• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Elza Seyidcahanın üç mindən çox borcu var

Elza Seyidcahanın üç mindən çox borcu var Elza Seyidcahanın üç mindən çox borcu var
Şou-biznes nümayəndələrinin atdığı hər bir addım hər kəsin diqqət mərkəzindədir. Bu gün hər kəs müğənniləri yüksək gəlirli, bahalı həyat yaşayan təbəqə kimi bilir, elə qəbul edir. Çünki bir zamanlar efirə çıxan əksər müğənnilər bahalı avtomobilləri, bağ evləri, zinət əşyaları ilə qürrələnməkdən yorulmurdu. Lakin məlum devalvasiyadan sonra, çərxi fələk tərsinə dövran etməyə başladı. Öncə dolların məzənnəsi qalxdı, manat “öldü”. Ardınca da Vergilər Nazirliyi müğənniləri əməlli-başlı gözümçıxdıya saldı. İllərdir ayın az qalsın, hər günü toylarda oxuyan, lakin bununla belə, vergidən yayınan müğənnilər məşhər ayağına çəkildi, borcu olanların, hətta, ölkədən çıxışına belə qadağa qoyuldu.

İndi isə vəziyyət çox dəyişib. İfaçılar toyların azlığından şikayətlənir, evlərinin, maşınlarının kreditini ödəyə bilmədiklərini iddia edirlər.

Xatırlayırsınızsa, bir il öncə bəzi müğənnilərin vergi borcları haqqında məlumatlar yayıldı. Aralarında həqiqətən də fantastik rəqəmdə borcları olanlar da var idi.

Maraqlıdır, görəsən, ulduzlardan kimin dövlətə borcu var?

Cebhe.info yenidən mövzünü aktuallaşdıraraq, müğənnilərin nə qədər vergi borcu olduğunu araşdırıb. Məlum olub ki, bəzi müğənnilərin borcları olsa da, əksəriyyəti vergiləri ödəyib.

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın 3428.50, əməkdar artist, müğənni Abbas Bağırovun 651.86 AZN borcu var.

Qalmaqallı prodüser Tolikin (Tarix Əliyev) isə nə qədər qəribə olsa da, 1.28 AZN borcunun olduğu ortaya çıxıb.

Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşova, Gülyanaq Məmmədova, Nisə Qasımova, əməkdar artistlər Röya Ayxan, Ədalət Şükürov, Cavanşir Məmmədov, müğənnilər Nadir Qafarzadə, Rəqsanə İsmayılova, Zamiq Hüseynov, Emil Bədəlov, Nadir Bayramlı, Damla, meyxanaçılar Namiq Qaraçuxurlu, Pərviz Bülbülənin dövlətə borcu yoxdur.

Əldə etdiyimiz məlumata görə, Vergilər Nazirliyi çal-çağır əhlini ciddi nəzarətdə saxlayır. Hətta, paytaxt restoranlarındakı toylarda nazirliyin nümayəndəsi olur, müğənnilərdən vergi ödənilməsi tələb olunur.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV