ƏSAS SƏHİFƏ Siyasət Demokratlar Trampın impiçmenti sənədini Senata göndərdilər

Demokratlar Trampın impiçmenti sənədini Senata göndərdilər

Demokratlar Senata ABŞ lideri Donald Trampın impiçmenti ilə bağlı ətraflı əsaslandırılmış sənədi göndəriblər.

Analoq.Az xəbər verir ki, 111 səhifəlik sənəd Nümayəndələr Palatasının Kəşfiyyatı üzrə Komitəsinin saytında yerləşdirilib.

“Prezident J.Tramp şəxsi siyasi mənfəətinə görə ABŞ-da seçkilərə müdaxilə məqsədilə xarici hökumətə təzyiq üçün rəsmi səlahiyyətlərindən istifadə edib. Sonra o, Konqresə pozuntuları araşdırmağa mane olmaqla, bu planını gizlətməyə çalışıb”, - deyə sənəddə bildirilir.

Qeyd edilir ki, Konstitusiyaya əsasən, prezident səlahiyyətlərindən bu cür ciddi şəkildə sui-istifadə etdikdə, ona impiçment elan edilə və vəzifədən kənarlaşdırıla bilər.

“Senat 2020-ci ildə ABŞ-da seçkiləri, bizim konstitusiya idarə üsulumuzu qorumaq və prezidentin milli təhlükəsizliyimizə təhdid etdiyi təhlükəni aradan qaldırmaq üçün Konstitusiyanın təklif etdiyi bu imkandan istifadə etməlidir”, - sənəddə vurğulanır. Oxu.Az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu