• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bir sıra QHT rəhbərləri ilə görüşüb

  • Tarix: 19.03.2016, 00:59,
  • Bölmə: Siyasət
  • Baxılıb: 5311
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bir sıra QHT rəhbərləri ilə görüşüb Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bir sıra QHT rəhbərləri ilə görüşüb Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bir sıra QHT rəhbərləri ilə görüşübBu gün «Azərbaycan Müharibə Veteranları» İctimai Birliyinin Səbail rayon təşkilatının ofisində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov bir sıra ictimai birliklərin rəhbərləri ilə görüşüb. «Azərbaycan Müharibə Veteranları» İctimai Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev belə görüşün keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf etdiyini bildirib: «Bu görüşdə əsasən Qarabağ müharibəsi veteranlarının və əlillərinin, o cümlədən Əfqanıstan müharibəsi veteranlarının yaratdıqları təşkilatların rəhbərləri iştirak edir. Sizlər vətən uğrunda döyüşən insanlarsınız. Dövlətimiz hər zaman bu kateqoriyaya diqqət və qayğı göstərir».

Görüşdə çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Azərbaycan dövlətinin hər zaman torpaqlarımız uğrunda döyüşən insanlara böyük qayğı göstərdiyini deyən S.Novruzov bu insanların işğalçılara qarşı döyüşlərdə şücaət göstərdiklərini vurğulayıb. «Müstəqilliyimizin ilk illərində ölkəmizdə mövcud olan qeyri-sabitlik səbəbindən torpaqlarımızın bir hissəsini itirdik. Amma bu gün Azərbaycanın güclü ordusu yaradılıb və bu ordu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Sadəcə, dövlətimiz yenidən qan tökülməsini istəmir. Hazırda sülh danışıqları davam edir, bu danışıqlar nəticə verməsə torpaqlarımız ordumuzun gücünə işğaldan azad olunacaq»- deyə, S.Novruzov qeyd edib.

Millət vəkili deyib ki, bu katqoriyaya aid ictimai birliklərin də fəaliyyəti üçün lazımi imkanlar yaradılıb. Onun sözlərinə görə, Milli Məclisin yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsi bu kimi təşkilatlarla sıx əməkdaşlıq edəcək: «Biz sizin təşkilatlarınızla əməkdaşlıq etməyə maraqlıyıq. Komitəmiz təkliflərinizi dinləməyə və zəruri təkliflərin müvafiq qanunlarda nəzərə alınmasına hazırdır». Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən YAP İcra katibinin müavini belə bir şəraitdə Azərbaycanda tam ictimai-siyasi sabitliyin hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir: «Müəyyən qüvvələr ölkəmizdə sabitliyi pozmağa cəhd göstərsələr də, xalqla Prezidentimizin birliyi həmin qüvvələrin niyyətlərini iflasa uğradır. Əminik ki, bundan sonra da belə olacaq».

Görüşdə çıxış edən ictimai birliklərin nümayəndələri belə tədbirlərin əhəmiyyətini bildiriblər. Onlar eyni zamanda, bir sıra təkliflərlə çıxış ediblər.
www.e-vc.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV