Tolik:"İnsanları gündəlik maarifləndirirəm" - VİDEO » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Tolik:"İnsanları gündəlik maarifləndirirəm" - VİDEO

  • Tarix: 09.08.2018, 18:30,
  • Bölmə: Şou-Biznes
  • Baxılıb: 558
Tolik:"İnsanları gündəlik maarifləndirirəm" - VİDEO Tolik:"İnsanları gündəlik maarifləndirirəm" - VİDEO
"Xəzər TV"-də yayımlanan "Hər şey daxil" verilişində "Ay yay yay" serialının baş rol ifaçıları qonaq olub. Serialdan parçaları izlədikdən sonra aparıcı Tarix Əliyev müğənni Orxan Babazadəyə iradını bildirib. Tolik qeyd edib ki, Orxan avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmağı unudub və onu 40 AZN cərimə etmək lazımdır.

Bu səbəbdən Tolik verilişin redaktorundan xahiş edib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu canlı efirə bağlasınlar. Bir neçə dəqiqədən sonra Tolikə məlumat verilib ki, idarə ilə əlaqə saxlanılıb və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu əvəz edən Rasim Abdullayev onlara "gedin işinizlə məşğul olun" deyib.

Tolik isə cavabında bunları deyib:

"Əslində, bu bizim işimizdir. Mən gündəlik olaraq, 2 saat canlı efir aparıram və insanları maarifləndirirəm. Bəli, biz işimizlə məşğul olmalıyıqdıqsa, siz bunu görməmisiniz, bu da sizin işinizdir. Rasim müəllim, ola bilər ki, səhərdir, yuxudan gec durmusunuz, amma sizin heç bir səlahiyyətiniz, ixtiyarınız yoxdur ki, hər hansısa bir vətəndaş sizin nömrənizi tapıb zəng vurursa, ona "get işinlə məşğul ol" deyəsən. Bir vətəndaş olaraq, biz bu cəmiyyəti qorumalıyıq, millətin hər bir problemini həll etməyə çalışmalıyıq və dövlətimizə bunda kömək etməliyik".(baku.ws)

Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV