Polşa Azərbaycanın Aİ ilə əlaqələrinin genişlənməsinə dəstəyini davam etdirəcək



Azərbaycanla Polşa arasında əməkdaşlığın inkişafı yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri, imzalanmış sənədlər iki ölkənin potensialından daha geniş istifadəyə zəmin yaratdı. Qeyd etmək lazımdır ki, Bakı və Varşava təkcə ikitərəfli deyil, beynəlxalq müstəvidə də əlaqələrini inkişaf etdirir. Polşa Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının müəlliflərindən biridir. Belə ki, Polşa və İsveçin birgə təşəbbüskarı olduğu bu proqram Aİ-nin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilib. “Şərq tərəfdaşlığı” MDB-nin altı ölkəsini Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir. “Şərq Tərəfdaşlığı” proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib. Hazırda Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə müzakirələr aparılır. Eyni zamanda, cari ilin noyabr ayında Brüsseldə növbəti “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Tərəflər bu sammitə kimi yeni saziş üzərində işləri yekunlaşdırmağı düşünürlər. Bu həm də o deməkdir ki, Polşa yenə də Aİ ilə Azərbaycanın əlaqələrinin inkişafına və genişlənməsinə öz töhfəsini verəcək.

Prezident İlham Əliyev ilə görüş zamanı Polşanın dövlət başçısı Andjey Duda bildirdi ki, Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır: “Bu baxımdan biz Azərbaycan ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk. Prezident İlham Əliyevin və mənim iştirakımla Prezident sarayında mühüm sənədlər imzalandı. Əminəm ki, bunun sayəsində ticarət münasibətlərimiz daha da intensiv olacaqdır. 2005-ci ildə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb. Bunun əsasında hökumətlərarası komissiya yaradılıb. Komissiya Bakıda və bizim paytaxtımızda dəfələrlə görüşlər keçirib. Bu baxımdan, həmçinin strateji tərəfdaşlıq haqqında imzalanmış birgə Bəyannamə əməkdaşlığımızı daha da gücləndirəcək və biz bu Bəyannamə əsasında digər sahələrdə də iş birliyi qura biləcəyik”.

Polşanın Baş naziri xanım Beata Şidlo isə bildirib ki, ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini söyləyib: “Regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Cənub Qaz Dəhlizi önəmli bir layihədir”.

Milli Məclisin deputatı, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə hesab edir ki, Azərbaycan- Polşa arasında əməkdaşlıq hər zaman çoxşahəli olub və bu gün də davam etməkdədir

İki ölkə arasında tarixi bağların olduğunu dilə gətirən deputat söyləyib ki, xalqlar arasında da münasibətlər dərin köklərə söykənir: “Xatırladım ki, hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda polyak icması yaşayıb, Polşanın öz müstəqilliyi uğrunda mübarizə mərkəzi də məhz Bakı şəhərində yerləşib. Bundan başqa, zamanında polyak arxitekturları Azərbaycana mühüm töhfələr veriblər. Hətta bununla bağlı Bakıda abidə də ucaldılıb. Paytaxtımızda gözəl binalar məhz polyaklar tərəfindən inşa edilib”.

Müstəqillik qazandıqdan sonra da Polşanın hər zaman ölkəmizin yanında olduğunu deyən A. Mollazadə qeyd edib ki, ölkələr arasında münasibətlərdə qarşılıqlı maraq da öz əksini tapmaqdadır: “Azərbaycan-Polşa arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq var. Bilirsiniz ki, Polşada çox böyük neft terminalı inşa edilir və Azərbaycan Avropanın şimal-şərqini neftlə təmin etmək üçün məhz bu istiqamətdə öz ixracını həyata keçirir. Polşa ilə eyni zamanda böyük qaz, nəqliyyat layihələri istiqamətində qarşılıqlı maraqlarımız var. Həmçinin, polşalı millət vəkilləri Avropa Parlamentində və ya Avropa Şurasında Azərbaycana qarşı informasiya müharibəsində də ölkəmizi dəstəkləyirlər. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfəri ölkələr arasında olan yüksək münasibətlərə yeni nəfəs gətirməklə yanaşı, əməkdaşlıq imkanları daha da genişlənəcək. Düşünürəm ki, səfər Azərbaycanın həm Polşa, həm də ümumiyyətlə, Avropa İttifaqı istiqamətində münasibətlərin güclənməsinə öz töhfəsini verə biləcək”.

Millət vəkili Musa Qasımlı isə deyib ki, İlham Əliyevin Polşaya səfərinin, apardığı danışıqların, müzakirə edilən məsələlərin və imzalanan sənədlərin böyük əhəmiyyəti vardır. Onun sözlərinə görə, hər şeydən əvvəl, bu səfər iki ölkə arasında münasibətlərin səviyyəsinin göstəricisi sayıla bilər: “Müzakirə edilən məsələlər və imzalanan sənədlər Azərbaycan-Polşa münasibətlərinin böyük potensialının və perspektivlərinin olduğunu göstərir. Cənab Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açır”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Levitra Preisvergleich Generika Buy Xenical Without Rx cialis Buy Propecia Online Uk No Prescription Caracteristicas La Propecia