Abşeronun icra başçısı Heydər Əliyevin daha bir posterini sökdürdü

Abşeronun icra başçısı Heydər Əliyevin daha bir posterini sökdürdü
Tarix: 5-03-2016, 15:11 Toplam: nəfər paylaşdı. Baxılıb: 5287


Abşeronun icra başçısı Heydər Əliyevin daha bir posterini sökdürdü


"Bir-neçə həftə əvvəl Xırdalandakı H.Əliyev prospektində ulu öndərin şəhərdə olan yeganə posteri gecəynən yoxa çıxdı. Bir-sıra saytlar da faktı yayımladığından sonra olay ictimailəşdi. İcra hakimiyyətindən məsələylə bağlı açıqlama verılərək bildirildi ki, "bəs guya ki, poster zədələnib və bir-iki günə bərpa olunaraq yerinə qoyulacaq". Ancaq hadisədən az qala bir ay keçib və posterdən hələ ki xəbər yoxdu”.

Bu açıqlama ilə keçmiş deputat Etibar Hüseynov çıxış edib.

Eks-deputat bildirib ki, yoxa çıxan posterin əvəzində qəzəbinə tuş gəldiyi Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova onu cəzalandırmaq qərarına gəlib.
"Gətirib yaşadığım küçədəki evimın düz qabağına 4 iri zibil qabı qoydub. Halbuki, həmin küçədə mənimlə bərabər cəmi 3 ailə yaşayır. Zibil qutularının birbaşa İradə xanımın göstəriıiylə qoyulduğunu Mənzil İstismar Sahəsinin rəisi Rəzzaq, Məişət tullantıları idarəsinin direktoru İslam, o cümlədən icra başçısının Fuad adlı köməkçisi də təsdiqlədilər. İndi onsuz da bərbad olan küçəmiz, xüsusən də küləkli havadan sonra böyük bir zibilxanaya çevrilir. Olsun. Amma bu cür səviyyəsiz addımlar bizi əsas hədəfdən yayındıra bilməz. Hörmətlı İradə xanım, ulu öndərin posterini gecəynən yığışdırıb, ətrafındakı ağacları da məhv eləməkdə məqsədiniz nədir? Bir aya da postermı bərpa olunar? Bax bu sualları sizə hər gün, hər həftə, hər ay verəcəyik...”,-deyə Etibar Hüseynov bildirib.
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10