Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə alman əsgərlərinin qalıqları axtarılacaq




Gürcüstanın Kvemo Kartli bölgəsində II Dünya Müharibəsində ölən alman əsgərlərinin qalıqlarının axtarışı planlaşdırılıb.

Analoq.az xəbər verir ki, tapılan qalıqlar hərbi qəbiristanlıqda yenidən dəfn olunacaq.

Qalıqların axtarışları ilə bağlı müvafiq qərarı Gürcüstan hökuməti yanvarın 8-də qəbul edib.

Gürcüstan və Almaniya arasında 1993-cü ildə imzalanmış saziş çərçivəsində axtarış işlərini Alman Savaş Məzarları Qoruma Birliyi həyata keçirəcək.

Qazıntı işləri Rustavi şəhərində torpaq sahəsində, Qardabani rayonunda Axali Samqori kəndi yaxınlığında, həmçinin Marneuli rayonunun azərbaycanlılar yaşayan Kəpənəkçi kəndi ərazisindəki kənd təsərrüfatı torpağında aparılacaq.

Axtarış işlərinə arxeoloqlar nəzarət edəcəklər. Almaniya tərəfi zərurət yaranacağı halda müvafiq texnikadan istifadə etməklə yanaşı, yerli sakinləri də işlərə cəlb edə biləcək. (report)


Analoq.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi