Son xəbər--Elnur Nağızadə həbs olundu



Son xəbər--Elnur Nağızadə həbs olundu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində qiyabi həbs qərarı verilib.report.az bildirir ki, həbs qətimkan tədbirinin seçilməməsinə səbəb E.Nağızadənin Azərbaycanda olmaması göstərilib.Beləliklə, E.Nağızadə barəsində dörd aylıq qiyabi həbs qərarı qəbul olunub.Qeyd edək ki, hüquq-mühafizə orqanlarına E.Nağızadə ilə bağlı daxil olan şikayət əsasında Baş Prokuror yanında Korripsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.Xatırladaq ki, E.Nağızadədən iki nəfərin hüquq-mühafizə orqanlarına şikayət etməsi barədə xəbəri ilk olaraq "Report" yayıb. Belə ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında vəzifəsindən azad edilib.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında cinayət işi başlanıb.Hüquq-mühafizə orqanlarından APA-ya verilən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.Məsələyə münasibət bildirən TQDK sədri Məleykə Abbaszadə bir müddət əvvəl APA-ya açıqlamasında qeyd edib ki, bu ilin yanvarında iki nəfər E.Nağızadə ilə bağlı TQDK-na müraciət edib: "Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Onunla bağlı bütün sənədləri Korrupsiyaya İdarəsinə göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın".скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi