İcra başçısının işdən çıxarılan qohumu

İcra başçısının işdən çıxarılan qohumu


İcra başçısının işdən çıxarılan qohumuQuba rayonunda Dövlət Təhlikəsizlik Xidmətinin rəisi olan Heydər Abıyev vəzifəsindən çıxarılıb. Bu haqda Bastaya Qubadan adının çəkilməsini istəməyən mənbə məlumat verib. Mənbə bildirir ki, Heydər Abıyev nəqliyat naziri Ziya Məmmədovun bacısı qızının əridir. O, bu vəzifəyə məhz Ziya Məmmədovun təqdimatı ilə təyin olunubmuş.

Heydər Abıyev həmçinin qalmaqallı deputat Əhəd Abıyevin qardaşı oğludur.

Qeyd edək ki, regionların idarə olunmasına dair bölgüyə əsasən Azərbaycanın şimal bölgəsi Ziya Məmmədovun kurasiyasında sayılır. İndi bölgədə əhali arasında söhbət gəzir ki, bu zona Ziya Məmmədovun nəzarətindən çıxarılaraq, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin nəzarətinə verilir. Bir müddət əvvəl Naqliyyat Nazirliyinin bir sıra qurumlarının ləğv olunması və müvafiq səlahiyyətlərin başqa nazirliklərə verilməsi haqqında xəbərlər dərc olunub. Hadisələrin inkişafı hakimiyyətin əsas oliqarxlarından biri olan Ziya Məmmədovun dayaqlarının tədricən vurulduğu və onun özünün də yaxın vaxtlarda vəzifədən çıxarılacağını təsdiqləyir.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10