Davudoğlu: "Rusiya və NATO toqquşa bilər"



Davudoğlu: "Rusiya və NATO toqquşa bilər"
Türkiyə-Suriya sərhədində Rusiya və NATO-nun toqquşma ehtimalı var.
Bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Hollandiyada səfərdə olan baş nazir qeyd edib ki, Rusiya son zamanlar təhlükəli oyun oynayır:
“Rusiyanın Gürcüstan və Ukraynadakı fəaliyyətini hamımız bilirik. Hər bir dövlətin suverenliyinə hörmət edirik və heç bir ölkənin ərazisinə müdaxilə etmək fikrimiz yxdur. Lakin bizə hücum edərlərsə, buna qarşılıq verəcəyik”.
Davudoğlu onu da qeyd edib ki, Türkiyənin səyləri nəticəsində Avropaya miqrant axını kəskin şəkildə azalıb:
“Tədbirlərimiz sayəsində Avropaya miqrant axını 3 mindən xeyli aşağı düşüb. Avropa Birliyindən Türkiyə üçün ayrılan 3 milyard avroluq maddi yardım hələ bizə çatmayıb. Göndəriləcək pullar Suriyadan gələn miqrantlara veriləcək. Türkiyə bu günə qədər miqrantlara 25 milyard dollar vəsait ayırıb”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi