Bizi izləməyi unutmayın

#Siyasət / #Dünya

Pakistan səfiri:"İslamabad Ermənistanı bir dövlət kimi tanımamağa davam edəcək"

12-07-2017, 12:00 | 3602 dəfə baxılıb.

"Bu gün müsəlman dünyasında bir sıra münaqişələr mövcuddur. Pakistan bütün münaqişələrin sülh yolu ilə həllini istəyir".

Bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib. O bildirib ki, bu münaqişələr artıq siyasi deyil, insan hüquqları məsələsinə çevrilib: "Ona görə ki, bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın insan qaçqın və məcburi köçkün düşüb.

Eyni problemlər Kəşmirdə də hökm sürür. Ona görə də bu münaqişələr həm də insan hüquqları probleminə çevrilib".

Diplomat xatırladıb ki, hər iki münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası bir sıra qətnamələr qəbul edib: "Bizim mövqeyimiz belədir ki, bütün münaqişlər sülh danışıqlar yolu ilə həllini tapmalıdır. Hər bir münaqişəni sülh yolu ilə həll etmək mümkündür".

O, Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana tam dəstək verdiyini xatırladıb: "Pakistan hər zaman Azərbaycana açıq dəstək verib.

Bütün beynəlxalq təşkilatlarda, forumlarda bu dəstəyini qəti şəkildə bildirib. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyib. Pakistan mənəvi, siyasi diplomatik dəstəyini hər zaman göstərməkdə davam edəcək.

Bunu vacib edən amillərdən biri budur ki, bizim problemimiz eynidir-Kəşmir və Qarabağ. Biz hər kəsdən daha əvvəl sizin ağrınızı, acınızı başa düşürük.Rəsmi İslamabad Ermənistanı bir dövlət kimi tanımamağa davam edəcək və heç bir diplomatik əlaqələr qurulmayacaq.

Əslində Kəşmir,Qarabağ münaqişələri bütün müsəlman dünyasının problemidir.Bu məsələlərə İslam Əməkdaşlıq Təşkilatı xüsusi diqqət ayırmalıdır".

Diplomat Füzulinin Alxanlı kəndində bir neçə gün əvvəl ermənilərin qətlə yetirdikləri iki yaşlı Zəhra və onun nənəsi ilə bağlı da məsələyə diqqət çəkib: "Füzulinin Alxanlı kəndində ermənilərin dinc əhalini qətlə yetirməsi cinayət aktıdır. Biz bu hadisəni qınayırıq".

O, təəssüf edib ki, dinc insanlar, o cümlədən, uşaqlar dünyada davam edən münaqişələrin qurbanına çevrilir:"Bizim ölkəmizdə də belə hallar baş verir. Məsələn, son iki ayda hindistanlılar tərəfindən Kəşmirdə 150 nəfərdən çox mülki insan öldürülüb.

Bütün dünya bu məsələyə öz münasibətini bildirməlidir. Pakistan Xarici İşlər Nazirliyi Alxanlıda baş verən hadisə ilə bağlı bəyanat verdi və həmin bəyanatda da mülki insanların qətlə yetirilməsi qınanıb".

Səfir əlavə edib ki, indi dünyada çox sürətli qlobal dəyişikliklər baş verir, ona görə də bu məsələnin ən qısa zamanda həllini tapması üçün müsəlman ölkələri birləşib, bunu İƏT-də müzakirə etməli, orda qəbul olunmuş qətnamələrin həyata keçirilməsi ilə bağlı bir sıra işlər görülməlidir: "Yaxın zamanlarda İƏT XİN rəhbərlərinin görüşü olacaq.

Bu münaqişənin yenidən müzakirə olunması daha yaxşı olardı. 2012-ci və 2014-cü illərdə Pakistan Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib.

Biz həmin qətnamələrlə Xocalı soyqırımını tanımışıq. Pakistan Senatının xarici əlaqələr komitəsi də Ermənistanın Qarabağı qeyri-qanuni işğalı ilə bağlı bəyannamə ilə çıxış edib.

Pakistan parlamentində də belə bir sənəd qəbul olunub. Bizim ölkələrimizin münasibətləri yüksək səviyyədədir.

Dünyada elə bir ölkə yoxdur ki, həm onun parlamenti, həm də Senatı işğalla bağlı qətnamə qəbul etsin. Bizim Qarabağ məsələsində mövqeyimiz sarsılmaz və dəyişməzdir".

Onun sözlərinə görə, iki ölkə münasibətlərini hansısa çərçivəyə salmalı deyil: "İqtisadiyyatı genişləndirək və s. kimi düşünməməliyik.Yəni münasibətlərimiz hərtərəfli inkişaf etməlidir.

Çünki münasibətlərimiz hər zaman ölkə başçıları səviyyəsində irəliləyib, genişlənib.

Son 25 ildə üç Pakistan prezidenti və üç baş naziri Azərbaycana səfər edib. Xalqlarımız da bir- birini dəstəkləyir. Pakistan Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında və digər qurumlarda ona göstərdiyi dəstəyi, Kəşmirlə bağlı mövqeyini yüksək qiymətləndirir.

İki ölkə arasında mənəvi, mədəni, tarixi bir bağlar var. Və bu belə də davam edəcək".
525.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Bütün xəbərlər / #Siyasət / #Ölkə

Appaturay:"NATO ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatdır"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Bütün xəbərlər / #Siyasət / #Ölkə

Fransa səfiri: "Prezident Makron Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət / #Ölkə / #Araşdırma

Daha bir ölkə Azərbaycana dəstək oldu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının