Məhkum müalicə müəssisəsində ölüb



[justify]Rusiyalı jurnalist Anna Politkovskayanı qətlinin təşkilində günahlandırılan Lom-Əli Qaytukayev həbsxanada ölüb.

APA-nın “kommersant.ru”-ya istinadən verdiyi məlumata görə, o, uzun müddət xəstəlikdən əziyyət çəkib. Məlumata əsasəN, Qaytukayev məhkumların müalicə müəssisəsində ölüb.

Lakin qohumları onun həbsxanada fiziki təzyiqə məruz qaldığını iddia ediblər. Qardaşı oğlu Temirlan Qaytukayev əmisinin həbsxanada dəfələrlə döyüldüyünü deyib: “Əmim deyirdi ki, onun böyrəklərinə və ciyərlərinə xəsarət yetiriblər”.

Vəkili Yelena Xarionovskaya bildirib ki, həkimlər ona qara ciyərin sirrozu diaqnozu qoyulub. Bu, onun azadlığa buraxılması üçün əsas sayıla bilərdi.

Qeyd edək ki, Anna Politkovskaya 2006-cı ildə Moskvada qətlə yetirilib. Moskva şəhər Məhkəməsinin 2014-cü ildə verdiyi hökmə əsasən, qətlin icraçısı ömürlük həbs cəzasına məhkum edilib. Qətlin iştirakçıları olan bir neçə nəfərə uzun müddətli həbs cəzası verilib.

Məhkəmə müəyyən edib ki, Anna Politkovskayanın Şimali Qafqazdakı hadisələr barədə yaydığı xəbərlərdən narazı qalan naməlum şəxs “Novaya qazeta” nəşrinin icmalçısının qətlini L. Qaytukayevə 150 min dollara sifariş edib.
[/justify]скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi