“İnsanlar diqqət və qayğı görmək istəyir”-Razi Nurullayev İmişlinin iki kəndində seçicilərlə görüşdü-




79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

Analoq.Az xəbər verir ki, R.Nurullayev Mürsəlli və Qarağaşlı kəndlərində yerli sakinlərlə görüşüb: “İnsanlar diqqət, qayğı və hörmət istəyirlər. Heç kimin varında-dövlətində, kreslosunda gözü yoxdur. Onlar istəyir ki, səsləri tribunadan eşidilsin, millət vəkili onların xeyir-şərində iştirak etsin. Mövqeyim budur və İmişli camaatı bu fikirlərimi bəyənir və dəstəkləyir”.

R.Nurullayev deyib ki, ehtiyacı olan ailələrə sosial yardım mexanizmi dəyişməlidir: “Ünvanlı sosial yardım insanları bir-birinə düşmən edib. Bu sistem ləğv olunmalı, əvəzində uşaq pulu verilməlidir. Hər doğulan uşağa birdəfəlik müavinət, 3 yaşına qədər isə pulsuz yemək verilməlidir. Gənc nəsil sağlam böyüməlidir, dövlət uşaqların böyüməsində iştirak etməlidir ki, uşaqların üzərində hökm edə bilsin. Uşaq həm də dövlətindir, sərhədləri, torpağı qoruyandır. Buna görə də dövlət onun böyüməsinin qayğısına qalmalıdır. Biz buna birlikdə nail olacağıq.

İslahatlar dalğası başlanıb, xalqın səsi eşidilir və ölkə rəhbərliyi təklifləri dinləyir. İnşaallah, xalqın səsi və tələbi eşidiləcək və bu təklifimiz həyata keçəcək”. Cebhe.info

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi