• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Klinton məğlubiyyətə uğradı

  • Tarix: 10.02.2016, 20:16,
  • Bölmə: Siyasət
  • Baxılıb: 5294
Klinton məğlubiyyətə uğradı Klinton məğlubiyyətə uğradı Klinton məğlubiyyətə uğradı
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton prezident seçkilərində Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd göstərilmək uğrunda mübarizədə Nyu Həmpşir ştatında keçirilmiş partiyadaxili seçkilərdə məğlub olduğunu etiraf etmişdir. O, rəqibi – senator Berni Sandersi qələbə münasibəti ilə təbrik etmiş və onu dəstəkləyənlərin hamısına təşəkkürünü bildirmişdir.
Klinton “hər bir ştatda hər bir səs uğrunda mübarizəni davam etdirəcəyinə və amerikalıların tələb etdiyi dəyişikliklərə nail olmaq naminə çalışacağına” söz vermişdir. O əmin olduğunu bildirmişdir ki, partiyadaxili ilkin seçkilər mərhələsində qələbə qazanacaq və prezident seçkilərində öz partiyasından namizəd göstəriləcək.
Səslərin 86 faizi sayıldıqdan sonra demokrat-seçicilərin 60 faizi Sandersi, 39 faizi isə Klintonu dəstəkləmişdir. Sandersin fevralın 1-də daha mühafizəkar Ayovada keçirilmiş ilkin seçkilərdə çıxışı da gözlənilmədən uğurlu olmuşdu; o, Klintondan cəmi 0,2 faiz geri qalmışdı. Bununla belə, ümummilli rəy sorğuları göstərir ki, demokratların favoriti hələ də 68 yaşlı sabiq dövlət katibidir.
Nyu Həmpşirdə Respublikaçılar Partiyasının ilkin seçkilərində isə Donald Tramp qələbə qazanmışdır. O, səslərin 90 faizi sayıldıqdan sonra partiya fəallarının 35 faizinin dəstəyini qazanmışdır. Trampın yaxın rəqibi Con Keysik 16 faiz səs toplamışdır.
Növbəti partiyadaxili seçkilər Cənubi Karolina və Nevada ştatlarında keçiriləcək.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV