İranın digər şəhərlərində terror aktları həyata keçirtmək planlaşdırılıbmış-Fakt



İran Təhlükəsizlik Nazirliyi iyunun 7-də Tehranda terror aktları törədən şəxslərlə bağlı bəzi məlumatlar açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, nazirlikdən bildirilib ki, İmam Xomeyinin türbəsi və parlament binasında terror törədənlərin şəxsiyyəti müəyyənləşdirilib:

"Vəhhabi və təkfirçi qruplara bağlılığı olan 5 nəfər İŞİD-ə üzv olduqdan sonra Mosul və Raqqada terror əməliyyatlarında iştirak ediblər. Qeyd olunan ünsürlər 2016-cı ilin avqust ayında Əbu Aişə adlı İŞİD komandirinin tabeleyində İrana daxil olublar.

Ölkənin şəhərlərində bir neçə terror aktları həyata keçirməyi planlaşdırıblar. Həmin dövrdə aparılmış əməliyyat zamanı qrup məhv edilib, komandirləri Əbu Aişə öldürülüb".

Bəzi ictimai və təhlükəsizlik məsələləri nəzərə alaraq qruplaşmanın üzvlərinin ad və soyadları elan edilmir.

Qeyd edək ki, xarici işlər naziri Cavad Zərif terrorçuların İran vətəndaşı olduqlarını açıqlayıb.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Metformin No Rx Buspar Discontinued cheapest cialis Viagra Opiniones Cialis Uso Recreativo Propecia Sperm