• 22:48 – Tarixi şəxsiyyətlər"in 42 -ci sayı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. 
  • 15:42 – Bəxtiyar Əsgərov: “Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” 
  • 17:35 – Bakıda “QAZAXISTAN TƏHSİL SƏRGİSİ keçiriləcək 
  • 19:58 – "Ümidlə gəl"in növbəti buraxılışı 
  • 21:16 – Daimi nümayəndəlikdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və Heydər Əliyevin 95 illik yubileyləri qeyd edilib 
  • 20:45 – "Ümudlə gəl" ümidləri doğruldur 
  • 15:54 – Rəna Mirzəyeva “Sevgi limanı”nı təqdim edəcək 
  • 12:40 – Daimi nümayəndəliyin rəhbəri İsrail səfirini təbrik edib 

Millət vəkili nazirə rayonlarla bağlı təklif verdi

  • Tarix: 10.02.2016, 14:28,
  • Bölmə: Siyasət
  • Baxılıb: 5441
Millət vəkili nazirə rayonlarla bağlı təklif verdi Millət vəkili nazirə rayonlarla bağlı təklif verdi
Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd təsərrüfatı nazirinin iştirakı ilə keçirilən tədbirdə sakinləri narahat edən problemləri qaldıraraq hökumətdən dəstək göstərilməsini xahiş edib.

Axar.az xəbər verir ki, deputat Tovuz rayonu ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

Q.Paşayeva görüşdə Tovuzdakı aqrar sektora mənfi təsirini göstərən problemləri diqqətə çatdırıb:

“Əkin sahələrinin suvarılması, Kür çayına yaxın ərazilərdə suyun verilməsi mexanizmləri, artezian quyularında elektrik enerjisi ödəmələri ilə bağlı sakinlərə dəstək mexanizmləri artırılmalıdır. Rayonda toxumçuluqla bağlı ciddi problemlər qalmaqdadır. Keyfiyyətsiz toxumlar məhsuldarlığa ciddi ziyan vurur. Bununla yanaşı, dərmanların keyfiyyətinin yüksək olması vacibdir. Nazirliyin dəstəyi ilə televiziyalarda kənd təsərrüfatı ilə bağlı proqram və sosial çarxların artmasına böyük ehtiyac var”.

Millət vəkili kənd yarmarkalarının sayının artırılmasına da toxunub:

“Məhsulların Gürcüstan bazarına çıxarılmasında süni əngəllər aradan götürülməlidir. Rayonda üzümçülüyün inkişafına şərait, emal müəsisələri yaradılmalıdır”.

Maldarlıqla bağlı məsələlər barədə geniş danışan Q.Paşayeva nazirliyin Ağcabədi, İmişli və Bərdədə həyata keçirdiyi pilot layihələrə Tovuzun da daxil edilməsini xahiş edib.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV