Həmsədrlərinin regiona səfəri danışıqlar masasında durğunluğu aradan qaldırmadı



Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri danışıqlar masasında durğunluğu aradan qaldırmadı.

Nəzərə alsaq ki,ölkə başçıları səviyyəsində sonuncu görüş keçən ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda keçirilib,o zaman anlamaq olar ki, həmsədrlər ən azından xarici işlər nazirləri səviyyəsində belə bir görüşün keçirilməsində maraqlı idi.

Çünki tərəflər arasında formal da olsa,danışıqların baş tutmaması onların karyeralarına mənfi təsir edir.

Son bir il ərzində danışıqlarda hökm sürən durğunluq ilk növbədə Minsk qrupunun öz missiyasının öhdəsindən gələ bilmədiyini göstərir. Ona görə də,həmsdərlərə belə bir görüşün təşkili hava, su kimi lazımdır.

Lakin Azərbaycana belə bir görüş, formal danışıqlar gərək deyil. Azərbaycanın ölkə başçısının prezidentlər səviyyəsində görüşə razılıq verməsi üçün ortada konkret təkliflər olmalıdır.

Diqqət yetirsək,həmsədrlər ilk növbədə Ermənistana səfər edib, oradan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağa gəlib, daha sonra isə Bakı görüşlərini həyata keçiriblər. Səfərin yekunu olaraq həmsədrlər birgə bəyanat imzalayıblar.

Bu sənəd də digərlərindən bir o qədər fərqlənməyib.Danışıqların davam etdiyi 20 ildən çox müddət ərzində işğalçı ilə işğala məruz qalanı ayırd edə bilməyən, separatçılar arasında fərq qoyan, bir az da irəli gedərək Dağlıq Qarabağdakı qondarma rejimi "de-fakto hakimiyyət" adlandıran Minsk üçlüsü prosesə nə kimi dinamizm gətirə bilər?

Əslində, bu sualın cavabını həmsədrlərin regiona səfəri fonunda cəbhədə baş verən erməni təxribatlarında tapmaq olar.Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun cəbhə xəttində təxribat törətməsi bir daha sübut edir ki, işğalçı ölkə sülh danışıqlarından boyun qaçırır, problemin dinc yolla həll olunmasına maraq göstərmir.

İyunun 20-də Azərbaycan Ordusunun bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində aşkar edilən erməni diversiya qrupunun qarşısının alınması, düşmənin itki verərək geri çəkilməyə məcbur edilməsi, hərbçilərimizin çevikliyi nəticəsində təxribat qrupunun Zaver Karapetyan adlı üzvünün ələ keçirilməsi erməni yalanlarının, həmçinin, Minsk qrupunun fəaliyyətsizliyinin növbəti dəfə ifşasıdır.

Pul müqabilində cəbhə xəttində növbə çəkən, diversiya qrupları tərkibində tapşırıqlarda iştirak edən təxribatçının etiraflarından bir daha məlum olur ki,Ermənistanda demoqrafik vəziyyət olduqca bərbaddır və ordudan yayınma halları geniş vüsət alıb. Ermənilər öz xoşu ilə cəbhə xəttində hərbi xidmət keçmək istəmirlər.

Hərbi xidmət keçməkdən yayınma hallarının kütləviliyi Ermənistan rəhbərliyini tükənməkdə olan insani resurslarından, o cümlədən, mülki əhalidən canlı divar kimi istifadə etməyə, cəbhə xəttində xidmətkeçməyə yollamağa vadar edir.

Bu, onu deməyə əsas verir ki, miqrasiya prosesinin yayğın olduğu Ermənistanda zaman keçdikcə hərbi xidmət üçün adam tapmaq daha da çətinləşəcək.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Ermənistan hakimiyyətinin adamları orduya müqavilə əsasında qəbul etməsinin bir sıra səbəbləri var: "İşğalçı ölkədə hərbi xidmətə çağırış yaşı çatan şəxslər şərait dözülməz olduğundan və ölkənin gələcəyinə ümidləri olmadığından ordudan yayınırlar.

Ermənistan tədricən boşalır, mənfi demoqrafik proseslər gedir.Azərbaycanın işğal edilmiş ərazilərində ölənlər səbəbindən Ermənistanda yaranan sosial gərginliyi azaltmaq məqsədi güdülür və söylənilir ki, ölənlər öz istəkləri ilə xidmət edənlərdir".

Deputat hesab edir ki, həmsədrlərin "de-fakto hakimiyyət" ifadəsini işlətmələrinin də konkret məqsədləri var: "Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionunda qurulmuş qondarma rejimin artıq bir neçə ildir, mövcud olduğunu qabardaraq danışıqlarda ona tərəf statusu vermək, mövcudiyyətini sürdürmək üçün guya,bütün əsasları olduğunu söyləmək, "de-fakto" tanıtmaq və beləliklə, gələcəkdə "de-yure" tanıtmaq üçün zəmin hazırlamaq həmsədrlərin məqsədidir.

Hesab edirəm ki, həmsədrlərin mandatına uyğun olmayan belə yanaşma münaqişənin həllinə yönəlməyib. Yeni müstəqil dövlətlərin ərazisində mövcud olan qondarma qurumların öz varlıqlarını sürdürmələrinin "əsaslandırılması"na dair bəzi ölkələrdə son illərdə kitabların nəşrinin artması da həmin məqsədlərə xidmət edir".

Deputat Azər Badamov isə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərini ən azından münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan növbəti addım hesab etmək olar.

O,SİA-ya bildirib ki, yəni,ortaq ümumi bir razılaşma əldə olunmalıdır ki, münaqişə sülh yolu ilə öz həllini tapsın: "Burada bir məsələ var ki, həmsədrlər təmas xəttində itkilərin artmasından narahat olduqlarını və uzunmüddətli sülhün imzalanmasının vacibliyindən danışırlar.

Onda belə bir sual meydana çıxır: münaqişənin həlli yenə illərlə uzanmalıdır?Biz isə belə danışıqlara razı deyilik.Çünki işğal olunan bizim torpağımızdır və Ermənistan vəziyyətin belə qalmasını istəyir.

Danışıqlar öz nəticəsini verməsə,Azərbaycan ordusu hərb yolu ilə torpaqlarımızı azad etməyə qadirdir.

Bu,həm də beynəlxalq normalara uyğun gəlir.Danışıqlar masası üzərində kifayət qədər məsələlər var ki, tərəflərlə razılaşdırıb müəyyən addımlar atmaq mümkündür.

Əgər həmsədrlər sülh yolu ilə münaqişənin həllini istəyirlərsə, mütləq status-kvonun dəyişdirilməsi istiqamətində hərəkətə keçməlidirlər.

Belə olsa, biz də görərik ki,münaqişənin həlli istiqamətində hansısa razılıq əldə olunub.Biz çox istərdik ki,həmsədrlərin regiona səfərlərinin bir nəticəsi olsun".
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Antidepressant Drug Philippines Birthcontrol Online Non Percription Mobic generic 5mg cialis best price Viagra 100 Mg Doctissimo Cialis Prostata Infiammazione Amoxil Rats