MM sədri rusiyalı və iranlı həmkarları ilə görüşüb



Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreyadan səfərdən qayıdıb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı O. Əsədov Koreya Milli Assambleyasının sədri Çanq Sye Kyun ilə görüşüb.

Görüş zamanı ikitərəfli əlaqələr barədə danışılıb. Milli Assamblıeya rəhbəri Çanq Sye Kyun hər iki tərəfin mövcud şəraitdən istifadə edərək münasibətlərin dərinləşməsinə çalışacağına əminliyini ifadə edib.

O. Əsədov həmçinin Koreya baş naziri Li Nak-Yeonla görüşüb. Baş nazir Koreya-Azərbaycan əlaqələrinin inkişafına hər iki tərəfin göstərdiyi dəstəyin davamlı olacağına əminliyini ifadə edib. O, Azərbaycana səfər etmək arzusunda olduğunu söyləyib.

Səfər çərçivəsində Koreya Respublikasının paytaxtı Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsi keçirilib. “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda keçirilən müşavirədə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil edib.

Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirən O. Əsədov qeyd edib ki, uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırış edərək ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir.

Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən O. Əsədov tədbir çərçivəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan ilə Rusiyanın müxtəlif sahələrdə uğurla əməkdaşlığının bundan sonra da inkişafı üçün hər iki tərəfin səylə çalışacağı bildirilib.

Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən O. Əsədov iyunun 27-də İran İslam Respublikası İslam Şura Məclisinin sədri Əli Laricani ilə də görüşüb. Ə. Laricani iki ölkə arasında əlaqələrin inkişafında heç bir maneə görmədiyini, Azərbaycanın İran üçün ancaq dost, qardaş və yaxın qonşu olduğunu diqqətə çatdırıb.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi