Kestutis Yankauskas: Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik




Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik.

Analoq.Az xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, Azərbaycanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan və Avropa Şurasından seçkiləri izləmək üçün müşahidəçiləri dəvət etməsini müsbət qiymətləndirdiyini bildirərək deyib: “Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın vaxtlarda müşahidə missiyasının digər üzvləri də buraya gələcək.

Düşünürəm ki, biz tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişafı üçün Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik”. AZƏRTAC

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi