Arif Məlikovla vida mərasimi keçirilir





Xalq artisti Arif Məlikovla vida mərasimi keçirilir.

Analoq.az xəbər verir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəybəyli və digər şəxslər iştirak edir.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəybəyli çıxış zamanı Arif Məlikovun Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq, ən istedadlı, ən unikal nümayəndələrindən biri olduğunu deyib:

“Hələ gənc yaşlarında maestro Niyazi ilə birlikdə dahi baletmeyster Qori Qriqoriyeviç, həmçinin Nazim Hikmət kimi dahi insanlarla ünsiyyətdə olmuşdu. Qara Qarayevin tələbəsi idi. Onun ən məşhur əsəri olan “Məhəbbət əfsanəsi” ona dünya şöhrəti qazandırıb. Bu əsər dünyanın 62 ölkəsində böyük uğurla tamaşaya qoyulub. Arif müəllim böyük pedaqoq idi. Səhhətində problem yaransa da belə son günlərinədək akademiyaya gəlirdi. Bu, Azərbaycan mədəniyyəti üçün ağır itkidir".

Xalq artisti Faiq Sücəddinov da çıxışında Arif Məlikovun onun müəllimi olduğunu xatırladıb:

"Arif Məlikovun həyatdan köçməsi məni çox kədərləndirdi. Vaxtı ilə mənim müəllimim olub. Heç inanmaq olmur ki, belə dahi şəxsiyyət artıq həyatda yoxdur. Amma onun dahi musiqiləri bizimlə hər zaman yaşayacaq. Tələbələri ilə hər zaman gözəl ünsiyyətdə olurdu. Allah ona rəhmət eləsin".

Mədəniyyət naziri Əbülfəs Qarayev də mərhum xalq artistinin Azərbaycan xalqının yaddaşında və mədəniyyət salnaməsində qalacağını deyib:

Bizim aramızdan böyük bir şəxsiyyət ayrıldı, Arif Məlikov haqq dünyasına qovuşdu. Düşünürəm ki, onun sənət əsərləri musiqiçilərin, orkestrlərin, repertuarından silinməyəcək. Çünki bu musiqi Azərbaycan xalqınının zəngin olan mədəniyyətinin parlaq nümunələrindən biridir. Allah ona rəhmət eləsin. Əminəm ki, Arif Məlikovun əziz xatirəsi daima ürəklərdə yaşayacaq".

Arif Məlikov I Fəxri xiyabanda torpağa tapşırılacaq.

kult.az

Analoq.Az


Arif Məlikovla vida mərasimi keçirilir
Arif Məlikovla vida mərasimi keçirilir
Arif Məlikovla vida mərasimi keçirilir
Arif Məlikovla vida mərasimi keçirilir
Arif Məlikovla vida mərasimi keçirilir
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi