahəng olanda, insan güclü olur.

-Demək istəyirsiniz ki, soykökümüz türk olduğuna görə, bu yerlərə müqəddəs ziyarət gerçəkləşdirməliyik?



-Söhbəti elə buna gətirmək istəyirdim. İnsan özündən nəsə quraşdırıb kütlələrə, bir-birlərini öldürməyə, döyməyə vadar etməməlidir. Təbiətin fəlsəfəsi ayrılıq olmamalıdır. Mən dediyim qutsal yeri, məbədi tapmışıq.

Daş məktubda yazılıb qoyulan, dərin mənalı mətnlərin hamısı oradadır. O məktubda yazılanlar bütün türk dünyasının, sülh tapmaq istəyənlərin konstitusiyası olmalıdır. O məktublarda o qədər gözəl, alt mənalı sözlər var ki! Bunu duyub xalqa, dünyaya çatdırmaq lazımdır.

Monqolların Sveet Ulan, türklərin Kutluq Xaqanın məbədi deyilən həmin mərkəzi yerdə ocaq var, qurbangah var.Monqolustan, Türkiyə və digər türkdilli xalqların arxeoloq alimləri artıq burada xeyli iş görüblər. Daş yazılı abidələrdən tapılan faktlar belə nəticə hasil edir ki, burada təkallahlılıq təbliğ edilir. Orada yazılır ki, Gültəkin öləndə Tanrıya qovuşdu. Bunu hər adam üçün yazmırlar. Bu gün tanrıçılıq dini oralarda qalıb. Çünki bu yerlərə İslam dininin ayağı dəyməyib.



-İslam dini də təkallahlılığı təbliğ edir axı.

-İslam bərqərar olduğu yerlərdə sonradan din, məzhəb ayrılığı saldı. Amma tanrıçılıq olan yerdə İslamın ortaya qoyduğu ayrılıqdan söz gedə bilməz. Bütün dinlərdən olan adamlar ora gələr, ibadət edər, oda sitayiş edər, qurbanlarını kəsər və ya şamançılıq edərdilər. İki tonqal arasından keçib, ölənlərin ruhuna dualar oxuyardılar. Göy Səmaya, Tanrıya əl açardılar, insanlar üçün yardım, xoşbəxtlik diləyərdilər. Mən o məkanda olanda inandım ki, Tanrı burada edilən duaları daha tez eşidir.

-Belə anladım ki, həmin kitabələrdəki qeydlər sizin üçün Quran ayəsindən də müqəddəsdir.



-Bəli, həmin mətnlər mənim üçün Quran ayəsindən də müqəddəsdir.

-O zaman mən bu fikrinizi türk dünyasına yönəlmiş ittiham kimi dəyərləndirirəm. Düzdür, türklər ən qədim mədəniyyətə, dinə sahib millətdir. Amma İslam dinini türklər qədər təbliğ edən, onu yayan bir millət olmayıb.

-Türklərin əksəriyyəti İslamı ona görə qəbul edib ki, onları bu dinin təkallahlı olmasına inandıra biliblər. İslam dini ikitirəlik, insanlara inancına görə fərq qoyulandan sonra cılızlaşdı. İnsana da dini inancına görə "kafir” deyərlərmi? İnsana əməlinə görə qiymət verərlər. Orta Asiyada İslamın geniş yayılmış Nəqşibəndilik qolu var . O cərəyanın insanları elmə, inkişafa meylli idilər. Və deyirdilər: "Dil bə yaru, dəst bə karu”. Yəni ki, ürəyin Allahın ilə, əlin isə əməkdə, işdə olsun. İslamın fəlsəfəsi həmişə belə qalsaydı nə var idi ki?! Nə yazıqlar olsun ki, Məhəmməd peyğəmbərin vəfatından sonra, İslamda dini ayrı-seçkiliklər yarandı. Din ikiyə bölündü, o gündən bu günə kimi qardaş-qardaşı öldürür. Özü də mübahisələrin əsası ancaq hakimiyyət və var dövlət davasıdır.

-Öz dinləri də təkallahlılıq ideyalarının daşıyıcısı idisə, niyə İslamı qəbul etdilər?

-Türklərdə təkallahlılıq var idi. Ancaq bununla yanaşı, şamanizm, buddizm elementlərini özündə daşıyan dini dünyagörüşü də var idi. Türklər 12-13-cü əsrlərdə buddizmi yaymağa başlamışdılar. Bir qrup isə artıq İslam dininə sitayiş edirdi. "Qılınc müsəlmanı” ifadəsi nahaqdan yaranmadı ki... Kimi qılıncdan keçib, tapınmağa başladı, kimisi də öz xoşu ilə.



-Bu gün İslama sitayiş edən türkləri bağışlayırsınız?

-Xeyr. İslamı qəbul edən, ona tapınan türkləri bağışlamıram. Elə özümü də.

-O zaman bütün türk dünyasını əfv etmirsiniz. Çünki türklərin əksəriyyəti İslamı qəbul edib, onu ictimai və fərdi davranışın bir formasına çevirib.

-Əslində əfv etmirəm. Mən Ötükənə gedib-gələndən sonra ürəyimdə o türklərə acıdım. Sual etdim ki, niyə o cür gözəl Tanrı dinini rədd edib, gəlib var-dövlət dinini seçdin?! İslam gələndən sonra görün nələr baş verdi. Var-dövlət uğrunda mübarizə başladı. Əmioğlu ilə əmiqızını evləndirdi ki, var-dövlət başqasına keçməsin. İnsanın da bəlası var-dövlətdən sonra başladı.

Bu gün isə Ötükəndə bunlar yoxdur. Onlar buddist olsalar da, var-dövlətə, həris deyillər. Tanrı mal-dövlətlərini artırır, çoxaldır. Bir dənə balaca yurdlarına, çadırlarına 5-6 çarpayı, ortaya da odun sobası qoyurlar. Tüstüsü bacadan ərşə çıxır. Buna Tanrı da sevinir ki, bu yerlərdən od-ocaq ətri iyi gəlir. İnsanları korlayan var-dövlət oldu. Var-dövlətin də əsasını Məhəmməd peyğəmbərdən sonrakı hakimiyyətpərəstlər qoydu

-İslama qarşı fikirlər səsləndirsəniz də, nəticədə siz də bir inanc daşıyıcısınız...

-Mən Göyə, orada bir Tanrının , Yaradanın, Allahın olduğuna inanıram. Onun adını nə qoyuruqsa qoyaq, fərq etmir. Yalnız onu deyə bilərik ki, o, təkdir. Mən bu təkə inanıram.

-Ancaq o, sizin təfəkkürünüzdə İslam dininin Allah anlayışı ilə assosiasiya olunmur.



-O qüvvənin adı İslam dini gələndən sonra Allah olub. İslamdan qabaq isə təktanrıçılıq olub. Mən Ötükəndə bunun şahidi oldum. Oranı tədqiq edənlər, elə-belə, ucuz adamlar deyil. Onlar karvan-karvan kitab oxumuş adamlardır.

-Aida xanım, nə zamandan etibarən sizdə İslama qarşı aqressiya yaranmağa başladı?

-Şiəliklə sünniliyin bir-birinə qarşı qoyulmasını tam olaraq dərk etdikdən sonra. Mən bunun şahidi olmuşdum. Mənim anam guya şiə idi. Atam da sünni. Anam da dini mükəmməl bilmirdi. Eşitdiklərini bilirdi. Bizdə bilirsiniz ki, İslamı kitabla yox, dildən-dilə ötürüblər. Halbuki dünyanın hər gözəl öyüdü, işi mən dediyim daş kitabələrdədir. Ancaq biz türklərə sonradan İslamı yayanlar az kitabsız demədilər. Biz isə sübut edirik ki, 6-cı əsrə, hətta ondan da əvvələ məxsus daş kitabələrimiz çöllərdə qalıb. Onların hələ bir neçəsini dağıdıblar: biri çinlilər , birini İslamı gətirənlər, birini isə SSRİ. Bu günə qədər 54 belə daş kitabımız tapılıb və artıq oxunub.

Hə sozüm harda qaldı ?!... Nə isə. Mən anam və atamla Sumqayıtda məscidə getmişdim. Gördüm ki, 500 manata (bir Nizami) parça satırdılar. Və məhərrəmlik ayininə gələnlərin də hər biri bu qara 5 sm-lik bezi alıb qollarına bağlayırdılar, deyirdilər ki, imam ehsanıdır, bu qoldan qopub düşəndə, həmin adam arzusuna çatacaq. Mən sanki ayıldım.Yadıma gəlir, uşaq vaxtı məhləmizdə qadınlar teşt qoyurdular. Çıxıb işığı söndürürdülər və deyirdilər: "Şiələrik gəlmişik şamü-qəribanə biz, başsağlığı verməyə Zeynəbi nalənə biz”. O teşti qoyan Züleyxa xalanın evinə yığılanlar da, bir ahu-zar edib, bir ağlayırdılar ki, bəs Allah indi də işıqları söndürdü.

Qonşumuz bunun hesabına teştin içərisinə pul yığırdı. Amma o zaman da tam dərk etmirdik. Mən sapı görəndən sonra hər şeyi dərk etdim. Sual etdim ki, bu necə İslamdır ki, bir sapı pulla satırlar və bunu müqəddəs don geyindirirlər?!

Bir gün evə gəldim və gördüm ki, anam "Araz” proqramı tutub və ona qulaq asdıqca ağlayır. "Ay ana, niyə ağlayırsan?” dedim. Cavab verdi ki, imamım yasıdır. Sual etdim: "Ana, atan nə vaxt ölüb, yadındadır?” "Yox” dedi. Mən də sual verdim ki, bəs öz doğmalarının ölüm tarixini bilməyə-bilməyə imamlar üçün niyə ağlayırsan? "Bu sənin atan deyil, baban deyil. Sadəcə iki tayfa bir-birilə vuruşub, düşmən olub. Özü də qohumdurlar” dedim. Görün bunlar nə qədər qəddar olublar ki, hakimiyyət üstündə qohumlar bir-birinə qarşı olub.



- Qorxmursunuz ki, bu dediklərinizdən sonra, sizi hədəfə alacaqlar? Çünki bu məsələlər dolayısı ilə imamlara gedib çıxır.

-Qorxmuram. Qoy məni hədəfə alsınlar. Bunun adı qəddarlıqdır da. Qan tökmək, qohumun qohumu öldürməsi qəddarlıq deyil?! Mənim imamım Məhəmməd Füzulidir, İmadəddin Nəsimidir, Seyid Əzim Şirvani, Hüseyn Caviddir. Mənim imamım atamdır. Yazdıqları Kitabına inandıqlarımdır.

-Nəticədə inanclı insanlar var və sizin dediyiniz onlarda qıcıq yaradır. Onları qıcıqlandırmaqla, böyük aqressiya dalğasını özünüzə qarşı qaldırırsınız.

- Mən insanam, azad doğulmuş biri. İnsanı da öz inancına görə daşa basarlarmı?! Mən dinsiz və Allahsız deyiləm axı. Sadəcə belə qəbul edirəm. Belə düşünənlər özləri bir az öz aqressiyaları haqqında fikirləşsinlər.

Onlar hakimiyyət üstündə bir-birini qırdılar. Neçə min insan öldü. Bunun adı nədir?! Mənim imamlarla işim yoxdur. İmam Əliyə də, imam Hüseynə də Allah rəhmət eləsin! Onlar da öz dinləri, hakimiyyətləri uğrunda canlarından keçiblər. Buna bir söz deyə bilmərəm. Yaxşı ediblər, vuruşublar. Fərq ondadır ki, onların ardıclıları çox güclü oldular, dini ideyalarını bu günə qədər gətirib çıxardılar. İndi isə növbə bizimdir. Bizim borcumuz isə odur ki, İslama qədərki o daş məktubları, konstitusiyamızı açaq və təbliğ edək.Və Və son nəticədə analiz edək görək, hansı daha güclüdür. Onu da demirəm ki, hamı dönüb Tanrıçı olmalıdır. Din azaddır axı.

Azərbaycanda din dövlətdən ayrıdır. Bu yaxınlarda xüsusi dini mərasimlərin gülünc halda keçirilməsinə məhdudiyyətlər qoyuldu. Çox gözəl addımdır. Məhdudiyyət, qadağa məsələsinə o qədər sevindim ki... Axır ki, mənim istədiyim oldu. Kiminsə baş yarması, zəncir vurması bizim cəmiyyətə yaraşmaz. Dinə də mədəni surətdə, ağılla əməl etmək lazımdır.

Mən Ötükəni ziyarət edəndə gördüm ki, hamı orada gəlib oynayır, tonqal başında rəqs edir. Hələ özlərinin at, dəvə südündən hazırladıqları araqdan da içirlər. Əsl azadlıq diyarıdır. Mən belə bir din istəyirəm. Hamı azad olsun, dinə təhkim olmasınlar. Sevinsinlər, azad olsunlar. Bilsinlər ki, dində qorxu olmamalıdır. Tələb etməməlidir ki, başını bağla. Niyə məni qara yaylıq bağlamağa, qara əba geyməyə məcbur etməlidirlər?! Özbəkistanda, Qazaxıstanda, Türmənistanda, həta Rusiyanın İslam mərkəzlərində kimsə qara bağlamır, qara geyinmir. Bütün din xadimlərinin əynində və başındakılar ağ rəngdədir. Nə zamana qədər 1400 il bundan əvvəl bir-biri ilə vuruşub ölən qohumların yasını saxlamalıyıq?! Biz Xocalını, 20 Yanvarı, cəbhədəki aprel hadisələrini dünyaya yaymaq üçün çalışsaq daha məqsədəuyğun olmazı?

-Türkçüsünüz, bu ideyanıza görə kiminsə sizə irad tutmağa haqqı yoxdur. Amma olmazmı ki, öz inancınızla İslamı qarşı-qarşıya qoymayasınız? Əksinə, bu birgə mədəniyyət şəklində təzahür etsin.

- Mən əslində qarşı-qarşıya da qoymaq istəmirəm. Dediyim odur ki, məzhəblər İslama ziyan vurub. Şiəlik İslama xəta gətirib. Bunu həmişə demişəm. İslam sünnət etməyi də o Tanrıçılıqdan götürüb. İslam yaxşı olan şeyləri özlərində birləşdirmək istəyiblər.O zamanın yazılarından, xəbərlərindən də məlum olur ki, ərəblər, bir-birlərini öldürürdülər. Qızları diri-diri basdırırdılar.

Məhəmməd peyğəmbər də gördü ki, bu ərəblər bir-birini qırır, onları düzgün yola yönəltməyə başladı. Məhəmməd peyğəmbər çox gəzmişdi və buna görə də çox bilirdi. Gəzdiyi yerlərdə yeni yerlərdə mədəniyyətlər görmüşdü. O səfərdən qayıtdıqdan sonra öz əshabəsini də düzgün yola dəvət etməyə başladı.

Camaatı inandırmalı idi. Buna görə də bəyan etdi ki, ona ilahidən, göydən ayələr endirilib. Göydən kitab gəlmir, kitabı yazırlar. Mən gördüyüm daş kitabələr kimi.

Məhəmməd peyğəmbərə Allah rəhmət eləsin! O özünə qədər olan dinlərin hərəsindən yaxşı bir şey götürüb təbliğ edib ki, onları rəzalətdən qurtarsın. İnsanları düz yola gətirmək təşəbbüsünün özü də gözəl şeydir.

Fikir verək, bəs Məhəmməd peyğəmbərdən sonra nə oldu? Ümməti onun ideyalarına sadiq qalmadı, öz yolunu tutmadı. Öz ümmətinin səhv getdiyi yolu isə Azərbaycana da gətirdilər. Məsələ bir az da qəlizləşdi.

-İslamdan qaynaqlanan adət-ənənə var və bu heç kimdən yan keçmir. Məsələn, ölümüz olanda istədik-istəmədik ona "Yasin” oxutdururuq. Belə şeylərdən də imtina etməyi düşünürsünüz?

-İnsanı öləndən sonra basdırmaq yaxşı ənənədir.



-Qədim türk inancı ilə yas mərasimi təşkil edilsə nə olacaq? Bu cəsarəti özünüzdə tapıb belə bir addım ata bilərsiniz?



-Şəxsən deyirəm ki, mən öləndə üstümdə mollalar oxumasın, mərsiyə deməsin.. Cansız bədənimi son mənzilə yola salmağa gələn insanlar məni necə tanıyırsa, o cür də xarakterizə etsinlər. Qoy pisliyim keçibsə, biri durub bunu dilə gətirsin.

Mənim anam rəhmətə gedəndə məclisə mərsiyə demək üçün qadın gətirmişdilər. O deyirdi ki, mərhum o biri dünyada xanım Fatimənin qulluğunda dursun. Etiraz etdim. Dedim ki, o cür xanım anamın niyə qulluqçu olmasını istəyirsən? Onsuz da yazıq bu dünyada əziyyət çəkib də, durub o biri dünyada da qulluqçu işləsin?! İnsanları bu qədər şişirtmək olmaz. Fatimə də bir evin xanımı olub. Amma mənim üçün də Tomris ana, Umay xatun dəyərdir.

-Səmavi sayılan kitabları oxumusunuz? Bu sualı demək olar ki, bütün müsahiblərə verirəm.

-İncili oxumuşam. Quranı isə oxuyuram, ancaq başa düşmürəm. Daha doğrusu çətin anlayıram. Quranda o qədər qorxu görürəm ki! "Onu eləmə, bunu elemə”, "bu qadağandır, bunu etsən, cəhənnəmdə yanacaqsan” kimi qorxu dolu ifadələr adamda çaşqınlıq yaradır.

-Qorxursunuzsa, deməli, bu sizin şüuraltı reaksiyanızdır. Yəni, qorxursunuzsa, deməli inanırsınız.



-Xeyr. Mən Quranın insanları niyə bu qədər qorxutmasını sual edirəm. Olmazdı ki, qorxutmayaydı?! Deyəydi ki, bunu etsəniz, Allaha xoş gedər. Yoxsa durub yazılır ki, filan neməti dadsanız, cəhənnəmdə yanacaqsanız. Mən Tanrının verdiyi nemətlərdən dadmalı deyiləm ki, o bir dünyada cəhənnəmə düşəcəyəm?!

Ya da yazılanlara əməl etsək, cənnətdə hürilər, qılmanlar olacaq, əlimizə su tökəcək. Mən hürilərlə qılmanların gözəl suyunu Orxon çayında gördüm. Əlim sanki buludlara çatırdı, ora dünyanın ən gözəl yeri idi.Bilirsiniz ki, dünyanın çox yerində olmuşam. Dünyanın heç bir yerində orada olan gözəl hava yoxdur. Orada səma o qədər təmizdir ki. Dünyanın mərkəzi Ötükəndir. Daş kitabın 8-9-cu bəndində yazılıb ki, Ötükənə gəlin, bura gəlsəniz, güclü olarsınız. İnanıram ki, günlərin birində Türk dünyasının bütün liderləri güclənmək, Türk birliyini yaratmaq üçün öz görüşlərinin birini mütləq Ötükəndə keçirəcəklər. Onların ora gedib-qayıtmasından sonra Türk Birliyinin yaranmasına zəmin yaranacaq.



-Bayaq da vurğuladım ki, nəticədə inanclı birisiniz. İnanc sisteminin əsaslarından biri də alternativ dünyalardır. O biri dünyaya inam məsələsində hansı mövqedəsiniz?

-Ruhumun göylərə uçacağına inanıram. Kitabələrdə də yazılıb ki, Gültəkinin ruhu göylərə, Tanrıya uçdu. Deməli, qədim türklər də o biri dünyaya inanırdı. O biri dünyada ruhla danışırlar. Bədənə heç nə olan deyil, o elə belə kütlədir.

Anam rəhmətə gedirdi, ölməyinə hardasa 2 saat qalmış idi. Görürdüm ki, gülür və "gəlirəm” deyir. Ölüm anında onun sifəti bir başqa cür gözəlləşmişdi. Sonradan bildim ki, onu özü ilə aparacaq kimdirsə, anam həmin varlığı görmüşdü. Və gördüyü o gözəl ruha gülürdü. Bu da ki, anamın əməlləri idi. Qarşısına çıxmışdı. Atam da, anam da inanclı adam olublar. Atam namaz üstündə dünyasını dəyişdi. Canını quş kimi tapşırıb. O öləndə canı ağrımayıb.Anam da eyni ilə dünyasını bir göz qırpımında, inildəmədən dəyişdi. Tanrı gözəl bir ruhu qarşılayırdı.

Deməyin ki, özü öz dediyini təkzib edir. Valideynlərim inanclı adamlar olub. Əsrlər boyu bizim insanların varlığında İslam təşəkkül tapıb. Nəsilbənəsil görüblər ki, ölənin qəbri üstündə, tabutu üstündə "Yasin” oxunur. Ona görə də Anam öləndə mən onun başının üstündə "Yasin” oxudum. Yenə oturub, anam, atam üçün "Yasin” oxuyuram. Ona görə ki, bu, onlara xoşdur. Onların ruhları bunu istəyirsə, mən bunu etməliyəm.

-Bəs siz rəhmətə gedəndə?



-Mənim üçün gəlib gözəl şeirlər oxusunlar. Mən öləndə mənim tabutumun üstündə "Döymə kərəmi” , "Şirvan şikəstəsi” çalınsın . Dostlarım Tanrıya dualar etsinlər. Çox istərdim ki, ruhum Göy Tanrının yanında olsun. Ölümdən isə heç qorxmuram.

-O biri dünyada hansı sərkərdə ya da mütəfəkkir ilə görüşmək istərdiniz?

-Nəsimi ilə, Gültəkinlə görüşmək istərdim. Gültəkinə deyərdim ki, ay xaqanım, niyə səndən sonra belə gücsüz olduq? Niyə bizi bir araya yığmadılar? Qayıt gəl, bizi yenidən Tanrımıza, haqqımıza qaytar.





-Belə anladım ki, Ötükəndə ruhunuz dincəlib...

-Bəli. Mən ürək xəstəsiyəm, bir dəfə infarkt keçirmişəm. Bir az yol gedirəm, nəfəsim daralır. Amma Ötükəndə ceyran kimi qaçırdım. Əlimdə də tutan yox idi, dağa-daşa dırmaşırdım. 2 metr yarımlıq hasarı aşıb o baş, bu başa getmişəm. Bu, ilahi qüvvədir də! Bu mənim ruhum idi, o təzələnmişdi.

Mən Ötükəndə hiss etdim ki, təzədən doğulmuşam. Orada başqa dinlərdən olanlara da çox hörmətlə yanaşırlar. Monqollar bizim üçün qoyun kəsdirəndə, gedib başqa uzaq ərazilərdə yaşayan qazax tapıb gətirirdilər. Onlar deyirdilər ki, qoy bunlar öz müsəlman adətləri ilə kəsilən heyvanın ətindən yesinlər. Görün nə qədər hörmət edirlər. Kimsə başqasını digər dinə mənsub olduğuna görə qınamır. Orada oğurluq yoxdur, kimsə başqasının malına göz dikmir. Orada ümumiyyətlə oğurluğun nə olduğunu bilmirlər. Özlərinin dediyi kimi Göy Səma varı-dövləti başlarından tökür. Onların var dövləti isə qədimdən bizim də kifayətləndiyimiz mal-heyvandır.

-Ailənizdə də yəqin sizin düşüncədə olanlar var.

-Bir qızım var. O da mənim kimi düşünür, dünyanı mənim qəbul etdiyim kimi dərk edir.

-Niyə müdaxilə edirsiniz?

-Qətiyyən. Mən sadəcə söhbət edirəm, o da qəbul edir.

Müsahibəni apardı: Aqşin KƏRİMOV

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının