Bizi izləməyi unutmayın

#Siyasət / #Dünya

Ərdoğan:"Millətim o xainlərə qarşı əlindəki bayrağı və ürəyindəki imanı ilə mübarizə apardı"

17-07-2017, 11:00 | 3252 dəfə baxılıb.

"15 iyul hərbi çevriliş cəhdi Türkiyənin yaxın tarixində ən böyük xəyanət idi. Bu xəyanəti dəf edilməsində iştirak edən hər bir şəxsə, xalqıma təşəkkür edirəm".

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin mərasim meydanında 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı aksiyada bildirib.

Türkiyə prezidenti deyib ki, keçən il iyulun 15-də Türkiyə xalqı dünyaya necə bir millət olduğunu göstərdi: "Bu xalq 1 əsr əvvəl hər kəsi təəccübləndirən bir zəfərə imza atmışdı. 15 iyulda da bu xalq böyük bir zəfər qazandı. Millətimin əlində silahmı vardı? Millətim o xainlərə qarşı əlindəki bayrağı və ürəyindəki imanı ilə mübarizə apardı.

Dünyada tankı yumruqla dayandıran, hərbi təyyarəni, vertolyotu dayandırmağa çalışan bir millət də yoxdur. Belə bir millətin, ölkənin övladı olduğum üçün fəxr edirəm. 15 iyul hərbi çevrilişdən də öncə xəyanət adlandırmağımızın bir səbəbi var

Bu gün qarşısında durduğumuz Türkiyə Böyük Millət Məclisi qazi bir parlamentdir. Ancaq istiqlal savaşı zamanı da bu müqəddəs parlamentə əl uzatmağı düşünməyib. Ancaq 15 iyulda Türkiyə Millət Məclisi bombalandı".

Ölüm hökmü barədə parlamentdə qərar qəbul edilərsə, bu qərarı təsdiqləyəcəyini bir daha bəyan edən R.T. Ərdoğan Fətullahçı Terror Təşkilatı və onun lideri Fətullah Gülənin əməllərinin ifşa olunduğunu vurğulayıb.

15 iyulda hərbi çevriliş cəhdi zamanı Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun bir bələdiyyə sədrinin evində olduğunu qeyd edən Türkiyə prezidenti K. Kılıçdaroğlunun 15 iyul hərbi çevriliş cəhdinin nəzarətdə olan hərbi çevriliş cəhdi kimi qiymətləndirilməsini yolverilməz sayıb: "250 vətəndaşımız şəhid olub, 2193 vətəndaşımız yaralanıb.

Belə olan halda bu hərbi çevriliş cəhdinin belə qiymətləndirilməsi qəbul edilə bilərmi?! Millətimiz meydanlarda xainlərə qarşı mübarizə apararkən millət vəkilləri də parlamentdə toplaşaraq, mövqelərini ortaya qoydular. Millət vəkilləri parlamentimizə sahib çıxdılar və bunu dünyaya nümayiş etdirdilər. Həmin gün parlamentə gələn 106 millət vəkilinin hər birini ayrılıqda təbrik edirəm.

Xainlər parlamenti bombalamaqla nə qədər alçaldılarsa, millət vəkilləri o qədər ucaldılar. Belə millətə belə parlament yaraşır. İnsan olan Vətənini satarmı?! O xainlər bu Vətənə, millətə necə qıydılar?! FETÖ bu milləti parçalamaq üçün çalmadığı qapı qalmadı, indi FETÖ Pensilvaniyadan prosesləri idarə etməyə çalışırlar. 15 iyulda bu Vətənə xəyanət edənlər indi məhkəmələrdə bunun cavabını verirlər.

Biz Türkiyənin inkişafı ilə bağlı 2023-cü il hədəflərinə nail olacağıq. 15 iyul milli birlik və demokratiya günüdür. Bu ruh, cəsarət olduğu halda heç kim bu dövləti yıxa, milləti əsir edə bilməz. 15 iyul bizə dostumuzu, düşmənimizi də göstərdi.

Dərhal dəstəyini bildirən dostlarımız, günlər sonra üzlərindən riyakarlıq tökülənlər də mövqeyini bildirdilər. Millətimizi yıxa, ölkəmizə diz çökdürə, yolumuzdan geri döndərə bilməyəcəklər. Biz dostumuzu da, düşmənimizi də tanıyırıq. Biz bir olacaq, qardaş olacaq, güclü olacaq və birlikdə Türkiyə olacağıq".

Bununla da aksiya başa çatıb.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Rəcəb Tayyib Ərdoğan təsdiqlədi...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Ərdoğan;"Ölkəmiz unitar dövlət olacaq"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Türk millət vəkili:"FETÖ-nün 15 iyul xain çevriliş cəhdinin qarşısı alındığı kimi"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının