Bizi izləməyi unutmayın

"Dost deyəndə cibim yadıma düşür" - Özəl Müsahibə

Автор: SAVALAN6 от 10-03-2016, 23:29
"Dost deyəndə cibim yadıma düşür" - Özəl MüsahibəDost sözünə 2-3 il bundan əvvəl inanırdım və dost dediklərimin məni arxadan...

Firuz Mustafa:"Dünya ədəbi prosesini izləmədən yaxşı əsər yazmaq olmaz"

Автор: SAVALAN6 от 29-02-2016, 16:54
Firuz Mustafa:"Dünya ədəbi prosesini izləmədən yaxşı əsər yazmaq olmaz"

İranda yaşayan tərcüməçi Kiyoumərs Nəzamian yazıçı-filosof Firuz Mustafadan müsahibə almışdır. Yeri gəlmişkən qeyd edək ki, Nəzmian indiyəcən Firuz Mustafanın iki əsərini (“Çardaqda zirzəmi” və “Marian çökəkliyi” pyeslərini) fars dilinə tərcümə etmişdir.

Biz həmin müsahibəni təqdim edirik.

 
Firuz Mustafa: “Hesab edirəm ki, əksər qəhrəmanlarım həmişə haqqın, adalətin yanındadır”
 

Görkəmli Azərbaycan filosof-dramaturqu Firuz MUSTAFA ilə müsahibə

Zəruri qeyd:

Firuz Mustаfа 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, tank komandiri olmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, Аz.TV-də müхbir, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir. 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir. Firuz Mustаfа 40-dan çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulmuşdur.

 
-Firuz müəllim, suzi Azarbaycanda  böyük dramaturq kimi taniyırlar. Axı 40 pyes yazmag sadə bir iş deyildir. İstərdim ki, bir qədər Sizin geniş dramaturji fəaliyyətiniz barədə danışaq.

 
- Təşəkkür edirəm. Çalışaram ki, dost və qardaş ölkənin oxucularına ətraflı informasiya verim.


-Teatrla bağlı ilk təəssüratınız necədir?


-Mənim ilk ixtisasım ədəbiyyatdır, filologiyadır. Amma sonralar fəlsəfə ilə məşğul olmuşam, filosofam,  bu elm üzrə doktoram.Dediyim odur ki, həm ədəbiyyat, həm də fəlsəfə mənə doğmadır. İndi də hər iki sahə üzrə paralel yaradıcılıq işləri aparıram.Mənim atam ədəbiyyat müəllimi olub. Ona görə də gözümü açandan evimizdə çoxlu kitablar görmüşəm. Bu kitablar arasında klassik dramaturqların əsərləri də az deyildi. Doğma ata evində mizin üstündə bu gün yenə o kitabların çoxunu görmək olar. Bunlar Şekspirin, Molyerin, Ostroxskinin, Çexovun, Axundovun, Cabbarlının dramlarıdır. Beləliklə, mənim dramaturgiya ilə ilk tanışlığım kitablardan başlayıb.Sonralar mən uzun illər televiziyada verilişlər aparmışam. Ssenarilər (televiziya verilişləri) yazmışam. Televiziya və radio üçün kiçik pyeslər (səhnəciklər) qələmə almışam.
İlk pyeslərimi çox uşaq, gənc olarkən yazmışam. Amma onları üzə çıxarmadım heç vaxt.
Nəhayət, düz 20 il bundan öncə (1996-cı ildə) yazdığım pyeslərdən birini o vaxtkı Gənclər teatrına təqdim etdim. Baş rejisssor mərhum Hüseynağa Atakişiyev pyesi çox bəyəndi və bir il sonra “Ağıllı adam” adlı əsər səhnəyə yol aldı.
Bundan sonra keçən illər ərzində mənim həmin teatrda 6 ya 7 pyesim oynanıldı.Ötən illər ərzində onlarla pyesim rus, azərbaycan, ləzgi dillərində oynanılıb.Mən çalışıram ki, dramlarımın həm də fəlsəfi yükü olsun. Əslində son yüz ilin böyük dramaturqlarının əksəriyyəti həm də peşəkar filosof olublar. Məsələn, Sartr, Kamyu, İonesku, Bakket, Pinter və digərləri.Amma dramda yalançı-saxta-süni “fəlsəfəçilik” etmək yox, dramlara fəlsəfi vüsət, fəlsəfi fikir, fəlsəfi yük gətirmək lazımdır.


-Yaradıcılığa ilk dəfə şeirlə başlamısız, yoxsa...
 

Qəribədir ki, ilk ciddi yaradıcılığa mən dramla başlamışam. Bu, kənd məişətindən götürülmüş kiçik həcmli bir yazı idi. O yazı məndə indiyəcən qalır. Sonralar çoxlu poeziya (şeir) və nəsr əsərləri, roman və hekayələr yazmışam.


-Azərbaycan teatrlarında daha çox hansı janrlara müraciət olunur?
 

Azərbaycan teatrlarında daim inkişaf və axtarışlar olub.Bu gün də bu inkişaf getməkdədir.Bizim teatrlarda daha çox komediya və realist dramlar yaxşı gedir.Yəni bu indiki mürəkkəb, kədərli aləmdə tamaşaçılar daha çox gülmək, şənlənmək istəyir. Bu da təbiidir məncə.Absurd, modern əsərlərə nisbətən az müraciət olunur. Məncə bu əsərlərin də öz zamanı gələcək.


-Qəbul edirsiz ki, Azərbaycan teatrı modern bir teatrdır?


-Azərbaycan teatrı klassik və modern detalları, cərəyanları, baxışları özündə cəmləşdirib.

-Amma Sizin dramaturgiya modern bir dramaturgiyadır, əsərlərinizdə Qərb dramaturgiyasına yaxın bir ruh duyulur.


-Bəli, mənə çox zaman deyirlər ki, dramlarımda Qərb dramaturqları ilə çoxlu paralel, ortaq düşüncə xəttləri var. Amma düzünü deyim ki, mən öz yolumla gedirəm. Mən kimsəyə bənzəmək istəmirəm. Amma bu doğrudur ki, indi bütün dünyanın ortaq problemləri, dərdləri, qayğıları vardır. Dünyadakı siyasi sistemlər müxtəlif, fərqli  olsa da insanlar bir-birindən çox da fərqlənmir. Bütün dünyanın adamları sevir, qəmlənir, nifrət edir, sevinir. Bu dünyada hamı xoşbəxtliyə can atır. Elə mən də bu dediklərimi yazmağa, ifadə etməyə çalışıram. Bu mənada mənim əsərlərimin bir çox qəhrəmanları bütün dünyanın qəhrəmanları hesab oluna bilər.
Belə hesab edirəm ki, mən özüm və mənim əksər qəhrəmanlarım həmişə haqqın, adalətin yanında olmuşuq.


-Öz pyeslərinizin əsas mahiyyəti, başlıca prinsipləri barədə nə deyə bilərsiz?


-Bu barədə tamaşaçılar daha dəqiq fikir deyə bilər.
 

-Müraciət etdiyiniz dram janrlarından hansı sizə daha doğma və yaxındır?

 
-Bizdə daha çox komediya və çiddi dramlar sevilir. Əlbəttə, mənə bütün janrlar doğmadır. Və demək olar ki, janrların hamısına müraciət etmişəm. Amma belə hesab edirəm ki, mənim yaradıcılığımda absurd janr xususi yer tutur. Bizdə bu janra müraciət edən demək olar ki, yoxdur. Özümü o cərgəyə qatmıram təbii...

 
-İlk absurd əsəriniz hansıdır?
 

-Mənim ilk tamaşaya qoyulan əsərim- “Ağıllı adam”, dediyim kimi absurd, sürreal bir dramdır. Bu dramda qəhrəmanlar ağıllılıqla dəliliyin sərhəddini (səddini) keçə bilmirlər. Ona görə də tamaşaçı az qala sona qədər kimin dəli, kimin ağıllı olduğunu müəyyən edə bilmir.


-Siz yaradıcılığınıza hansısa dramaturqun təsir etdiyini deyə bilərsizmi?

 -Mən konkret hansısa dramaturqun adını çəkə bilmərəm. Mənim yaradıcılığıma  dünya ədəbiyyatının bütün möhtəşəm nümunələri- həm Qərb, həm də Şərq yazıçılarının əsərləri təsir göstərib. Dünya ədəbi prosesini izləmədən yaxşı əsər yazmaq olmaz.

 
 -Əsərlərinizi hansı teatrlarda görmək istərdiz?


Mən istərdim ki, pyeslərim bütün dünya teatrlarında tamaşaya qoyulsun. Axı mən bu əsərlərdə dünyanın, bu dünyadakı insanların problemlərini qələmə almışam.


-Bu pyeslərin təsir dairəsi haqda nə deyə bilərsiz?


-Bu pyeslərin mövzusunu mənə həyat özü verir.
Həyat özü ən maraqlı dramdır. Sadəcə, onu qələmə almaq lazımdır. Bunu qələmə almaq üçünsə həyata yaxından bələd olmaq lazımdır. Təəssüf ki, bir çox yazıçılar həyatı, dövrü, zamanı lazımınca duyub qiymətləndirə bilmirlər. Ən böyük müəllim də elə həyatın özüdür.


-Bər qədər də əsərlərinizin yaranış , yazılma prosesindən danışın.


 
Mən adətən, əsəri əvvəlcə fikrimdə, beynimdə bişirib sonra miz (stol) atxasına keçirəm. Çox sürətlə yazıram. Bəzən bir neçə gün fasiləsiz işləyirəm. Çox az yatıram. Bəzənsə  günlərlə yatmıram. Elə də olur ki, bir əsəri bir neçə variantda yazıram. Məsələn “Safarı” pyesini üç variantda, “Bəyaz kölgələr və ya Tufandan sonra” pyesini yeddi dəfə işləmişəm, yəni yeddi variant var.Çalışıram ki, yazdığım əsərlərin təkcə məzmunu deyil, elə janrı, forması, süjeti, texniki imkanları da yeni olsun, orijinal olsun.

 
-Yazdıqlarınız Sizi qane edirmi?

 
-Mənim əksər pyeslərim teatrsevərlər tərəfindən maraqla qarşılanıb.


-Pyeslərinizin əsas qəhrəmanları kimdir?

-Dediyim kimi, mən pyeslərimdə çalışıram ki, dünyanın “simasını”, “sifətini” verəm, təsvir edəm. Təbii ki, dramların bir çoxu məhz bizim öz soydaşlarımızdır. Amma bildiyiniz kimi, absurd janrda yazılan əsərlərdə qəhrəmanlar milli kəslərdən daha çox, adətən “kosmopolit” şəxslər olur. Təbii ki, mənim əksər əsərlərimdə milli və bəşəri olan adam birləşir, yəni ki, vəhdət təşkil edir.


-Özünüzün hansı əsərinizi daha çox sevirsiz?

 
-Mən yazdıqlarımın hamısını sevirəm. Yazıçı üçün əsər də övlad kimidir; axı övladlar arasında fərq qoymaq olmur.Amma nədənsə “Ağıllı adam” pyesimə verilən quruluş daha çox yadımda qalıb. Bu, bəlkə ona görədir ki, o, mənim tamaşaya qoyulan ilk əsərimdir.


-Özünüzün yarardığınız hansı personaja, obraza bənzəmək istərdiz?


 
-Özümə tam oxşayan konkret xarakterik obraz yoxdur. Mənə elə gəlir ki, hər obrazda mənim xarakterimdən nəsə -az və ya çox dərəcədə var. Mən nədənsə özümü daim yalanla, riya ilə, təcavüzlə, tərbiyəsizliklə, istibdadla, şərlə mübarizə aparan qəhrəmanlarımın tərəfində hiss edirəm.

-Ən böyük arzunuz nədir?

-Arzularım çoxdur.

Qlobal arzum budur ki, bütün dünyada əmniyyət, sülh, barış olsun.Özümə arzum budur ki, sağlam ömür sürüm.Əsərlərimə arzum budur ki, onların dünya teatrlarının səhnəsindən sorağı gəlsin.
Sizə də arzum budur ki, bütün arzularınız çin olsun, ürəyinizdəki bütün istəklər həyata keçsin.


-Təşəkkür edirəm.


Müsahibəni götürdü: Kiyoumərs Nəzamian

Arye Qut:"Düşünürəm ki, biz Xocalını yalnız hər il fevralın sonlarında xatırlamamalıyıq"

Автор: SAVALAN6 от 27-02-2016, 23:16
Arye Qut:"Düşünürəm ki, biz Xocalını yalnız hər il fevralın sonlarında xatırlamamalıyıq"Müsahibimiz İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutdur.

– Məlumdur ki, İsraildə postsovet ölkələrindən köçmüş çoxlu insanlar yaşayır. Azərbaycanın ən böyük problemi olan erməni təcavüzü, ərazilərimizin tapdaq altında olması İsraildən necə görünür? Hazırlıqlı İsrail vətəndaşı bu münaqişəni necə dəyərləndirir?

– Mən 2000-ci ildən İsraildə yaşayıram. Hələ Israilə köçməmişdən öncə, ivrit dilini öyrənmişdim. İsrailə köçəndə mənim birinci arzum doktoranturanı bu ölkədə oxumaq istəyi idi. Həm də istəyirdim ki, mövzum məhz Azərbaycanla bağlı olsun. Lakin Azərbaycanla əlaqədar mütəxəssis olmadığından, mənimlə çalışmaq istəyən professor tapmağı tövsiyə etdilər. Nəhayət, mənə bir adamı nişan verib dedilər ki, o, keçmiş SSRİ üzrə mütəxəssisdir. Onunla tanış olub, Azərbaycanla bağlı doktorluq işi yazmaq istəyimi söyləyəndə, təəccüblə Azərbaycanın harada yerləşdiyini soruşdu. Yəni sualınıza cavab olaraq demək istəyirəm ki, 2000-ci illə 2016-cı il arasında fərq böyükdür. İndi İsraildə Azərbaycanla bağlı daha çox məlumatlıdırlar.

– Təbii ki, bunda Sizin də iştirakçısı olduğunuz “Xocalıya ədalət” kampaniyasının da böyük rolu var.

– “Xocalıya ədalət” kampaniyasına mən birinci gündən qoşuldum. Yadımdadır 4-5 il öncə bu işə başlayanda İsraildə bəzi indiki siyasətçilər bizi anlaya bilmirdilər. Yaxşı yadımdadır Xocalı ilə bağlı ilk siyasi tədbiri millət vəkili və mənim bacım Qanirə xanım Paşayevanın dəstəyi ilə həyata keçirdik. Sonra bu önəmli işdə bizə Heydər Əliyev Fondu dəstək oldu. Məhz bu fondun real dəstəyi və yardımı ilə bir il ərzində İsrailin ayrı-ayrı şəhərlərində “Xocalıya ədalət” adlı foto-sərgilər keçirdik.Yadımdadır İsrailin şimalında, çoxlu Azərbaycan kökənli insanların yaşadığı qədim Akko şəhər bələdiyyəsinin binasında fotosərgini keçirdik və orada bu şəhərin meri Şimon Lankrinin sözləri yadıma düşür:”Xocalı qətliamına həsr edilmiş bu fotosərgi sadəcə məni sarsıtdı, gördüklərimdən şoka düşdüm. Bu Azərbaycan xalqına qarşı vəhşilik təzahürüdür. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş qəddarlıq və barbarlıq heç cür izah oluna bilməz. Azərbaycanlılar və yəhudilər hər zaman qardaş olmuşlar, indi də biz qardaşıq”.

Bu bir daha onu göstərdi ki biz Xocalı qətliamı ilə bağlı işləri daha aqressiv və daha da gücləndirməliyik. Yəhudilər dünyanın ən qəddar genosidini yaşamış Xolokostdan çıxmış xalqdır. Avropa yəhudiləri gettoda, həbs düşərgələrində, “ölüm marşı” zamanı və kütləvi güllələnmə nəticəsində qırılırdılar. Nə üçün minlərlə insanın kütləvi qırğını və öldürülməsi XX əsrin sonu və XXI əsrin əvvəlində bütün problemləri özünə çəkərək toqquşmaların, o cümlədən dini, mənəvi, siyasi qarşıdurmaların əsasında durur? Holokost mənim xalqımın faciəsidir, uzun müddət yasaq mövzu olmuş faciədir. Məhz buna görə də azərbaycanlılara qarşı törədilmiş qanlı Xocalı soyqırımı da mənim şəxsi ağrım və şəxsi faciəmdir. Artıq bu bir tarixi faktdır ki, erməni silahlı qüvvələri və dəstələri şəhəri və onun ətrafını tərk etməyə macal tapmayan heç bir Xocalı sakininə aman verməyiblər. Xocalı şəhərinin mülki əhalisinin qəsdən, kütləvi məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. XXI əsrin erməni faşistləri XX əsrin 40-cı illərinin alman faşistlərindən nə ilə fərqlənirlər?

– İsrail-Azərbaycan əlaqələrinin bu günkü durumunu necə qiymətləndirərdiz?

– Bu gün İsraildə Azərbaycanı dost və strateji tərəfdaş ölkə kimi tanıyırlar. Bunda siyasətcilərin rolu çox böyükdür. Vaxtilə 1997-ci ildə indiki baş nazir Beniyamin Netanyahunun Bakıya səfərindən və Ulu öndər Heydər Əliyevlə görüşündən sonra bu əlaqələrə daha böyük impuls verildi. Aviqdor Libermanın baş nazirin müavini, xarici işlər naziri kimi çalışdığı dövrdə bu əlaqələr daha da genişləndi. İsrail dövləti Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin İlham Əliyevin yəhudi icmasına səmimi münasibətini yüksək qiymətləndirir. Dünyada bu münasibətin analoqu yoxdur. Biz İsraildə müasir dünyəvi, tolerant və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və qiymətləndiririk. Bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı diplomatik və iqtisadi münasibətlər sürətlə genişlənib. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr tərəqqi edir, İsrail dünya bazarında Azərbaycan neftinin ən iri idxalatçısıdır. İsrailin yüksək texnoloji sənaye məhsulları Azərbaycanın telekommunikasiya infrastrukturu layihələrində tətbiq edilir. Bununla belə, İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək mümkün deyil. Bu gün ümumi dəyərlər və ortaq tarix müasir Azərbaycan-İsrail münasibətlərinə nüfuz edir. Hər iki ölkə onların arasında insani əlaqələr olması və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Amma mən həmişə arzulamışam ki, İsraillə Azərbaycan arasında elmi əlaqələr qurulsun və inkişaf etsin. Bununla bağlı müqavilə olsa da, hələlik nə İsrail, nə də Azərbaycan ortaya real bir şey qoya bilməyib. Biz istəyirdik ki, Hayfa Universiteti nəzdində Cənubi Qafqaz Araşdırmaları Mərkəzi yaradaq, lakin müəyyən məsələlər bunun hələlik reallaşmasına mane oldu. Buna baxmayaraq, Xocalı, Qarabağla bağlı tez-tez tədbirlər keçiririk. Düşünürəm ki, biz Xocalını yalnız hər il fevralın sonlarında xatırlamamalıyıq.

– Bəs ermənilik İsraildə nə dərəcədə fəaldır? Başqa sözlə, ermənilik dünyanın əsas intelektual mərkəzlərindən biri olan və qərarları ilə bütün regiona təsir edən İsraildə, onun akademik dairələrində görünürmü, onların fəallığı hiss olunurmu?

– Əlbəttə, hiss olunur, biz onu hiss edirik. Halbuki orada ermənilərin sayı azdır. Təxminən 10-15 min nəfərdirlər. Bunlar əsasən İsrail dövləti yaranandan əvvəl orada yaşayan ermənilərin törəmələridir. Ermənistandan gələnlər də var. Açığı, biz hər zaman onlarla toqquşuruq. Məsələn, keçən il aprelin 24-də ermənilər Facebook-da yazmışdılar ki, həmin gün heç bir erməni işləməməli, Təl-Əviv və Yerusəlimdə nümayişlər keçirməlidir. İnanmazsınız, amma həqiqətən də həmin şəhərlərdə minlərlə erməni nümayiş keçirdi, hətta katolikos da gəlmişdi. Mən polisə müraciət etdim ki, onlara qarşı çıxmaq üçün biz də nümayiş keçirmək istəyirik. Polisin cavabı məni çox heyrətləndirdi: “Bəs indiyə qədər harada idiniz? Axı onlar hər il aprelin 24-də mitinq keçirirlər”. Bu sual mənə çox toxundu. Açığı demək lazımdır ki Azərbaycan kökənli insanları bir yerə yığmaq çox çətindir. Həlledici məqamda hərənin bir “problem”i yaranır. Lakin bununla belə, həmin gün biz təxminən 150 nəfəri bir yerə yığa bildik. Bir sözlə, bizim gəlişimiz ermənilər üçün xoşagəlməz sürpriz oldu. Çünki onlar bizim də həmin gün orada yığışacağımızı gözləmirdilər. Hər halda heç bir təşkilatdan dəstək gözləmədən həmin tədbiri keçirə bildik.

– İnsanı yaşadan onun gələcəyə inamıdır. Ona görə də Azərbaycana yönəlik planlarınız barədə danışmağınızı istərdik.

– Planla yaşayan, ortaya nəsə çıxarmaq istəyən adamlar var. Xaricdə yaşamaq və Azərbaycanın mənafelərini müdafiə etmək çətin olsa da fərəhlidir. Həm də ona görə ki, sən və səninlə olan insanlar yalnız özünü yox, həm də Azərbaycan dövlətini təmsil edirlər. İsraildə Azərbaycanın nə səfirliyi, nə də konsulluğu var. Elə Ermənistanın da diplomatik nümayəndəliyi bu ölkədə yoxdur. Ümumiyyətlə, İsraillə Ermənistan arasındakı əlaqələr sıfır səviyyəsindədir. Ancaq Azərbaycan-İsrail arasında ticarət dövriyyəsi 4 milyard dollara yaxındır.

– Bu il soyqırım tarixlərinin ildönümü ilə əlaqədar hansı tədbirlərin keçirilməsini nəzərdə tutmusunuz?

– Tədbirlər planımız genişdir. Məsələn keçən il biz İsrail-Azərbaycan “Odlar Yurdu” teatral truppa yaratdıq.Burada İsraildə yaşayan gözəl insan və professional rejissor Səadət xanım Şükürovanın və onun ailəsinin bu teatr truppasının yaradılmasında rolu əvəzolunmazdır. Keçən ilin fevralında keçirilən Xocalı qətliamı ilə bağlı tədbirdə “Odlar Yurdu” teatr truppası xüsusi amansızlıqla qətlə yetirilmiş, daha sonra meyitləri təhqir edilmiş xocalıların həyatının son dəqiqələrini böyük həssaslıqla Netanya şəhərinin Mədəniyyət Mərkəzinin səhnəsində canlandırıblar.

Tədbirimizdə çıxış edən İsrail Knesset deputatı Yoel Razvozov tamaşaya baxanda Azərbaycanın Xocalı şəhərində kütləvi qırğının mahiyyətini dərindən hissi etdiyini, başa düşdüyün söylədi. Dedi ki, hu hadisənin XX əsrin sonlarında baş verdiyinə inanmaq olmur. İsrail deputatı bu qorxunc fotoşəkilləri görəndə, Knessetin nümayəndə heyətinin tərkibində Osvensim ölüm düşərgəsinə səfərimi xatırladığını da qeyd etmişdi.

Amma mən hesab edirəm ki, bu məsələlərlə bağlı özümüz deyib, özümüzün eşitməyimizə son qoymalıyıq. Biz bu çərçivədən qurtarmalı, yeni üsullar tapmalıyıq. Məsələn, İsraildə qeyd edirlər ki, bu gün Twitter Facebookdan daha güclüdür. Twitter inqilabı var dünyada. Yəni sosial şəbəkələrin bütün gücündən istifadə etmək lazımdır. Xocalı ilə bağlı dünyada elmi konfranslara böyük ehtiyac var. Mən demək olar ki hər il Xocalı ilə bağlı beynəlxalq konfranslarda iştrak edirəm. Keçən il Stokholmda, Kişinyevda, Moskvada, Ankarada elmi konfranslarda çıxış etdim və Xocalı qətliamı ilə bağlı hərtərəfli sənədli prezentasiyanı təqdim etdim. Amma mən İsrail çərçivəsindən çıxmağın tərəfdarıyam. Çünki bu hadisələri Amerikada da tanıtmalıyıq. Mənim orada yaxşı əlaqələrim var. Amerikada yəhudi diasporunun nəzarətində olan nüfuzlu kütləvi informasiya vasitələri var ki, hətta Konqressə də təsir etmək gücündədir. Çalışıram ki, həmin KİV orqanlarında Azərbaycanla bağlı məqalə, yaxud məqalələr silsiləsi getsin. Azərbaycan çalışmalıdır ki, dünyada dostları çox olsun və bu dünyada həqiqətən də Azərbaycanın dostlar koalisiyası formalaşsın.

– Sizin İsrail mediası ilə real əlaqəniz var və həmin media vasitəsində Azərbaycanla bağlı gedən yazı çox qiymətlidir.

– Keçən ilin yanvar ayında bizim iştirakımızla “Jerusalem Post”, “Yediot Ahranot” qəzetlərinin nümayəndələri Azərbaycana gəlmişdilər. Azərbaycan-İsrail münasibətləri tarixində heç vaxt olmayıb ki, ABŞ Dövlət Departamentində hər gün oxunan nüfuzlu “Jerusalem Post” qəzeti 3 səhifəsini Azərbaycana həsr etsin. Biz birlikdə Qubaya getdik, Qırmızı qəsəbədə olduq. Qırmızı qəsəbədəki sinaqoqda ibadət edəndən sonra jurnalistlərdən biri dedi ki, çox yerlərdə olub, amma burada bənzərsiz aura var, ibadət vaxtı ona elə gəlib ki, Allah daim başının üstündədir. Mayamidə yaşayan bir yəhudi olan həmin jurnalist sonra öz təəssüratlarını elə gözəl qələmə almışdı ki… Bunlar ancaq şəxsi əlaqələr vasitəsilə mümkündür.

– Arye, Sizinlə söhbət ona görə maraqlıdır ki, Azərbaycanı bilən və onu sevən adamsınız. Hansısa bir sual qaldımı ki, Siz onu səsləndirməyimizi istəyirdiniz?

– Mən sadəcə bir başqa misal da demək istərdim. Ötən il Xocalı soyqırımının ildönümü günündə “İ24” İsrail beynəlxalq televiziyasının Bakıya gəlməsinə nail olduq. Həm soyqırım hadisəsinin ildönümü ilə bağlı tədbirləri, həm də Tovuzun Əlibəyli kəndində cəbhə xəttində baş verənləri lentə aldılar. Daha sonra Qubaya yollandıq. Onların içərisində İsraildə böyük nüfuza malik olan ərəb mənşəli Lyusi Ahariş adında jurnalist də var idi. Təsəvvür edin ki, İsrailin müstəqillik günündə böyük şamı yandırmaq şərəfinə layiq görülür. Həmin jurnalist məndən istehza ilə soruşdu ki, Arye yəni sən demək istəyirsən ki, burada yəhudilərlə müsəlmanlar yanaşı mehriban yaşayırlar? Cavab verdim ki, əlbəttə, indi özün də görəcəksən. Gəldik Qırmızı qəsəbəyə. Sinaqoq, onun içinin dəbdəbəsi onda böyük heyrət doğurdu. Ravvinlə axundun görüşünü, onların bir birinin qucaqlaması, onların birgə məscidə girmələrini heyranlıqla izləyir və çəkirdi. Və sonda mənə belə bir söz dedi: “Sən mənə dünyanın ən gözəl ölkəsini açdın. Axundla ravvinin qucaqlaşıb görüşməsi bu Azərbaycanın dünyada ən gözəl vizit kartıdır”.

Mənbə
1905.az
Dadaş Musayev,

Eddi İsrafilov:" Futbolçu biliyimi və keyfiyyətimi artırmaq istəyirəm."

Автор: SAVALAN6 от 26-02-2016, 15:51
Millimizin və “Kordoba” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın tanınmış mətbu orqanlarından olan “Marca”ya müsahibə verib. Millimiz.Az sizi həmin müsahibə ilə tanış edir.
Eddi İsrafilov:" Futbolçu biliyimi və keyfiyyətimi artırmaq istəyirəm."
– “Kordoba”dakı ilk həftələriniz necə keçdi?

– Burda çox xoşbəxtəm. “Kordoba”da özümü rahat hiss edirəm. Komandaya tam uyğunlaşmışam.

– Komanda sizdə necə təəssürat yaradıb?

– Hər şey ürəyimcədi. Fərdi keyfiyyətləri üstün olan oyunçular var. Paltardəyişmə otağında da əla atmosfer hökm sürür. Bu da meydandakı oyuna müsbət təsir göstərir.

– “Kordoba”nın La Liqaya qalxmaq perspektivini görürsüzmü?

– Əlbəttə. Bu komanda uzun yol qət etmək gücündədi. Bizim əsas hədəfimiz turnir cədvəlində mümkün qədər irəliləməkdi. Pley-offa çıxa bilsək, lap yaxşı olar.

– Burdakı çıxışınız sizə nə qazandıra bilər?

– İlk növbədə oyun təcrübəsi və meydanın mərkəzində güclənmək.

– Baş məşqçi Xose Luis Oltra ilə bağlı fikirləriniz necədi?

– O, çox yaxşı məşqçidi. Oltra daim yeniliklər axtarır və komandanın inkişafına çalışır. Bizdən meydanda necə yararlanmaq lazım olduğunu yaxşı bilir.

– Meydanda olanda komanda yoldaşlarınızdan nə soruşursuz?

– Portuqalo ilə birlikdə oynayanda, məndən mövqeyimə vaxtında qayıtmağı istəyir. Viktor və ya digərləri ilə yanaşı çıxış edəndə isə məndən daha çox meydanın mərkəzində qalmaq, arxaya çox çəkilməmək tələb olunur.

– Karyeranızda yeni səhifə açılıb. Nə gözləyirsiniz?

– Hazırda bütün diqqətimi “Kordoba”ya yönəltmişəm. İlk növbədə maksimum oyun praktikası əldə etmək, meydanda daha çox olmaq barədə düşünürəm. Bunu bacarsam, futbolçu kimi daha da inkişaf edəcəm.

– La Liqadan Sequndaya qayıtmağınızı daha çox oynamaq istəyi ilə əlaqələndirmək olarmı?

– Tamamilə doğrudu. La Liqada istədiyim qədər oynamaq şansı əldə etmirdim. Ona görə də “Kordoba”ya keçdim. Bu addımım məndə özünəinam hissini artıracaq.

– Mövsümün “Eybar”da keçirdiyiniz ilk hissəsindəki çıxışınızı necə dəyərləndirirsiz?

– Ümumilikdə yaxşı qiymətləndirirəm. Orda çox yeni şey öyrəndim. Bəzi oyunlarda meydanda oldum. İştirak etdiyim görüşlərdə nə bacardımsa, etdim. Bəxt də mənim tərəfimdə idi. Tam yaxşı formada olanda zədələndim və bu da inkişafıma mane oldu. “Eybar”da işlədiyim bütün məşqçilərdən yeni şeylər öyrəndim. Orda təcrübəmi xeyli artırdım.

– İnanırsız ki, “Kordoba”nın aparıcı futbolçularından biri olacaqsız?

– Buna ümid edirəm. Hər şey özümdən asılıdı. Yaxşı işləsəm və inkişaf etsəm, dediyinizi edə biləcəm. Əsas məqsədim də budu. Futbolçu biliyimi və keyfiyyətimi artırmaq istəyirəm.

– “Kordoba”ya keçməzdən əvvəl başqa variantlar da var idimi?

– Bir neçə variant var idi. Başqa klublar da mənimlə çox maraqlanırdılar. Ancaq içlərində daha çox marağı “Kordoba”dan hiss etdim. Təklifi qəbul etməyimdə də məhz bu amil rol oynadı.

Ermənilərin Xocalıda törətdikləri soyqırım bəşər tarixinin insanlıq əleyhinə törədilən cinayətlərindəndir.

Автор: SAVALAN6 от 25-02-2016, 13:15
Ermənilərin Xocalıda törətdikləri soyqırım bəşər tarixinin insanlıq əleyhinə törədilən cinayətlərindəndir.

Hər il fevralın 25-26-da bu hadisəni yad edərək kədərlənirik. Köhnə kadrları efirdən göstərib erməniləri söyməklə kifayətlənirik. Əslində, bu hadisəni törədənlər əllərini qolarını sallayaraq hələ də gəzir, hətta Ermənistan prezidenti və müdafiə naziri törədilən cinayətin birbaşa iştirakçısıdır. Biz isə cinayətkar rejimdən hələ də sülh gözləyirik.Xocalı soyqırımı ilə bağlı araşdırmalar aparan və bu barədə bir kitabın müəllifi olan siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Zaur Əliyev Ölkə.Az-ın müsahibi olub.
Ermənilərin Xocalıda törətdikləri soyqırım bəşər tarixinin insanlıq əleyhinə törədilən cinayətlərindəndir.
Ölkə.Az həmin müsahibəni sizə təqdim edir:

- Xocalı soyqırımının üstündən 24 il keçir...

- 24 ildir Azərbaycan xalqı Xocalı soyqırımını anım günü kimi yad edir. Başa düşmək olmur ki, uzun zamandır dünyanın düz vaxtında ermənilərin törətdikləri cinayəti, yüzlərlə dinc əhalinin gülləbaran edilməsi və girov götürülməsi faktlarına beynəlxalq demokratlar necə ağızlarına su alıb, heç səslərini çıxarmırlar. Belə biganəlik olar? Bu qırğın ingilisə, fransıza qarşı olunsaydı, o zaman insan haqlarının müdafiəçisi sayılan beynəlxalq təşkilatlar, qərb dövlətləri və beynəlxalq məhkəmələr özlərini necə aparardılar? Biz Azərbaycan xalqı başa düşürük və bilirik ki, Xocalı faciəsini rus ordusunun 366-cı alayı törədib və nə vaxtsa bunun cavabını verməli olacaqlar. Ancaq niyə bütün dünyada insan haqları azadlığını qorumaq naminə yaradılan BMT və onun Təhlükəsizlik Şurası Ermənistana qarşı qəbul etdiyi qətnamələrini yerinə yetirmir?

Çoxları belə hesab edir ki, Dağlıq Qarabağda erməni işğalı 1988-ci ildən hesablanır, ancaq bizim fikrimizcə bu hadisələr 1984-cü ildən başlayıb. O zaman Stepanakert adlanan Xankəndi rayon Partiya Komitəsinin birinci katibi Qriqoryan və DQMV daxili işlər idarəsinin rəisi Ağacanyan Əsgəran rayonunun Pirənəçi kəndində yerli azərbaycanlılara qarşı əsil qəddarlıq nümayiş etdirib, insanları vəhşiliklə qırdılar, kəndi yerlə-yeksan etdilər. Bu hadisədən sonra onu törədənlər cəzalandırılmadı və heç bir tədbir görülmədi. Bu hadisədən sonra cəzalanmayan ermənilər rahatlaşaraq Topxana hadisələrini törətdilər.

- Məhz niyə Xocalıda bu qətliam törədildi?

- Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin əlverişli, strateji mövqeyi ilə əlaqələndirmək olar. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Bu faktı Ermənistanın hazırki prezidenti Serj Sarkisyanın ABŞ-ın Karnegi Fondunun proqram direktoru, Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla verdiyi müsahibəsində açıq-aşkar görmək olar. Xocalı faciəsinin iştirakçısı olan Sarkisyan müsahibəsində deyir: “Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər.” Xocalı şəhəri 4 yaşayış məntəqəsinin—Xocalı, Qaladərəsi, Dərələyəz, Həsənabad kəndlərinin birləşməsindən yaranmışdı. 1988-ci il hadisələrinə qədər Xocalının 1000 nəfərə qədər sakini vardı. Xocalı şəhərinin ümumi sahəsi 160,2 ha idi. Şəhər Xankəndindən 14 kilometr aralıda—şimal-qərb tərəfdə yerləşirdi. 1992-ci ilin noyabr ayına kimi, yəni Xocalı ermənilərin tam mühasirəsinə düşənə qədər şəhərdə 5800-5900 nəfər adam yaşayıb. Bu şəhərdə Özbəkistandan qovulan 54 Məhsəti türkü, Ermənistandan yaşayış yerlərini məcburi tərk etmiş 80, Qarabağın müxtəlif yerlərindən qovulan 210 və respublikanın digər yerlərindən köçmüş 50 ailə də məskunlaşıb. Hadisə baş verən gün orada 100-ə yaxın tikintidə işləyən fəhlə qrupu da var idi. 1991-ci ilin noyabrında keçmiş SSRİ DİN qoşunları Dağlıq Qarabağdan çıxarıldıqdan sonra Xocalıya quru yolla gediş-gəliş tam kəsilib. Əlaqə ancaq "AZALAERO"-nun vertolyotları vasitəsilə həyata keçirilib. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulduqdan sonra Xocalı şəhəri ilə bu əlaqə də kəsilib.

Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınıb. Şəhəri yalnız adi atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı. Bu faktı amerikan jurnalisti Tomas Qols təsdiqləyərək yazırdı: “Xocalıda telefonlar işləmirdi. Orada heç nə işləmirdi. Elektrik enerjisi, yandırmaq üçün neft yox idi. Su gəlmirdi. Kənar dünya ilə Xocalını birləşdirən yalnız hər səfərində təhlükə ilə üzləşən vertolyot idi. Xocalının ətrafdan təcrid olunması gecə düşdükcə daha çox hiss olunurdu. Səhər isə hərəkətsiz, bir yerdə dayanmış insanları gördüm. Ətrafda vaxt keçirmək üçün nə çayxana, nə də restoran var idi.”

- Bilirik ki, Xocalı faciəsini törədənlər yalnız ermənilər olmayıb.

- Bəli, əməliyyatda 366-cı motoatıcı alayın artilleriya divizyonu, zenit batareyası, tank rotası, 23 ədəd PDM və rus əsgərlərindən ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak etmək üçün hazırlanmışdı. 1992-ci il 23 yanvar tarixində 366-cı alayın 194 nəfər ləzgi, tatar, qazax, özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini təxris etmişlər. Təxris olunmuş hərbçilərin yerinə isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaiyyət gostərən erməni, ərəb və digər millətlərdən olan terrorçular gətirmişdilər.

Xocalı hadisəsinə 4 gün qalmış – fevralın 22-də Azərbaycan Respublikasının o zamankı prezidentinin yanında baş nazir, DTK-nın sədri və digərlərinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası oldu. Həmin iclasda qərara gəldilər ki, əgər Xocalıdan camaat çıxarılsa, ermənilər bunu oraya girmək üçün əsas kimi qəbul edəcəklər. Yəni biz özümüz onları Xocalıya girməyə təhrik etmiş olacağıq. Hətta Təhlükəsizlik Şurasının üzvləri də inanmırdılar ki, ermənilər sonradan genosidə çevrilən belə bir işə gedərlər. Onlar düşünürdülər ki, xalq oradan getsə Xocalını özümüz təslim etmiş olacağıq. Siyasi uzaqgörənliyin olmaması, situasiyanı bilməmək Xocalı hadisəsinin baş verməsinə gətirib çıxardı.

Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan (hazırda – işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının yaratdığı oyuncaq qurumun “müdafiə naziri”), Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik etmişlər. Dinc əhaliyə qarşı soyqırım cinayətlərində fəal iştirak etmiş alayın hərbi qulluqçularının, habelə digər cinayətkarların bir çoxunun adları bu gün Azərbaycan tərəfinə məlumdur.
Həmin hərbi qulluqçuların siyahısını sizə təqdim edirik:

1 İsrayelyan Boris İsraeloviç
2 Qriqoryan Andon Artsronikovç
3 Qaramyan Suren Nikolayeviç
4 Arakelyan Marat Borisoviç
5 Balayan Emil Vartanoviç
6 Qriqoryan Aleksandr Stepanoviç
7 Qayamayan Qabriel Gevorkoviç
8 Vartanyan Melik Yenokoviç
9 Cavaxyan Qriqoriy Eduardoviç
10 Akopyan Armais YaĢayeviç
11 Terzikyan Sergey Vanikoviç
12 Arutyan Movses AĢotoviç
13 Dulunts Movses QaraĢoviç
14 Saroyan Armais Vldaimiroviç
15 Saakyan Qrışa Sergeyeviç
16 Ayanyan Sarkis TaĢisoviç
17 Gevorkyan Nikolay Mixakoviç
18 Safaryan Mixayil Abramoviç
19 Nolyan Aleksandr Robertoviç
20 Mejyan Albert Manveloviç
21 Akopoxvyan Melki Armaisoviç
22 Qriqoryan Karen Papikoviç
23 Markosyan Papik Ayxazoviç
24 Zarkaryan Daniel Vasilyeviç
25 Caqaryan Mixail Sarkisoviç
26 Akopxyan Sarkis Arutyunoviç
27 Qriqoryan Qevorq Vaqanoviç
28 Xaçatryan Valeriy Mövsesoviç
29 Saakyan Martik Aleksandroviç
30 Markosyan Nikolay Rantikoviç
31 Qurqazaryan Papik ArĢakovıç
32 Ağacanyan Aşot ArĢaviroviç
33 Markosyan Yurik Aykazoviç
34 Ayriyan Seyran Qriqoryeviç

Xocalıya hücum zamanı “Strela-10” raket qurğusundan istifadə edilib. Bu raketin tərkibində olan kimyəvi maddələrin düşdüyü yerdə uzun zaman zəhərlənməyə səbəb olmasından dolayı, bu silahın döyüş zamanı tətbiq olunmaması ilə bağlı 1973, 1982, 1984, 1985-ci illərdə imzalanan konvensiyaları nəzərə almayan və bu silahdan Xocalıda istifadə edən Ermənistan hələ də beynəlxalq təşkilatlar tərəfindən ciddi xəbərdarlıq almayıb.

- Xocalı soyqırımında erməni terror təşkilatı "Asala"nın əli olubmu?

- “Asala” terror təşkilatına məxsus hərbi düşərgədə təlim görmüş 26 nəfərlik mütəşəkkil qrup artıq yanvar ayından Xankəndində idilər və 366-cı alayın komandiri Yuri Zarviqarovun razılığı ilə Xocalı üzərinə hazırlanan hücum planında iştirak etmək üçün hazır idilər. Ermənilərin Xocalı soyqırımında onlar tərəfdə iştirak edən ərəblər haqqında da çoxsaylı məlumat var. Gürcüstan üzərindən qalxıb Ermənistan üzərindən Xocalıya gələn iki hərbi helikopteri sürən Livan ərəbləri olmuşdur ki, onlar şəhəri bombalamışlar.

Daha sonra piyada qoşunla şəhərə daxil olub vəhşilik edənlər içində ərəblər də olublar. Xocalı soyqırımının şahidi Raisə Aslanova “Human Rights Watch” beynəlxalq təşkilatının araşdırmalar aparan nümayəndəsinə deyib:

“Montenin dəstəsində olan ərəb mənşəli terrorçular uzun müddət arxa ciblərində gəzdirdiyi bıçaqları çıxararaq, öldürməyə başladılar. Onlar neçə-neçə insanı doğradılar.”

İstintaqla müəyyən edilmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına, gecə saat 22:00 radələrində basqın etmişdir. Əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutublar. Sonra isə çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar vasitəsilə şəhərə daxil olublar. Evlərində yatmış dinc əhalini vahiməyə salaraq vəhşicəsinə məhv etməyə başlayıblar. Bu zaman qadın, uşaq və ya qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq tank, PDM və digər texnika altına salaraq əzmiş, məhv etmişlər. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılıb. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylədir. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar gülləbarana tutulublar.

Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, adamları diri-diri torpağa basdırıb və ya yandırıb, cəsədlərin bir qismini minalayıblar.

Ermənilərin etirafları...

- Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılaraq Gürcüstana aparılıb. Bu zaman hərbi texnikanın böyük hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10” raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilib.

Ermənistanın prezidenti Serj Sarkisyanın cinayətdə bilavasitə iştirakı bu barədə Qarabağ münaqişəsindən bəhs edən “Qara bağ” kitabının müəllifi, məşhur jurnalist Thomas de Vaala verdiyi müsahibədə təsdiqlənib. Müsahibəsində aşkar surətdə Xocalı planının dinc əhaliyə qarşı soyqırım siyasəti əsasında hazırlandığını etiraf edir. Sarkisyan etiraf edir ki, “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.”

Xocalıda baş verən qanlı hadisənin soyqırım olduğunu digər ermənilər də etiraf edirlər. Onlardan biri, Xocalı soyqırımı ilə əlaqədar ən mənfur, ən mənhus dırnaqarası yazılar, əsərlər yazan müəllif Nazaryandır. Onun “Xocalı işi” adlı xüsusi qovluğu internetdə var. Hətta orada da yazılır: “Əlbəttə, heç şübhə yoxdur ki, Xocalı hadisələri genosidi xatırladır, genosidə bənzəyir”. Yəni Xocalı məsələsində Azərbaycan xalqına qarşı ən böhtançı, uydurma, qeyri-elmi mövqedən çıxış edən erməninin belə bir etirafı olduqca ciddi məsələdir.

Kanada ermənisi, hüquqşünas Vaskel Sitaryan İspaniyada nəşr edilən “Levante” qəzetinin 1992-ci ilin 26 mart sayında yazır: “Biz ermənilər 26 fevral Xocalıda baş verən hadisələrlə bağlı özümüz-özümüzü dünyada rüsvay etdik. Bizim üçün ağır olan beynəlxalq məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına sürükləyən?”.

Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri Karen Ohancanyan müsahibəsində deyir: “Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm.”

Azərbaycan Respublikasında Xocalı faciəsi ilə bağlı başlanan istintaq işi üzrə 3000 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib. 800-dən artıq ekspertiza keçirilib. Nəticədə 39 nəfərin (onlardan 18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları, 8-i Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında iştirakı tam sübuta yetirilib. Onlar axtarışdadırlar.

- Ekspertizanın nəticəsi necə olub?

- Ekspertizalarla müəyyən edilib ki, Xocalının məhv və talan edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Biz dünyanın diqqətini məsələnin törədilmə xarakterinə, metodikasına yönəltməliyik ki, mədəni dünyada XX əsrin sonunda insanlığa qarşı belə bir vandalizm aktı törədilib. Bu bəyanatda çox haqlı olaraq hesab edirik ki, Xocalı hadisəsi eyni ilə Xatında, Lidiçedə baş verənlərin təkrarıdır. Xatına, Lidiçeyə münasibətlər necədirsə, uyğun addımlar ataq. Xatın, Lidiçe beynəlxalq hüququn subyekti oldu və bütün ölkələrin qanunverici orqanlarına, siyasi həyatlarına, dərsliklərinə daxil oldu, biz də çalışmalıyıq ki, Xocalı faciəsini dünyaya tanıdaq. Xocalı soyqırımı zamanı tamamilə məhv olmuş ailələrin adlarını verəcəm sizə. Baxın, bu günə qədər baş verən heç bir soyqırımda hansısa bir nəsil tamamilə yox edilməyib. Xocalıda isə 8 nəsil yox edilib. Bu, dünyada bu günə qədər baş verən ən dəhşətli hadisədir.

1 Məmmədov Vaqif Şükür oğlu ata 1940
2 Məmmədova Afilə Ibrahim qızı ana 1949
3 Məmmədov Azər Vaqif oğlu oğul 1972
4 Məmmədov Ceyhun Vaqif oğlu oğul 1975
5 Məmmədov Niyaməddin Vaqif oğlu oğul 1978

1 Kərimov Samran Soltan oğlu ata 1924
2 Kərimova Firəngül ana 1935
3 Kərimov Firuz Samran oğlu oğul 1960
4 Kərimov Soltan Samran oğlu oğul 1969

1 Əliyev Firdovsi İsa oğlu ata 1956
2 Əliyeva Heyran Mürşüd qızı ana 1962
3 Əliyev Elçin Firdovsi oğlu ooğul 1982
4 Əliyev Elgiz Firdovsi oğlu oğul 1984

1 Qənbərov Qarsalan Gəray oğlu ata 1939
2 Qənbərova Validə Boran qızı ana 1941
3 Qənbərov Nadir Qarsalan oğlu oğul 1971

1 Qənbərov Səfər Qarsalan oğlu ata 1961
2 Qənbərova Mətanət Hacı qızı ana 1967
3 Qənbərov Emin Səfər oğlu oğul 1986
4 Qənbərova Esmira Səfər qızı qız 1985

1 Hüseynov Mirsiyab Həzrətqulu oğlu ər 1922
2 Hüseynova Minəş Cümşüd qızı arvad 1934

1 Həsənova Günəş Əbdül qızı ana 1910
2 Həsənova Qətibə Mirsiyab qızı qız 1951

1 Hüseynov Hüseyn İsmayıl oğlu ata 1934
2 Hüseynova Əziz Alış qızı ana 1956
3 Hüseynov Xoşbəxt Hüseyn oğlu oğul 1963
4 Hüseynov Tacir Hüseyn oğlu oğul 1972
5 Hüseynova Nəsibə Hüseyn qızı qız 1982

- Biz bu günü düzgün qiymətləndirə bilirikmi?

- Əgər bu gün Xatında muzey varsa, niyə dövlət dəstəyi ilə Xocalı muzeyi yaradılmasın? Xocalıda baş verən hadisələr uzaq keçmiş deyil, nə 1915-ci, nə də 1943–1944-cü illərin hadisəsidir, bu günümüzün hadisəsidir. Dünyada elə bir soyqırım hadisəsi yoxdur ki, Xocalı qədər lentlərdə, fotolarda təsbit edilmiş olsun. Bəşəriyyət nəsli kəsilən və kəsilməkdə olan heyvanlar barədə “Qırmızı kitab” yaradıb. Bəs yox edilib, yer üzündən silinən Xocalının və xocalıların “qırmızı kitab”ı hanı? Tarixçilərin, salnaməçilərin yazdıqları bəs nədir? Bu gün biz anım günləri deyil, Xocalıya ƏDALƏT üçün hüquqi sənədlər hazırlamalı və dünyanı Xocalı faciəsi barədə məlumatlandırmaqla günahkarların cəza almasına çalışmalıyıq. Bu günə qədər adını islam dövləti qoyan Pakistan və Türkiyədən başqa heç bir dövlət ermənilərə etiraz etmədilər. Ancaq Roma Papası II İohan Pavel erməni katalikosu Vazgenlə birgə Xocalı soyqırımından sonra yazdığı məktubda deyir: "Əziz xristian qardaşlar, Sizin savaşınız din uğrundadır. İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəyəm”.

Səxavət Məmməd

Назад Вперед
Наверх
kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının