Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinə xəbərdarlıq edildi



Almaniya hökuməti Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin bu ölkəyə girişinə qadağa qoyması barədə xəbərdarlıq edib.

Analoq.az saytı xəbər verir ki, bu barədə “Welt” qəzetinin məlumatında bildirlib. Qeyd edilib ki, rəsmi Berlin ABŞ səfərində Ərdoğanı müşayiət etmiş mühafizəçilərin Hamburqa gəlişinin əleyhinə çıxıb.

Almaniya hökuməti qorxur ki, Hamburqa gələcək Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma ola bilər.

Məsələ burasındadır ki, Almaniyada terror təşkilatı PKK-nın tərəfdarları çoxdur. Ərdoğanın səfəri zamanı PKK tərəfdarları ilə türklər arasında qarşıdurma qaçılmaz ola bilər.

Xatırladaq ki, Türkiyə prezidentinin mayın 16-da ABŞ-a səfəri zamanı kürdlər Vaşinqtonda Türkiyə səfirliyi yaxınlığında etiraz akasiyası keçirib. Ərdoğanın mühafizəçiləri ilə aksiya iştirakçılara arasında toqquşma olub.

7-8 iyul tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək “G20” sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Modern.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi