Davudoğlu: “Krım Ukrayna torpaqlarının bir parçasıdır” » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Davudoğlu: “Krım Ukrayna torpaqlarının bir parçasıdır”

  • Tarix: 16.02.2016, 12:30,
  • Bölmə: Siyasət
  • Baxılıb: 5370
Davudoğlu: “Krım Ukrayna torpaqlarının bir parçasıdır” Davudoğlu: “Krım Ukrayna torpaqlarının bir parçasıdır” Davudoğlu: “Krım Ukrayna torpaqlarının bir parçasıdır”
Türkiyənin baş naziri Əhməd Davudoğlu ukraynalı həmkarı Arseniy Yatsenyuk ilə keçirdiyi birgə mətbuat konfransında Putinə Krım mesajları göndərib. Cebhe.info xəbər verir ki, Ukraynaya səfər edən Əhməd Davudoğlu paytaxt Kiyevdə həmkarı Arseniy Yatsenyuk ilə birgə keçirdiyi konfransda bir çox məsələlərə aydınlıq gətirib. Əsasən Rusiyanın qonşu dövlətlərə qarşı təcavüz siyasətinə münasibət bildirən Davudoğlu sonda Bəşər Əsədin iddialarınada cavab verib. “Krım Ukraynanın bir hissəsidir” Çıxışında Rusiyanın bilvasitə işğalı altındakı mübahisəli bölgə olan Krım üçün mesajlar verən Davudoğlu “Krım Ukrayna torpaqlarının bir parçasıdır” deyib. Davudoğlu “Rusiyanın Ukrayna və Suriyadakı təcavüzkar rəftarına qarşı ortaq bir mövqe sərgiləyirik. Rusiya Xəzərdən atdığını fikirləşdiyimiz ballistik mərmi ilə Azezdə məktəbi vurdu, bir çox uşaq həyatını itirdi. Rusiya, rejim və YPG Suriyada insanlığa qarşı günah edir. Qələbə əldə etmək üçün beynəlxalq hüququ açıq bir şəkildə pozur” deyə bildirib. Putinə ismarış... Putinə sərt ismarışlar göndərən Davudoğlu “Sovetlər Birliyi dövrü 25 il əvvəl bitib. Bunu təkrar canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr verməyəcək” deyib. Qeyd edək ki, Ukrayna ərazisi olan Krım Muxtar Respublikası xüsusi statusa sahib Sevastopol şəhəri ilə birlikdə 11 Mart 2014-cü ildə təktərəfli olaraq Ukraynadan ayrılaraq “müstəqilliyini” elan edib. Bu yeni ölkəni isə bu ana qədər yalnız Rusiya və onun nəzarətindəki Abxaziya və Cənubi Osetiya bölgələri tanıyıb. Dünya bunu işğal kimi dəyərləndirir. “Türk əsgəri Suriyada” iddiaları Davudoğlu daha sonra Bəşər Əsədin ortaya atdığı “Türkiyə ordusu Suriyaya girdi” iddialarını da təkzib edib.
Vilayət Muxtar
Cebhe.infoскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV