Bizi izləməyi unutmayın

#Siyasət

Tehranda terror hücumlarını İran əsilli şəxslər həyata keçirib

14-06-2017, 14:00 | 3542 dəfə baxılıb.

Məlum olduğu kimi, iyunun 7-də İŞİD terrorçuları Tehranda İran parlamenti və Xomeyninin məqbərəsində terror aktı törədiblər.

Eyni vaxtda həyata keçirilən hücum zamanı ölənlərin sayı 17-ə çatıb. Hadisə nəticəsində 40 nəfərdən çox insan isə müxtəlif dəcədə xəsarət alıb.

İran Təhlükəsizlik Nazirliyi Tehranda terror aktları törədən şəxslərlə bağlı bəzi məlumatlar açıqlayıb. APA-nın Tehran bürosunun məlumatına görə, nazirlikdən bildirilib ki, İmam Xomeyinin türbəsi və parlament binasında terror törədənlərin şəxsiyyəti müəyyənləşdirilib: "Vəhhabi və təkfirçi qruplara bağlılığı olan 5 nəfər İŞİD-ə üzv olduqdan sonra Mosul və Raqqada terror əməliyyatlarında iştirak ediblər. Qeyd olunan ünsürlər 2016-cı ilin avqust ayında Əbu Aişə adlı İŞİD komandirinin tabeleyində İrana daxil olublar. Ölkənin şəhərlərində bir neçə terror aktları həyata keçirməyi planlaşdırıblar. Həmin dövrdə aparılmış əməliyyat zamanı qrup məhv edilib, komandirləri Əbu Aişə öldürülüb".

Bəzi ictimai və təhlükəsizlik məsələləri nəzərə alınaraq qruplaşmanın üzvlərinin ad və soyadları elan edilmir. Lakin xarici işlər naziri Cavad Zərif və İranın Ali Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Rza Seyfullahi terrorçuların iranlı olduğunu açıqlayıblar.

R.Seyfullahi bildirib ki, Tehranda terror hücumlarını İran əsilli şəxslər həyata keçirib: "Hücumu törədənlər əslən İranın müxtəlif bölgələrindən olan və İŞİD terror qruplaşmasına qoşulan şəxslər olub".

İran Təhlükəsizlik Nazirliyindən verilən bəyanata görə, ölkənin şimal-qərb bölgəsində terrorçu qruplaşma üzvlərinin toplaşdığı evdə əməliyyat keçirilib və terrorçular zərərsizləşdirilib. Nazirlik elan edib ki, imperialist güclər və onların regiondakı əlaltılarına bağlı olan terrorçuların komanda mərkəzləri sərhədlərdən kənarda da izlənilir.

35 milyona yaxın azərbaycanlının yaşadığı cənub qonşumuzda baş verən bu hadisə Azərbaycan ictimaiyyəti və siyasi dairələrində də narahatlıqla qarşılanıb. Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı məktubu göndərib. Dövlət başçısı İranda baş verən terror aktlarını qətiyyətlə pisləyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə qeyd olunub ki, rəsmi Bakı İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir: "Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir".

Baş verən bu kimi hadisələr, ümumilikdə dünya düzəninə mənfi təsir etməklə yanaşı, regional sabitlik, ölkəmizin milli təhlükəsizliyi baxımından da xoş qarşılana bilməz. Bu mənada, qonşuluqda baş verən terror aktları yerli ekspert dairələrində də müzakirələrə yol açıb.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, İŞİD-in nə vaxtsa İranı hədəf seçəcəyi bəlli idi: "Bəri başdan deyim ki, İran parlamentində və Xomeyninin məqbərəsində həyata keçirilən terror aksiyasında Səudiyyə Ərəbistanı izinin axtarılmasının əleyhinəyəm. Bu, Ər-Riyada lazım deyildi. Doğrudur, Səudiyyə Ərəbistanı İranın siyasətindən narazıdır, onun dost və tərəfdaşlarının sayını azaltmağa çalışır, ancaq bu o demək deyil ki, Ər-Riyad hansısa terrorçu qrupu təlimatlandıraraq İrana göndərib və ya İrandakı tərəfdar qrupuna terror tapşırığı verib. Bu, sırf İŞİD-in dəst xəttidir".

Politoloqun sözlərinə görə, İşİD ona qarşı savaşan bütün ölkələri hədəfə alıb: "Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvələri mövcuddur: Türkiyə, Rusiya və İran. Bu 3 ölkə İŞİD-in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. İŞİD cavab aksiyası kimi 3 dövlətin ikisində - Türkiyə və Rusiyada terror aktları törətmişdi, qalmışdı bircə İran, ona da əli çatdı".

Mərkəz sədri hesab edir ki, İŞİD-in məqsədi İranı daxildən qarışdırmaqdır: "Bundan sonra nə baş verə bilər? İranın iki yolu var. Birinci yol ölkədə təhlükəsizlik tədbirlərini gücləndirərək Suriya və İraqda İŞİD-lə mübarizədə yerli qüvvələrə dəstəyini artırmaq. İkinci yol İranda hakimiyyətə müxalif olan və fərqli düşünən bütün qüvvələrə qarşı "terrora dəstək" adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaq. İkinci yol İrana yaxşı heç nə vəd etmir, əksinə İŞİD-in mövqelərini gücləndirəcək. Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya, nə də Fransadır ki, terrorla üzləşdikdən sonra "azadlıqların təminatı, yoxsa, sabitlik naminə azadlıqların məhudlaşdırılması" dillemması qarşısında qalsın. Tehran, şübhəsiz sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu İranın daxili problemlərini bir az daha artıracaq. İŞİD də elə bunu istəyir".

Terrorun Azərbaycanın qonşuluğuna çatdığını deyən E.Şahinoğlu qeyd edib ki, Azərbaycan İŞİD-ə qarşı birbaşa mübarizədə iştirak etmir: "Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən, İŞİD sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var.

Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi problematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir. Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər var. Onların da xüsusi nəzarət altında saxlanması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil". Mərkəz sədri bildirib ki, Azərbaycan multikulturalizm dəyərlərinə sözdə və əməldə sadiq qalmalıdır: "Əcinnə ovu"na əsla əsas verməməliyik, bunun əksi İŞİD-in maraqlarına cavab verər".

Mərkəz sədri deyib ki, İranın hakimiyyət nümayəndələri iranlılar üçün iki mühüm yerdə - Tehranda parlament binasında və Xomeyninin məqbərəsində baş verən terror hadisəsinin miqyasını azaltmağa çalışırlar: "İranın ali dini lideri Əli Xameneyi dünənki çıxışında hadisəni "əhəmiyyətsiz fişəng atəşinə" bənzədib. Təxminən oxşar dəyərləndirməni İran parlamentin sədri Əli Larincani dilə gətirib. Halbuki, terrorçular parlament binasında həmin Larincanin bir addımlığına qədər gəlib çatıblar. Hələ ki, İran prezidenti Həsən Ruhani susur".

Politoloqun sözlərinə görə, İranda mühafizəkarlar danışır, sözdə liberallar susur: "Bu o deməkdir ki, İranda mühafizəkarların sözdə liberalları sıxışdırmaları üçün əllərinə yaxşı fürsət düşüb. Baxmayaraq ki, İranın dini lideri və parlamentin sədri baş verənlərin miqyasını (halbuki, İranda islam inqilabından bu yana paytaxtda bu miqyasda terror hadisəsi baş verməmişdi, uzun illər İranda terror halları Tehrandan uzaq məsafələrdə baş verirdi) azaltmağa çalışırlar, lazımi təhlükəsizlik tədbirlərinin görülməməsinə görə prezidenti və onun kabinetini günahkar çıxara bilərlər. Ancaq prezidentin də bu ittihamlara görə mühafizəkarlara qeyri rəsmi cavabı var: "Güc strukturlarına daha çox siz nəzarət edirsiniz, ona görə cavabdehi başqa yerdə axtarın".

E.Şahinoğlu əlavə edib ki, iki İŞİD mövcuddur: "Biri Suriya və İraqda vuruşanlardır, digərləri dünyanın bütün ölkələrində mövcud olanlardır. İkincilər birincilərdən az təhlükəli deyillər. İkincilərin çoxu heç Yaxın Şərqdə olmayıb, Suriya və İraqda savaşmayıblar. Onların beyni uzaq məsafədən zəhərlənib, dünənin normal gənci internet vasitəsilə bu günün terrorçusuna çevrilib. London və Mançesterdə, o cümlədən, Sankt-Peterburda terror törədən kamikadzelərin biri də Suriya və İraqda olmayıb, sadəcə beyinləri zəhərlənib və düyməyə basıblar. Birincilərin ümidi ikincilərdir. Birincilər artıq Suriya və İraq ərazilərini tərk edə bilməyəcəklər, vətəndaşlıqlardan da məhrum ediliblər. İkincilər birincilərdən aldıqları təlimat əsasında dünyanın qalan hissəsini terrora qərq etməyə boyun olublar".

Ceyhun ABASOV
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Siyasət / #Dünya

İranın digər şəhərlərində terror aktları həyata keçirtmək planlaşdırılıbmış-Fakt

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Bütün xəbərlər / #Siyasət / #Dünya

İran terror aktlarına görə Səudiyyə Ərəbistanını günahlandırıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

İŞİD Azərbaycanda terror edəcək?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının